205 orqanik və qeyri orqanik kompleks maddələrlə birləşmiş ion şəklində olur. Ağır metal-
ları membran texnologiyası, elektrokimyəvi metod, sementləmə, aktivləşmiş kömürlə ad-
sorbsiya, buxarlandırma, həmçinin sintetik supfaktantlarla təmizləmə metodları möv-
cuddur.
Ağır metallarla çirklənmiş torpağın təmizlənməsində universal metod yoxdur.
Metodun effektivliyi metodun xüsusiyyətindən və digər bir çox faktorlardan asılıdır
Nəzərə çatdırmaq lazımdır ki, təmizlənmə üçün istifadə olunan texnologiyalar –
texniki izolyasiya, hermetizasiya, su keçirməyən sədd – ağır metalları tamamilə yox
etmir, sadəcə olaraq stabilləşdirir.
Texnogenez məhsulları lanşaftın xüsusiyyətindən asılı olaraq təbii proseslərdə
dəyişilə və ya toplana bilər. Həmçinin canlılara birbaşa təsir göstərə bilərlər.
Ağır metalların biosfer komponentlərində miqdarı aşağıdakı cədvəldə göstəril-
mişdir.
Element
Sənaye
tullantı-
ları kq/l
Torpaq
mq/kq
Bitki
mq/kq
Içməli su
q/m
3
Ağır metalların torpaqdan desorbsiyası nasoslar vasitəsi ilə uzun müddətli yuyıl-
masıdır. Bu çox yavaş gedən prosesdir. Nəzərə çatdırmaq lazımdır ki, bioloji təmizlənmə
daha effeklidir və ucuz başa gəlir.
Biosurfaktantların öz sintetik analoqlarından üstünlüyü ondadır ki, onlar aşağı
zəhərlilik, ekstremal şəraitdə yüksək aktivlik və alınması üçün nisbətən ucuz xammalın
olmasıdır.
Torpaqdan bisurfaktantlarla ağır metalların ayrılması effektivliyi bizim “sur-
faktant – metal” kompleksinin əmələ gəlmə mexanizminin başa düşmə qabiliyyətimizdən
asılıdır.
Kadmium ionlarının surfaktant məhsullarında kompleks əmələ gətirməsi 92% ef-
fektivliyə çata bilir. Əmələ gələn ramnolipid (mikroorqanizm və orqanik yağlı kompleks
əmələ gətirmək üçün fitotəmizləmədə mühit) kompleksinin davamlılığı pH 6,0
7,0 ol-
duqda daha davamlıdır və kompleksin hüceyrəarası boşluqları kompleksin torpaq daxi-
lində hərəkətini asanlaşdırır.
Qeyd etmək lazımdır ki, torpaqda (Ca
2+
, Mg
2+
, K
+
) kationlarının olması praktiki
olaraq ağır metalların ramnolipidlərlə kompleks əmələ gətirmədə rəqabətə girmir. Daha
doğrusu bu zaman Cd
2+
öz yerini Ca
2+
-a verir. Bu vaxt Ca
2+
kationlarının qatılığı 100
dəfələrlə çox olmalıdır. Pb
2+
və ya Cu
2+
müqayisə olunsa Ca
2+
-un qatılığı 100 min dəfə-
dən çox olmalıdır.
Biosurfaktantlar ağır metalların ionları ilə torpaqda qarşılıqlı təsirdə çirkləndirici-
ləri özünə birləşdirir. Qeyd etmək lazımdır ki, biosurfaktantlar ağır metalların ionları ilə
birləşsə də hərəkətliliyini saxlayır və hərəkətliliyini artıra bilir. Nəzərə almaq lazımdır ki,
surfaktantla ağır metallar təmizlənməsinə bir çox faktorlar təsir edir. Torpağın tipi, pH-
ı, çirklənmənin tipi, çirklənmə dərəcəsi və s. Biosurfaktantların təsiri ilə torpaqdan ağır