Çirklənmiş torpaqda ağır metalların təmizlənmə üsulları İnsaf Həmzəyeva Ekologiya İnstitutunun şöbə müdiri, E-mail: chingiz55@rambler.ru
,
Leyla Camalova Ekologiya İnstitutunun baş elmi işçisi, Günay Əlizadə Ekologiya İnstitutunun elmi işçisi
Rəyçilər: r.ü.e.d., prof. H.İ. Aslanov
b.ü.f.d., dos. H.M. Hacıyeva
Açar sözlər: kimyəvi analiz, antropogen, zəhərlənmə, çirklənmə, çirklənmə dərə-
cəsi, tullantı sular, neftlə çirklənmə, ağır metal, ekoloji durum
Ключевые слова: химический анализ, антропоген, отравление, загрязнение,
степень загрязнения, сточные воды, загрязнение нефтью, тяжелые металлы, экологи-
ческое состояние
Key words: ъhemical analysis, degree of being anthropogenic poisoned, getting dirty,
garbage waters, rub with kerosene getting dirty, heavy metal, ecological situation
Ətraf mühitə daxil olan ağır mütalların təxminən 90%-i torpaqda toplanır. Ağır
metallar – çox təhlükəli kimyəvi çirkləndiricilər sırasına daxildir. Antropogen təsirlər
nəticəsində onların ekosistemə düşməsi canlı orqanizmlərdə baş verən mühüm funksiya-
ların dəyişikliyinə səbəb olur.
Atmosfer, hidrosfer, litosfer, canlı orqanizmlər və torpaq arasında yaranan zəncir
çox həyati vacib prosesdir və nəsilverməyə – məhsuldarlığa unikal xüsusiyyət verir.
Texnogen, əsasən də ağır metallarla çirklənmədə torpaq təbii filtr rolunu oynayır və
çirklənmə onun bioloji xüsusiyyətlərinə təsir edir. Bu vaxt torpaq mikroorqanizmlərində,
bioloji müxtəlifliyində dəyişiklik müşahidə edilir.
Çirklənmədən mikroorqanizmlərin strukturunda dəyişiklik müşahidə edilir. Bu-
nunla yanaşı fermentativ aktivliyin azalması müşahidə olunur. Ağır metallar torpaqda
suda həll olunmuş vəziyyətdə, iondəyişmiş və adsorbsiya olunmuş formada olur.
Ağır metalların torpağa keçməsini 4 yolla göstərmək olar:
1)
Diffuziya
2)
Filtrasiya
3)
Sorbsiya
4)
Dsorbsiya
Hal-hazırda Cu, Zn, Co və Mo kimi kənd təsərrüfatında geniş işlənən metalların
müxtəlif tipli torpaqlarda yayılması yaxşı öyrənilmişdir. Eyni zamanda çox az tapılan və
dəhşətli çirklənmə verən Cr, Hg, Pb, Cd, Sn kimi metalların torpaqda yayılması haq-
qında çox az informasiya var.
Metallar torpaqda sərbəst ionlar (Cd
2+
, Zn
2+
, Cr
7+
) şəklində və həll olunmuş