158 Kiçik yaşlı məktəblilərin obrazlı nitqinin inkişaf etdirilməsi xüsusiyyətləri Aynur Əliyeva BQU-nun magistранты E-mail: aynur_alieva@mail.ru
Rəyçilər: ped.ц.e.d., prof. A.N.Rəhimov
ped.ц.e.d., prof. İ.H.Cəbrayılov
Açar sözlər: ünsiyyət, kiçik yaşlı məktəblilər, nitq, obrazlı nitq, inkişaf
Ключевые слова: общение, школьники, речь, образной речь, развитие
Key words: communication, schoolchild, speech, figuratively speaking, developed
Amerikalı futuroloqlar Con Nesbitt və Patrisiya Eburdin XXI əsrdə bir neçə meqo-
meylin önəmli əhəmiyyət kəsb edəcəyini proqnozlaşdırmışlar. Bu meqomeyllər məktəb, ailə,
dini şüur, təhsil, psixoloji xidmət və s. anlayışlarını ehtiva edir. XX əsrin sonu, XXI əsrin
əvvəllərində məktəb, təhsillə bağlı islahatlar cəmiyyətin həyatında kifayət qədər aktuallaşdı.
Ünsiyyət prosesində nitq mühüm rol oynayır. İnsan istər onu əhatə edən mühit, istərsə
də keçmiş və gələcək barədə hər cür məlumatı əsasən yazılı və şifahi nitq vasitəsi ilə əldə edir.
Bu baxımdan söz çox böyük qüvvəyə malikdir. “Söz ən güclü qıcıqlandırıcıdır” (İ.P.Pavlov)
Yerində deyilən söz ən çətin işi asanlaşdıra bilər, yersiz deyilmiş söz isə ən asan işi elə
dolaşdırar ki, ondan çıxış yolu tapmaq asan olmaz. Xalq sanki bu cəhəti nəzərdə tutaraq
dünyada ən şirin, həm də ən acı şeyin dil olduğunu qeyd etmişdir. İ.P.Pavlovun təbirincə, söz
fırtına kimi insanın orqanizminin ən etibarlı hesab edilən fizioloji qanunlarını belə dağıda
bilər, tərsinə çevirər, hətta yox edər, yaxud tamamilə dəyişdirə bilər.
Söz yalnız dağıdan deyil, eyni zamanda müsbət təsirə malik ən qüvvətli qıcıqlan-
dırıcıdır. Ən çətin şəraitdə deyilən deyilən bircə kəlmə xoş söz belə insanda ruh yüksəkliyi
yaradır, onda müsbət emosiyaların baş qaldırmasına, nəcib əxlaqi keyfiyyətlərin yaranmasına,
təzahürünə, həmçinin formalaşmasına istiqamət verə bilir. Burada əsl məsələ hər sözdən
yerində istifadə etmək, bununla da ünsiyyətə düzgün istiqamət verməkdədir. Buna görə də
ünsiyyət kortəbii surətdə baş verən, cərəyan edən proses hesab edilə bilməz. Ünsiyyətin
məqsədəuyğun surətdə təşkili hər bir adamdan müəyyən nitq qabiliyyəti, xüsusi bacarıq tələb
edir. Bu baxımdan kiçik yaşlı məktəblilərin obrazlı nitqinin inkişaf etdirilməsi xüsusiyyətləri
tədqiqat baxımından əhəmiyyətli dərəcədə aktualdır.
Kiçik məktəb yaşı 6-10 yaşı əhatə edir. Bu dövrün başlıca xüsusiyyətləri-uşağın
məktəbli olması, əsas fəaliyyətini təlim fəaliyyəti təşkil etməsindən ibarətdir. Bu dövrdə
inkişafetdirici oyunlar təlimdən sonra ikinci yeri tutur. Bu dövr bir növ keçid dövrü olub,
məktəbəqədər dövrün xüsusiyyətləri ilə məktəblinin xüsusiyyətlərini birləşdirir. Şəxsiyyətin
bir çox psixi xüsusiyyətlərinin əsası məhz bu dövrdə qoyulur. Məktəbə təzəcə daxil olduğu
vaxt rastlaşdığı çətinliklər kiçik məktəb yaşının sonunda aradan qalxmış olur, təlim fəaliyyəti
oyundan tamamilə fərqli xüsusiyyətlər əldə edir.
Məktəbə təzəcə daxil olan uşaq bir sıra problemlərlə qarşılaşır. O, artıq şagirddir.
Buna görə də şagirdlər üçün nəzərdə tutulan qaydalara əməl etməli, həmişə eyni vaxtda
zənglə sinfə girib sinifdən çıxmalı, bütün dərs ərzində sakit oturmalı, sinifdən çıxmaq və ora
daxil olmaq üçün müəllimdən icazə almalı, onun bütün tələb və göstərişlərini yerinə yetirməli