Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə246/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   242   243   244   245   246   247   248   249   ...   298
 
 
175 
sibətləri, ailə qurmaq, maliyyə dəstəyi, səhiyyə kimi bir çox problemləri həll etmək, şəxsiy-
yətin  tamamilə  formalaşması,  özünü  bir  peşə  üçün  yetişdirmək  tələbənin  qarşısında  duran 
problemlərdir.  Cəmiyyətin  və  bəşəriyyətin  sosioloji,  siyasi  və  iqtisadi  problemləri  onu  daha 
yaxından maraqlandırır və düşündürür, hətta incidir; adət və ənənələr, dəyərlər, inanclar, hərə-
kət və davranışlar üzərində daha şüurlu bir şəkildə baş sındırır. Kimliyini tapmağa çalışır. Or-
ta  təhsildə  uşaq  üçün  bir  peşə  seçimi  problemi  mövcuddur.  Ali  təhsil  zamanı  isə  gənc  peşə 
seçməklə deyil, daxil olduğu təhsil proqramına uyğun  peşədə yetişmə və buraxılışdan sonra 
iş tapmaq problemləri ilə məşğul olur. Bu səlahiyyət və məsuliyyəti daşıyan tələbənin dəstəyə 
ehtiyacı var. 
Tələbələrin  böyük  əksəriyyəti  universitetə  gələrkən  ilk  dəfə  ailəsindən,  yaşadığı 
mühitdən ayrılır,  tamamilə fərqli bir mühitə düşür. Tyutorluq xidmətləri, ümumməktəblərdə 
kifayət  qədər  verilmədiyi  və  universitetə  qəbulda  çox  sayda  tələbə  tanımadığı,  özünə 
uyğunluğunu  bilib-bilmədiyi  fakültələrəgəlib  düşdüyü  üçün  yaşama,  qidalanma,  sağlamlıq 
kimi  bir  çox  problemlə  qarşılaşır.  Bütün  bu  problemlərlə  qarşılaşan  olan  tələbələr  yeniyet-
məlikdən çıxma, gənclik dövrünə addım atma, varlıqlarını ortaya qoyma, bir sözlə, öz ayaq-
ları üzərində dura bilmə mübarizəsi içindədirlər. Həmçinin məktəbin imtahan sistemi, əsasna-
mələr, riayət edilməsi lazım olan qaydalar, yataqxanada qalacaq şagirdlər üçün dostları ilə ün-
siyyət problemləri də yenə bu dövrdə onları gözləyir. Bütün bu problemlər barəsində tələbə-
lərin ən böyük yardımı institusional olaraq müəllimlərdən almasını gözləmək olar. Amma  bu 
xidmətlər  dəqiq  müəyyənləşdirilmədiyi  və  müəllimlərin  anlayışlarından  irəli  gələn  səbəblər-
dən bu xidmətlər istənilən səviyyədə verilə  bilinmir, bir çox problemlər yaşanır. Burada üzə 
çıxan nöqsanlar bütün tyutorluq xidmətlərinə təsir göstərir. Əsasən bütün təhsil xidmətlərinin 
birgə hərəkətə keçirilməsində üstünlük tyutorluq xidmətlərinə verilmişdir.  
Hal-hazırkı vəziyyətdə, adətən, hər sinifə tələbələrin akademik problemləri ilə məşğul 
olacaq bir tyutor təyin olunur. Tyutorların vəzifələri dərs proqramlarının keçirilməsi ilə yana-
şı,  ümumiyyətlə,  tədrislə  bağlı  məsələlər  haqqında  məlumat  vermək  və  idarəetmə  ilə  tələbə 
arasında  ünsiyyəti  təmin  etməkdir.  Tələbələrin  özünü  tanıması,  şəxsiyyətinin  formalaşması, 
problemlərin öhdəsindən gəlməsi, başqa insanlarla yaxşı ünsiyyət qurmaq üçün lazımi metod 
və bacarıqlar qazanması da tyutorların üzərinə düşən vəzifələrdəndir. Amma ali təhsil müəs-
sisələrində təsirli tyutorluq xidməti verilmədiy üçün çox zaman bu cür problemlərlə müəllim-
lər məşğul olmaq məcburiyyətində qalırlar.  
Bu  baxımdan  universitetin  funksiyalarından  biri  təhsil  xidmətlərinin  keyfiyyətinin 
tələbələr  tərəfindən  necə  qəbul  edildiyinin  müəyyənləşdirilməsi  ali  məktəblər  üçün  olduqca 
mühüm məsələdir. 
Təhsil  prosesi  yalnız  sinifdəki  akademik  təhsillə  məhdudlaşmır,  tələbə  ilə  müəllimin 
sinif xaricindəki ünsiyyətini, təhsil proqramı və bütün tyutorluq fəaliyyətlərini əhatə edən bir 
prosesdir. Bu səbəblə tələbələrin təhsil prosesinə dair fikirləri hərtərəfli araşdırılmalıdır. Tələ-
bənin  sinifdə  və  kənarda  ünsiyyəti  tələbə  üzərində  çox  mühüm  təsirə  malikdir.  Tələbə  və 
müəllim  arasındakı  sinifdən  kənar  münasibətlər,  tələbələrin  inkişafı,  akademik  uğurları,  tə-
ləbələrin özlərini kifayət qədər tanıyıb-tanımadıqları və özlərinə inamları təhsil xidmətlərinin 
keyfiyyətinin  düzgün müəyyən edilməsində mühüm  rol oynayır. Müəllimləri ilə  dərsdən kə-
nar görüşən tələbələr bu ünsiyyət nəticəsində gələcək karyeraları istiqamətində daha çox dü-
şünür,  təhsil  təcrübələrinə  dair  məmnunluq  səviyyələri  artır,  intellektual  inkişafları  ilə  bağlı 
uğurlar qazanırlar. Aparılan sorğularda tələbələr bunu etiraf edirlər. Universitet tələbələrinin 
təhsil  xidmətlərinə  dair  qiymətləndirmələri,  həm  sinifdəki  tələbə-müəllim  münasibətlərini, 
həm  də  öyrənməyi  asanlaşdıran  şərtləri  ehtiva  edir.  Təhsil  prosesi  ilə  bağlı  tələbənin  məm-


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin