Şəkil 1. Məktəb psixoloqlarının özünüdərk faktorları üzrə özünüqiymətləndirmələri
Beləliklə, özünüdərketmənin iki xarakteristikasının yüksək ifadəsi: özünü inkişaf et-
dirmə istəyi, özünün peşə fəaliyyətindəki yolunu aydın, perspektivli görmək istəyi psixoloqa
özünü peşəkar kimi dərketmə imkanı verir, buna stimul yaradır.
Məktəb psixoloqlarında özünüqiymətləndirmənin peşə özünüdərklə əlaqəsini müəy-
yənləşdirmək üçün apardığımız təhlillərə əsaslanaraq bunları qeyd edə bilərik:
1. Məktəb psixoloqlarının peşə fəaliyyəti üçün zəruri olan xüsusiyyətlərlə onların öz-
lərində peşəkar kimi qiymətləndirdikləri xüsusiyyətlər arasında fərqlər var. Belə ki, psixoloq-
larda koqnitiv komponentlər haqqındakı bilik və bacarıqlar aydın təsəvvür edilmədiyindən
aparılan işlərdə, ümumiyyətlə bu məsələyə o qədər də toxunulmur, daha çox emosional-dəyər
baxımından özünə münasibət və davranış komponentlərindən bəhs olunur.
2. Psixoloqların özünü peşəkar kimi dərkinin məzmunu aydın olmadığından bu nəticə
onların peşəkar kimi özünüqiymətləndirməsinə, eləcə də şagird və pedaqoqlar tərəfindən qiy-
mətləndirmələrə təsir göstərir, özünüqiymətləndirmə ilə sosial qiymətləndirmələr arasındakı
korrelyasiya fərqləri yaranır.
3. Məktəb psixoloqlarında özünüqiymətləndirmənin peşə özünüdərklə əlaqəsinin zəif
olması bir sıra amillərlə bağlıdır. Bunlar aşağıdakılardır: öz təcrübəsində psixoloqun əlverişli
metodologiya və psixotexnikalara kifayət qədər istinad etməməsi; “Mən”in fərdi maraqları;
rəhbərliyin idarəetmə tərzi, tələb və maraqları; həmkarların sosial qiymətləndirmələri və qrup
maraqları; şagird və valideynlərin tələbləri, psixoloji xidmətə olan ehtiyacları; şagirdlərin tə-
lim-tərbiyəsindəki mövcud problemlərin mənşəyi və həlli üçün tələb olunan vasitələr.