Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə292/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   288   289   290   291   292   293   294   295   ...   298
Редаксийайа дахил олуб: 01.05.2015 
 
 
 
 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 
 
 
208 
Təqdim olunan məqalələrə tələblər 
 
 
1. Digər redaksiyalara təqdim olunmamış məqalələr qəbul edilir.
 
2. Məqalələr son tədqiqatların nəticələrini əks etdirməli, yeni ideyalarla zəngin olmalı, 
elmi məqalələrin yazılışına qoyulan tələblər gözlənilməlidir.
 
3. Məqalənin  mətni  təxminən  6-8  səhifə  olmalıdır.  Azərbaycan,  rus  və  ingilis 
dillərində məqaləyə aid açar sözlər verilir.
 
4. Məqalənin mətni Azərbaycan dilində latın əlifbası (Times New Roman), rus dilində 
kril əlifbası və ingilis dilində ingilis (ABŞ) əlifbası ilə Times New Roman  – 14 şrift ilə 1,5 
intervalla yığılmalı, elektron variantı ilə birlikdə (disklə) təqdim olunmalıdır. 
5. Məqalələr  üç  dildən  -  Azərbaycan,  ingilis  və  rus  dillərindən  birində  çap  olunur. 
Yazıldığı  dildən  əlavə  digər  iki  dildə  məqalənin  xülasəsi  təqdim  edilir.  Xülasədə  müəllifin 
soyadı,  adı,  atasının  adı,  məqalənin  adı,  irəli  sürülən  başlıca  elmi  müddəalar,  tədqiqatdan 
alınan nəticələr, problemin nəzəri və praktik əhəmiyyəti öz əksini tapmalıdır.
 
6. Məqaləyə müəllif haqqında aşağıdakı məlumatlar təqdim olunur: adı, soyadı, iş yeri, 
vəzifəsi, elmi dərəcəsi və adı, iş və ev telefonları, ünvanı, E-mail.
 
7. Məqalə aşağıdakı ardıcıllıqla  yazılır: birinci  sətirdə böyük hərflərlə məqalənin adı; 
ikinci  sətirdə  müəllifin  adı  və  soyadı,  elmi  dərəcəsi  və  elmi  adı;  üçüncü  sətirdə  iş  yeri, 
vəzifəsi, daha sonra elektron poçtu (E-mail). 
8. Həmmüəlliflərin üç nəfərdən artıq olması məqsədəuyğun deyildir.
 
9. Redaksiya  məqalədə  zəruri  dəyişiklər  və  ixtisarlar,  redaktə  aparmaq  hüququna 
malikdir.
 
10. Məqalələrə  iki  mütəxəssisin  rəyi,  şöbə  və  ya  kafedranın,  həmçinin  ali  məktəbin 
Elmi  Şurasının  və  orta  ixtisas  təhsili  məktəbinin  Pedaqoji  Şurasının  iclas  protokollarından 
çıxarışlar əlavə olunur.
 
11. Məqalədəki  faktların,  məlumatların  dürüstlüyünə  müəlliflər  cavabdehdir.  İrəli 
sürülən  elmi  müddəalar  müəllifin  özünə  məxsus  olmalı,  istifadə  edilmiş  nəzəri  fikirlərin 
mənbəyi göstərilməlidir.
 
12. Məqalədə  son  5-10  ildə  çap  olunan  əsərlərə  istinadlara  üstünlük  verilməlidir. 
Məqalənin  sonunda  verilən  ədəbiyyat  siyahısı  əlifba  ardıcıllığı  ilə  deyil,  istinad  olunan 
ədəbiyyatların  mətndə  rast  gəlindiyi  ardıcıllıqla  nömrələnməli  və  məsələn,  (1)  və  ya  (1,  s. 
119) kimi işarə olunmalıdır. Eyni ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, 
onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.
 
13. Jurnal öz profilinə uyğun məqalələri dərc edir.
 
14. Elmi  məqalələrin  sonunda  elm  sahəsinin  və  məqalənin  xarakterinə  uyğun  olaraq 
aktuallıq  əsaslandırılmalı,  elmi  yeniliyi,  tətbiqi  əhəmiyyəti,  iqtisadi  səmərəsi  və  s.  aydın 
şəkildə verilməlidir.
 
15. Plagiatlıq faktları aşkar edildikdə həmin məqalənin nəşri dayandırılır.
 
16. Məqalə müəlliflərinin hüquqları qorunur.
 
17. Jurnalda «ardı növbəti nömrədə» adı altında seriya məqalələr dərc olunmur.
 
18. Məqalələrin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni olmalı və məqalənin 
məzmununa uyğun gəlməlidir.
 
19. Məqalələrdə  müəllif(lər)in  işlədiyi  müəssisə  və  onun  ünvanı,  müəllifin  elektron 
poçt ünvanı göstərilməlidir. 
 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin