Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə268/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   264   265   266   267   268   269   270   271   ...   298
Редаксийайа дахил олуб: 21.04.2015 
 
 
 
 
 
 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 
 
 
189 
Görkəmli Azərbaycan maarifçisi  
Həsən bəy Zərdabinin həyatı 
 
Rəna Qurbanova 
фялсяфя програмы цзря докторант
ARTPİ 
 
Ряйчиляр: пед.ц.е.д., проф. Ф.А.Рцстямов 
                пед.ц.ф.д., дос.Й.Т.Рзайева 
 
Açar sözlər: Həsən bəy Zərdabi, maarif, milli məktəb, qəza məktəbi, qızlar məktəbi 
Ключевые  слова:  Гасан  бек  Зардаби,  oбразование,  национальная  школа, 
уездная школа, школа для девочек 
Key  words:  Hasan  bey  Zardabi,  education,  national  school,  district  school,  girls' 
school 
 
Həsən bəy  Zərdabi  Azərbaycan xalqının  mədəniyyət,  maarifçilik,  ictimai və  pedaqoji 
fikir tarixində müstəsna dərəcədə əhəmiyyətli rol oynamış fikir və qələm sahiblərindən biridir. 
Həqiqətən də, o, xalqımızın mədəniyyət tarixində “fəxri yer tutur” və “40 ildən artıq bir dövr 
ərzində Azərbaycan xalqının səadəti və tərəqqisi uğrunda yorulmaq bilmədən əzmlə mübarizə 
aparmışdır. Öz həyatının mənasını xalqın səadəti uğrunda mübarizədə görən Zərdabi zəngin 
və çoxcəhətli həyat yolu keçmişdir” (4).  
Həsəb bəy Rəhim bəy oğlu Zərdabi o zamanki Şamaxı qubernasiyasının Göyçay qəza-
sının  Zərdab  kəndində  dünyaya  göz  açmışdır.  Həsən  bəy  ilk  təhsilini  Zərdab  kəndindəki 
məscid  məktəbində  -  mollaxanada  almışdır.  1852-ci  ildə  atası  kiçik  Həsəni  mollaxananadan 
çıxarır. O zaman quberniya mərkəzi olan Şamaxı şəhərinə gətirərək burada fəaliyyət göstərən 
qəza  məktəbinə  qoyur.  Arxiv  sənədləri  də  Zərdabinin  1852-1853-cü  tədris  ilində  artıq 
Şamaxıdakı  şəhər  məktəbində  oxuduğunu  təsdiq  edir  (1).  Arxiv  sənədləri  göstərir  ki,  1852-
1853-cü  tədris  ilində  dörd  sinifli  ali  Şamaxı  məktəbi  nəzdində  yenicə  təşkil  olunmuş  pan-
sionun  I  sinfini  bitirən  Həsən  bəy  1854-ildə  pansionun  II  sinfinə  qəbul  edilmişdir.  O, 
məktəbdə  istedadlı,  intizamlı,  yaxşı  oxuyan  bir  şagird  kimi  fərqlənmiş  və  diqqəti  cəlb  et-
mişdir. Şagirdlərn qiymət vərəqlərindəki göstəricilərdən məlum olur ki, bu qabiliyyətli şagird 
bir-iki  fəndən  bəzi  rüblərdə  “dörd”  alsa  da,  əsasən,  “əla”  qiymətlərlə  oxumuşdur.  Qafqaz 
Təhsil  Dairəsinin  müdiri  baron  A.P.Nikolayın  Şamaxı  məktəbində  buraxılış  imtahanlarında 
şəxsən iştirakı Zərdabinin həyatında mühüm dəyişikliyə səbəb olur.  Buraxılış imtahanlarında 
gənc Zərdabi özünün savadı, biliyi, istedadı ilə baron Nikolayın diqqətini cəlb edir və heyrətə 
salır.  O,  bu  istedadlı  məzunu  xəzinə  hesabına  təhsilini  davam  etdirməkdən  ötrü  1-ci  Tiflis 
gimnaziyasına göndərməyi məsləhət bilir. Böyük qardaşları əvvəlcə “onun Tiflisə  getməsinə 
razı olmamışlarsa da, az sonra atalarının dayısı, o zaman Tiflisdə yaşayan general Fərəc bəy 
Ağayev bundan xəbər tutmuş və onun təkidi ilə qardaşları Həsən bəyin Tiflis gimnaziyasına 
oxumağa getməsinə razı olmuşlar” (4).
 
 
1858-ci  ilin  yayında  H.Zərdabi  Şamaxı  qəza  məktəbini  müvəffəqiyyətlə  bitirir.  Az 
sonra  Tiflisə  gedərək  uğurla  imtahan  verərək  Tiflis  qəza  gimnaziyasının  5-ci  sinfinə  daxil 
olur. Bununla da onun ömrünün üç illik Tiflis dövrü başlayır. 1858-1861-ci  illərdə o, Tiflis 
qəza  gimnaziyasında  təhsil  alır.  1861-ci  ilin  iyun  ayında  Zərdabi  Tiflis  gimnaziyasını  əla 
qiymətlərlə bitirir. 1861-ci ilin avqustunda, yəni Tiflis gimnaziyasını bitirdikdən 1-2 ay sonra 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin