Məktəb psixoloqlarında özünüqiymətləndirmənin peşə özünüdərklə əlaqəsi
Reyhan Əhmədova Qərb Universitetinin “Hüquq və humanitar elmlər” kafedrasının müəllimi E-mail: reyhan-79@rambler.ru
Rəyçilər: psixol.ü.f.d., dos. A. Quliyev
psixol.ü.f.d., dos. L. Əmrahlı
Açar sözlər: özünüdərk, özünüqiymətləndirmə, özünütənzim, məktəb psixoloqu,
peşəkar kimi özünüdərk, peşəkarlıq səviyyəsi
Ключевые слова: самопознание, самооценка, самоконтроль, школьный психо-
лог, профессиональное самопознание, уровень профессиональности
Key words:self-consciousness, self-assessment, self-regulation, the school
psychologist, as a professional self-consciousness, level of professionalism
Hər bir fərdin dəyəri onun sosiallaşma səviyyəsi, mənsub olduğu cəmiyyətin, daşıdığı
mədəniyyətin ənənələrinə sadiqliyi, bu normalara əməl etmə tərzi ilə qiymətləndirilir. Hətta,
insan davranışının sırf bioloji, fizioloji mexanizmlərindən irəli gəldiyi iddia olunan, bilavasitə
təbii hiss və emosiyalarla tənzimlənən yaradıcılıq, məhəbbət, cinayət, suisid, qəhrəmanlıq
əməlləri belə sosial qiymətləndirmələr əsasında təhlil edilir. Bu əməllər nə qədər insan
davranışının təbii hərəkətləri kimi görünsə də, əslində, onların özləri belə sosial faktorların
təsiri altında formalaşır. Deməli, insanın sosial dəyəri və sosial xüsusiyyətləri iki qüvvənin:
təbii və sosial təsirlərin qovşağında sosial mühitə uyğun olaraq formalaşan, inkişaf etdirilən
davranışa, əlaqə və münasibətlərə görə qiymətləndirilir.
İ.V. Dubrovina, E.E. Danilova və A.M. Prixojan şəxsiyyətin özünüdərkinin quruluşun-
da özünüqiymətləndiməyə xüsusi yer ayırırlar. Onların təhlillərində özünüdərkin bitkin for-
ması özünü “Mən-konsepsiya”da göstərir. Onun 3 əsas komponenti var:
1) koqnitiv; 2) emosional-dəyər baxımından özünə münasibət; 3) davranış.
İkinci - özünə emosional-dəyər baxımından münasibət bəsləmək insanın özünüqiymət-
ləndirməsində ümumiləşir. Müəlliflərə görə, bu, özündə aşağıdkıları ehtiva edir: “İnsanın
özünə emosional-dəyərlilik baxımından münasibəti onun öz şəxsiyyətinə münasibətinin ya bütöv,
ya da ayrı-ayrı, lakin əsas tərəflərini ifadə edir. Bu münasibət: özünəhörmət, şəxsi ləyaqət
hissi, özünüqiymətləndirmə və bağlılıq səviyyəsində ifadə olunur” (4, 273).
İ.V. Dubrovina, E.E. Danilova və A.M. Prixojan qeyd edirlər ki, özünüqiymətləndirmə
anlayışında ön plana qiymətləndirici komponentlər çıxır. Şəxsiyyətin özünüqiymətləndirməsi
haqqında psixoloji mənbələrdə yetərincə izahlar verilir. Burada bizi məktəb psixoloqlarının
özünüdərkinə özünüqiymətləndirmənin təsiri maraqlandırır. Bundan əlavə, bilmək istərdik,
onlar özlərində mütəxəssis olaraq nələri üstün qiymətləndirirlər? Ümumiyyətlə, məktəb psixo-
loqlarının özlərini mütəxəssis kimi qiymətləndirmələri onlara verilən ekspert qiymətləndir-