Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə245/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   241   242   243   244   245   246   247   248   ...   298
 
 
174 
ramlarının keçirilməsi, tədris prosesi ilə bağlı məsələlər barədə məlumat verilməsi, rəhbərliklə 
tələbə arasındakı ünsiyyətin təmin olunması kimi məsələlərdə tələbələrin qarşılaşdıqları prob-
lemlərin həllinə xidmət edilməsi məqsədilə Azərbaycanın Bolonya prosesinə daxil olmuşdur. 
Bununla yanaşı, universitetlərimizdə tətbiq olunmağa başlayan tyutorluq xidmətlərinin tam və 
ardıcıl şəkildə bərqərar olmamışdır. 
Yeniyetməlik dövründə universiteltlərə qəbul olan tələbələrin olduqları mühitə uyğun-
laşmaları və uğurlu olmaları üçün ehtiyac duyduqları tyutorluq xidmətlərinə lazımi əhəmiyyət 
verilməlidir. 
Universitetə  qəbul  olan  tələbələrin  çoxu  qəbul  olduqları  ixtisaslar  haqqında  yetərli 
məlumata malik olmadan universitetə başlayırlar. Yeni bir məktəbə başlamaq, yeni dost mü-
hiti qazanmaq, qeydiyyata alınma və imtahan sisteminə qədər tamamilə fərqli quruluşa malik 
universitet mühiti onları ilk başda qorxutmaqda və bütövlükdə yad olduqları bu yeni sistemdə 
müvəffəqiyyət  qazanmaq  üçün  onlara  yardım  edəcək  insanlara  ehtiyac  duymaqdadırlar.  Bu 
vəziyyətdə edilməsi lazım olan qaydalar, ixtisasların tanıdılması və ətraf mühitə uyğunlaşmaq 
kimi  bir  çox  mövzuda  məlumatlar  vermək  funksiyasını  yerinə  yetirən  tyutorların  tələbələrə 
yardımçı olmaları tyutorluq işinin tam və doğru başa düşülməsi və imkanlarının artırılması ilə 
mümkün ola bilər. 
Ali təhsil tələbələrinin akademik və peşə istiqamətində istənilən keyfiyyətdə inkişafına 
imkan verəcək tyutorluq xidmətlərinə mütləq ehtiyac var. 
Universitetlərimizin  inkişafında  bu  qədər  əhəmiyyətli  bir  rola  malik  olan  tyutorların 
xidmətlərindən arzu edilən uğurun kifayət qədər olmamasında universitetlərimizdə tyutorluqla 
bağlı vəzifələrin tam olaraq müəyyən edilməməsi və tyutorlaın vəzifələrinin nə olduğunu tam 
olaraq bilməməlidirlər. Bu səbəblə tyutorlar ilə tələbələrə tyutorluğun mahiyyəti açıqlanmalı 
və əsaslar bildirilməlidir. 
Tələbələrin  istəklərinə  uyğun  xidmətlərin  verilməsi  üçün  tyutorluq  xidmətlərinin 
əsaslarının  müəyyən  olunması  ilə  yanaşı,  tyutorların  ideal  səviyyədə  xidmət  göstərmələrinə 
təsir edən amillər də müəyyənləşdirilməlidir. 
Tyutorların  mövcud  iş  şəraitlərinin  müəyyən  edilməsi  universitetlərdəki  tyutorluq 
məsələsinin daha realist və elmi bir şəkildə müzakirə olunmasını təmin edəcəkdir. 
Aparılan  araşdırmalarda  tələbələrin  məsləhətlə  bağlı  xidmətdə  istəkləri  ilə  müşavir-
lərindəakn aldıqları xidmətlər arasında da xeyli fərqlər olduğu bəlli olur. Akademik məsləhət-
çilərin  qeyd  olunan  vəzifələri  tələbələrin  müşavirlərindən  istəklərinin  bir-birindən  fərqli 
olduğu diqqəti cəlb edir. 
Bu  mərhələdə,  universitetlərdəki  bütün  müəllimlərin,  birgə  fəaliyyət  və  əməkdaşlıq 
anlayışına sadiq qalaraq, universitet haqqında tələbələrə izahat və məlumat verməsi; Onları bu 
xidmətlərdən  istifadə  etməyə  təşviq  etməsi,  öz  siniflərində  və  bütün  universitetdə  tyutorluq 
proqramlarının nəzərdə tutduğu tədbirləri görməsi, tyutorlarla  yardımlaşaraq siniflərin təsirli 
öyrənmə  və  psixoloji  sağlamlığa  uyğun  mühitlər  halına  gətirilməsi  üçün  səy  göstərməsi 
lazımdır. Ancaq belə bir anlayışla tələbə universitetin ümumi  fəaliyyəti ilə təhsil sisteminin 
mürəkkəb  və  müxtəlifliyindən  irəli  gələn  problemlərlə,  peşəyə  keçiddə  mövcud  olan  qeyri-
müəyyənlik  və  dəyişikliklərdən  baş  çıxara  bilər.  Bu  vəziyyət  bir  tərəfdən  də  universitetinin 
tələbəyə və cəmiyyətə qarşı öz rolunu yerinə yetirməsinə yardımçı olur. 
Ali  təhsil  alan  gənclik  insan  həyatında  yetkinlik  çağının  son  dövrünü  yaşayan  şəxs-
lərdir. Bu dövrün ehtiyac və problemləri əvvəlki dövrlərin ehtiyac və problemlərindən fərqli-
dir. Tələbələr universitet həyatı ilə yanaşı, müstəqil qərar vermək və nəticələrinin məsuliyyə-
tini daşımalıdır. Təhsili müddətində yaşama, qidalanma, akademik müvəffəqiyyət, dost müna-


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin