196 hüquq və azadlığının tanınmasıdır. Ancaq bu diriliyi qazanmaq heç də asan bir iş deyil.
“Dünyanın mütəməddin millətləri öz diriliklərini təmin üçün cəhənnəmi silahlarla müsəlləh
olub, bir-birlərinin üstünə hücum ediyorlar” (5) Avropalılar bu məsələni daha yaxşı dərk
etdiklərindən “milli dirilik” onlarda əsas milli qayə olaraq daim diqqət mərkəzində saxlanılır,
onun uğrunda mübarizə aparılır. Avropalılar diriliyin əsas məğzini qüvvətli olmaqda görürlər.
Bu qüvvət isə yalnız fiziki gücü özündə ehtiva etmir. Ruhən, elmi cəhətdən, mədəniyyət və
maarif etibarı il də güclü olmağı tələb edir. “Gərək bir insan və gərək bir millət elmən və
bədənən qüvvətli olmayınca dünyada yaşaya bilmək nemətindən məhrumdur.” (5)
Müəllifin fikrincə, dirilik həm təbiətə, həm də cəmiyyətə aiddir. Amma bunların hər
ikisini özündə ehtiva edən çoxlu sayda, rəngarəng ölçü və mahiyyətdə mövcud olan dirilik-
lərin “ən mütəkamil şəkli”, yəni ən mükəmməl forması milli dirilikdir. Millətlər mədəniyyət,
elm, maarif və tərbiyə cəhətdən güclü olmasalar, bəşəriyyət rəzil, miskin və çarəsiz kütləyə
çevrilər. Əslində bəşər mədəniyyətinin özü milli mədəniyyətlərin məcmusu olduğu kimi
bəşərin diriliyi də millətlərin diriliyindən asılıdır. Bu barədə M.Ə.Rəsulzadə yazır: “Məncə,
mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir yekundur. Hər millət öz
iqtidar və öz istiqlalı sayəsində, yəni öz diriliyi ilə özünə xüsusi, xüsusi olduğu qədər də
qiymətli bəzi şeylər əlavə ediyor ki, bir millətin ölməsi və yaxud ölgün fikirlərlə yaşaması
yalnız özünün bədbəxtliyi deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil ediyor.” (5)
Milli diriliyin mövcudluğu mənasında Avropa ölkələri ilə müqayisədə islam aləmini
“xaraba bir karvansara”ya bənzədən müəllifə görə “diriliklərin ən qiymətlisi də milli diri-
likdir”. Həm də dirilik dünyanı sevməkdən, öz hüquq və namusunu mühafizə edə biləcək qə-
dər bir qüvvə, idrak və bacarığa malik olmaqdan ibarətdir.
“Milli dirilik” siyasi-pedaqoji risaləsində məfkurə fədaisi milli diriliyin ən mühüm
atributlarının hansılar olduğunu göstərir və onların anlayışlı, həm də elmi təhlilini verir.
Həmin atributların, əsasən, aşağıdakılar olduğunu söyləyir: millət olamğın şərtləri; millət və
milli mənlik nədir?; millətpərəstlik və onun mahiyyəti,səmərəsi; milli vicdan və iman; milli
ideal; milli dil və ona münasibət; din və millət (dinin millətin əsas mənəvi və etiqadi rükn-
lərindən biri olması); milli adət, ənənə və millətin varlığının müəyyənləşməsində onun çəkisi
və s. Bu kimi böyük milli, mənəvi, əxlaqi nemətlərə nail olmağın, bəşər aləmində bir xalq
olaraq nüfuz qazanmağın, göstərilən atributlara yiyələnməyin yolu nədir? M.Ə.Rəsulzadəyə
görə bu, ancaq elm, maarif, tərbiyə və mədəniyyətlə mümkündür. Deməli, bunlarsız milli
dirilik və nicat da mümkün deyil.
Onu da qeyd edək ki, bu məslək yolçusunu yalnız nəticə maraqlandırmır. Xalqı milli
diriliyə, hürriyyət və istiqlala nail olmalı, müstəqil, azad və xoşbəxt yaşamalıdır! Elm, maarif,
tərbiyə və mədəniyyət kəsb etməlidir! Bu, ideal və son məqsəddir, yəni nəticədir. Bəs gös-
tərilən nəticələrə hansı üsullarla, hansı vasitələrlə nail olmaq mümkündür? Cəmiyyətin yalnız
siyasi, ictimai idarəsi üçün deyil maarif və tərbiyə cəhətdən idarəsi üçün də lazımi, gərəkli va-
sitələr düşünülməli, icra olunmalıdır. “Tövbə edildimi?” məqaləsində müəllif bu münasibətlə
yazırdı: “Məarif işi məarifdən anlar adamların əql və idrakı ilə idarə olunmalıdır. Cəmiyyət
idarəsi cəmiyyətin həqiqi və mənəvi üzvlərinin kəmali-azadlıqda verdikləri müstəqil rəylərlə
təşkil olunmalıdır. Yalnız nəticə deyil, vasitəyə də əhəmiyyət verilməlidir” (6).
M.Ə.Rəsulzadə “qara xalqı”, kütləni işıqlı gələcəyə hazırlamaqdan ötrü onu sevməyin
kafi olmadığını söyləyir. Bunun üçün tərbiyənin bütün vasitələrini işə salmağı məsləhət görür.
Xalqla canlı, daimi təmasda olub teatr, mətbuat, mühazirələr, müxtəlif tipli məktəblər və təh-
sil ocaqları, kitablar, kitabxanalar və s. tərbiyə və təlim vasitələri ilə onları ayıltmağın, hə-
qiqəti anlatmağın daha effektli olduğunu israr edir: “Qara xəlqi” bəgənmək, lazım olduğu