Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə210/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   206   207   208   209   210   211   212   213   ...   298
 
 
153 
Müasir şəraitdə məktəbəqədər təhsil 
müəssisələrində fiziki tərbiyə 
 
Hənifə Qurbanov  
пrofessor, əməkdar müəllim,  
Namiq Cəfərov  
фялсяфя доктору програмы цзря doktorant, 
АМИ 
  
Ряйчиляр: б.ц.ф.д., проф.Р.М.Бахшялийев 
                 пед.ц.ф.д., проф.Н.Б.Мяъидов 
 
Açar sözlər: мəktəbəqədər dövr, uşaq, fiziki tərbiyə, oyun, fəaliyyət, məşğələ 
Ключевые  слова: дошкольный период, ребенок, физическое воспитание, игра, 
деятельность, занятие 
Key words: pre-school period, children, physical education, game, activities, lesson 
 
Son  illərdə  dövlətdə  və  cəmiyyətdə  aparılan  əsaslı  siyası  və  sosial-iqtisadi  islahatlar 
şəraitində  Azərbaycanın  məktəbəqədər  təhsil  sistemində  də  müəyyən  dəyişikliklər  baş  ver-
mişdir.  Onların  arasından  həm  pozitiv  və  həm  də  neqativ  halları  qeyd  etmək  olar.  Pozitiv 
dəyişikliklərə məktəbəqədər təhsilin demokratlaşdırılmasını aid etmək olar. 
Sistem  unifikasiyadan  variativliyə,  avtoritar  pedaqogikadan  şəxsiyyətə  yönəldilməsi, 
eynilikdən  müxtəlifliyə  və  seçimə  keçir.  Məktəbəqədər  təhsil  üçün  yeni  maraqlı  proqramlar 
yazılır. Bəzi ölkələrin davamlı, demokratik ənənəli beynəlxalq təcrübəsi tədricən təhsil siste-
mimizdə mənimsənilir. Pedaqoqların peşəkar şüuru da dəyişir ki, onların müasir dünya təcrü-
bəsinin qəbul etdiyi humanist dəyərlərini daha çox qəbul edir və mənimsəyirlər. Bütün bunlar 
qanunvericilik bazasında öz pozitiv əksini tapır. Hazırda mövcud qanunvericilik həm öz mə-
dəniliyini  həm  humanist  xarakteri  ilə  yaxın  keçmişin  qanunvericiliyindən  köklü  şəkildə 
fərqlənir.  
Neqativ proseslər isə ilk öncə  yüksək ixtisaslı pedaqoji kadrlarının hazırlanmasındakı 
çətinliklərlə, lazım olan metodiki ədəbiyyatların azlığı ilə, bu sahədə elmi tədqiqatların aparıl-
maması ilə bağlıdır. 
Qeyd olunanlar  artıq ibtidai təhsil sisteminə mənfi  təsir göstərir. Onun fasiləsizliyini 
pozur. Beləki ki bir sıra məktəbəqədər təhsil ocaqlarında ibtidai məktəbin məqsəd , forma və 
üsullarını neqativ təkrarlanma meyli yaranır. Təhsilin aparıcı məzmun xətlərində bədii, este-
tik, fiziki və sosial-şəxsiyyət inkişafına üstün olan dərketmə inkişafından ibarət qanunsuz nis-
bətsizlik, uyğunsuzluq yaradılır. Oyun və bu yaşa səciyyəvi olan başqa fəaliyyət növləri təhsil 
və tərbiyə formalarından üstünlük təşkil edən məşğələlər ilə əvəzlənir. Bununla bərabər mək-
təbəqədər yaşa xas olan uşağın inkişafının obyektiv yaş qanuna uyğunluğu və deməli uşağın 
maraqlarıda nəzərə alınmır. 
Tibb  elminin  məlumatları  da  göstərir  ki,  bu  cür  erkən  təhsilvermə  balaca  uşaqların 
həddindən  artıq  yorulması  və  yüklənməsinə  gətirib  çıxardır.  Onların  səhhətinə  mənfi  təsir 
göstərir, nevroz və başqa xoşa gəlməz hallara yol verir. 
Həmçinin  təlim-tədris  fəaliyyətinin  və  intensivliyinin  artması  şəraitində  fiziki  tərbiyə 
olmadan məktəbəqədər  yaşlı uşaqların orqanizminin  inkişaf ahəngliyinin  mümkün olmaması 
bugünki  gündə  şübhə  doğurur.  Hərəkətlər,  insanın  bioloji  tələbatı  olaraq  orqanizmin  bütün 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin