176 nuniyyəti birbaşa dərsin effektivliyi ilə bağlıdır. Bunun üçün tələbələrin təhsil prosesindən nə-
lər gözlədiklərini bilmək və məmnuniyyəti təmin etmək vacibdir. Müəllimlərin sinifdəki dav-
ranış və rəftarını qiymətləndirməkdə müxtəlif xüsusiyyətlər nəzərə alınır. Bu xüsusiyyətlər
müəllimlərin dərsə yaxşı hazırlanmasını, dərsi təsirli bir şəkildə keçməsini, qarşılıqlı təsirə
əsaslanan təlim üsullarından istfadə etməsini və tələbənin öyrənməyə motivasiyasını əhatə
edən "etibarlılıq"la, tələbələrin suallarını cavablandırmaqda könüllülüyü və səmimi davranış-
larını "impatiya" ilə və dərsə gətirdiyi yenilik və yaradıcılıq davranışlarını əhatə edən "məna-
lılıq" kimi məfhumlarla ölçülür. Eyni zamanda tyutorluq, akademik xidmətin mühüm bir his-
səsi kimi qəbul edilir və tələbələrin şəxsi, akademik və peşə məqsədlərini ortaya çıxaran bir
prosesdir. Mütəxəssis tyutorlar təkcə dərs seçimində yox, tələbələri yönləndirə biləcək yeni
hallardan da xəbərdar olmalarını təmin edən şəxslər kimi akademik prosesdə mühüm rol oy-
nayırlar. Tyutorluq xidmətlərinin keyfiyyətli olması, tələbənin akademik nailiyyəti və univer-
sitetdəki peşə təcrübəsi mühüm təsirə malikdir. Tələbələrə təqdim olunan tyutorluq xidmətləri
ilə bağlı fikirləri və bu xidmətlərdən duyduqları məmnunluq ilə bağlı araşdırmalar tələbə
məmnuniyyət sorğuları ilə əldə edilir. Bu sorğular tələbələrin hansı məsələlərə əhəmiyyət ver-
dikləri və məmnunluq səviyyələrini üzə çıxarır. Bu məsələlərin nələr olduğunun müəyyən
edilməsində tələbələrin istəkləri və məmnuniyyət səviyyələrinin aşağı və ya yüksək olması rol
oynayır. Əldə edilən nəticələr istək-məmnuniyyət fərqi kimi qiymətləndirilir. İstək və məm-
nuniyyət arasındakı fərqin az olması ali məktəbin, tələbələrin istəklərini ödəmək vəziyyətinin
yaxşı olduğunu, fərqin çox olması isə vəziyyətin yaxşı olmadığını göstərir. Bu vəziyyət qarşı-
sında məsul orqanların dərhal müdaxilə etməsi və lazımi tədbirlər görməsi lazımdır. İstək və
məmnunluq səviyyəsinin yüksək olduğu hallar isə ali məktəbin tyutorluq xidmətlərində güclü
olduğu şəklində şərh olunur. İstəyin aşağı, məmnuniyyətin yüksək olduğu hallarda isə ali
məktəblərin tələbələrin istəklərini aşan bir tyutorluq xidməti təklif etdiyini göstərir. Bu isə
çox rast gəlinən bir vəziyyət deyil. İstək və məmnuniyyətin hər ikisinin də aşağı olduğu hallar
isə ali məktəbə tələbələrinin az dəyər verdiklərini göstərir.
Tələbə məmnuniyyət sorğuları ilə aparılan qiymətləndirmələr səmərəli təhsil verilib-
verilmədiyini dəyərləndirmək üçün yeganə mənbə olmasa da, xidmətlərin keyfiyyətini göstə-
rən digər bir çox mənbədən daha etibarlıdır. Çünki tələbələr verilən xidmətləridən birbaşa
yararlanırlar və ən real qiymətləndirməni də onlar aparacaqlar. Bu səbəblə verilən tyutorluq
xidmətlərinin effektivliyi və səmərəliliyini müəyyən etmək istəyən ali məktəblər bu cür təd-
qiqatlar ilə istədikləri nəticə ala bilərlər. Son illərdə aparılan islahatlarla təhsildə keyfiyyəti
yüksəltməyə çalışan Azərbaycan ali məktəblərinin təhsil prosesində tyutorluq xidmətlərinin
keyfiyyətini artırmağa yönəlmiş təkmilləşdirmə işlərinə dəstək olacağı güman edilir.