Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə275/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   271   272   273   274   275   276   277   278   ...   298
 
 
195 
tərəqqi və gözəlliyin elm ilə hasilə gəldiyini, Quranın da elmə bağlı olduğunu söyləyir: 
 
Aç qulağın bir eşit bu sözləri ey bül füzul, 
Elmə rağıb olgilən qafildilər küllən cühul. 
Hər nə var dünyada bil ki, elmilən olmuş hüsul, 
Fəzli elmi bilgilən şər ilə olmuşdur qəbul, 
Olmasın qafil xəlayiq eyləyib Quran nüzul (2) 
 
1907-ci ilin sonlarında tanınmış maarifçi, Azərbaycanda milli mətbuatın, milli teatrın 
yaradıcısı H.Zərdabi vəfat edir. Onun dəfni böyük milli matəmə çevrilir. Dəfndə minlərlə və-
təndaş iştirak edir. Dəfn zamanı bir sıra ziyalılar da nitq söyləyirlər. Mərasimdə M.Ə.Rəsul-
zadə də yığcam, lakin son dərəcə məzmunlu bir nitq irad edir. Onu nitqi 1907-ci ildə “İrşad” 
qəzetinin 2 dekabr tarixli sayında dərc edilmişdir (3) 
Məhəmməd Əmin öz çıxışına mərasimdə nitq söyləyən Əbülhəsən adlı bir natiqin söz-
lərinə  münasibət  və  etirazla  başlayır.  Göstərir  ki,  natiq  Əbülhəsən  alovlu  bir  təəssüflə  “bu 
günkü hali-övzamızdan”, vəziyyətimizin zülm mücəssəməsinə çevrilməsindən, dəhşətə girif-
tar olmasından danışdı. Bu “bəlayi-əzimdən” (“böyük bəla”dan), “qəddar əlindən” qurtarma-
ğın yolunun başçılarımıza, rəislərimizə yalvarmaqda olduğunu güman etdi. Təklif verdi ki, biz 
rəislərimizə  yalvarıb  yaxarmalıyıq  ki,  bizi  bu  halətdən  qurtarmaqdan  ötrü  “halımıza  yanıb 
əhvalımıza çarə olsunlar.” 
Məhəmməd Əmin bəy belə bir təklifə qəti olaraq etiraz edir. Göstərir ki,  əslində bizi 
bu  günə  salan  rəislərimiz,  ixtiyarlı  adamlarımız  olmuşlar.  Xalqın  cəlladı,  zülmkarı  olan  bu 
şəxslərdə dərdimizə çarə, mərhəmət ummaq əlindəki iti bıçaqla qarşısındakı qoyunu kəsmək 
istəyən qəssabın kəsmək istədiyi qoyunun qəssaba yalvarışına bənzəyər. Qoyun nə qədər yal-
varsa da, qəssab ona rəhm etməz. Bəs çıxış yolu nədədir? Gənc və uzaqgörən siyasətçi çıxış 
yolunu camaatı ayıltmaqda, “həqqi və batili” ona bildirməkdə görür. Ancaq bu halda camaat 
“öz həqq və ixtiyarını”, “bacarıq və gücünü” anlaya bilər. Bu məqsədə nail olmaqdan ötrü nə 
lazımdır? M.Ə.Rəsulzadənin təklif və qənaəti belədir: “Cəmaəti ayıltmaq, onu dərrakəli etmək 
üçün nə lazımdır? - Maarif, maarif, maarif! Ancaq elm və bilik ilə cəmaət özünün nə oldu-
ğunu və nə edə biləcəyini qana bilər.” (4) Sonda natiq mətləbini H.Zərdabi və onun əməlləri 
ilə əlaqələndirir. Bu maarif mücahidi olan “piri-rövşənzəmirin” özünün “maarifmənd və mü-
tərəqqi” ideyaları, işləri ilə camaat arasında “ürfan toxumları” səpdiyini xalqa əvəzsiz xidmət 
kimi dəyərləndirir. 
M.Ə.Rəsulzadənin  “Dirilik  nədir?”,  “Milli  dirilik”  (143;  144)  kimi  siyasi-pedaqoji 
traktatlarında  elm,  maarif  və  tərbiyənin  mahiyyəti  daha  masştablı,  dərin  fəlsəfi-pedaqoji 
əsaslara söykənərək şərh olunur. “Dirilik” jurnalının 1914-cü ildə həyata vəsiqə qazandığı ilk 
nömrəsində  işıq  üzü  görən  “Dirlik  nədir?”  məqaləsi  əslində  dərginin  sonrakı  yeddi  sayında 
silsilə şəklində çap olunan, hər biri “milli dirilik” anlayışının müəyyən vacib bir probleminə 
həsr  olunan  məqalələr  silsiləsinin  müqəddiməsi  kimi  düşünülmüşdür.  İstər  həcm,  istərsə  də 
ehtiva etdiyi problemin  çəkisi, dəyəri, təhlil xüsusiyyətləri baxımından həmin məqalələr sil-
siləsini  bütöv  və  maraqlı  bir  traktat  adlandırmaq  mümkündür.  Burada  xalqın  varlığı,  onu 
şərəfləndirən, qürurlandıran, yaşadan ən mühüm sosial-siyasi, mədəni, mənəvi-əxlaqi amillər, 
bu amillərin xalqa təlqini, ən başlıcası isə millətin bu istiqamətdə tərbiyəsi, həmin tərbiyənin 
üsul və vasitələri şərh edilir. 
Millət  anlayışına  kürəvi  miqyasda  öz  həqiqi  parametrlərindən  baxan  müəllifə  görə 
dirilik hər bir xalqın mövcudluğu, şərəfi, dünya millətləri arasında özünü təsdiqi, özünü dərki, 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   271   272   273   274   275   276   277   278   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin