197 zaman onu meydana çəkib də bu, ya o surətlə idarə etməkdən ibarət degildir. “Qara xəlqi”
sevənlər qoy onu işıqlandırsınlar. Qoy ona işıq və əməl nəşr edən gözəl teatro əsərlərini
tamaşaya çəksinlər, asan dildə zəmanə və onun ehtiyacı həqqində oxutdurduqları leksiyalara
aparsınlar, xəlq üçün açılan darülfünunlara götürsünlər, gecə kurslarına yol eləsinlər, onlar
üçün qiraətxana açsınlar, kitabxanənin qapısını üzlərinə bağlamasınlar” (6)
“Getdiyimiz yol” məqaləsində (7) hürriyyət carçısı elm, mədəniyyət və maarifə, onun
xalqın həyatında oynadığı rola azərbaycançılıq ideologiyasının, milli istiqlal məfkurəsinin
atributları, əsas rüknləri müstəvisində münasibət ifadə edir. Məqalədə qoyulan əsas məsələ və
məqsəd azərbaycançılıq ideologiyasının əsas rüknləri və şüarı olan “Türkləşmək, islam-
laşmaq, müasirləşmək” – ideyasının nəzəri izahını vermək, onu kütləyə sadə tərzdə
anlatmaqdır. Müəllif şüarda irəli sürülən hər üç tezisin hər birini ayrı-ayrılıqda izah edir.
Əvvəlcə “müasirləşmək” anlayışının nə olduğunu, onun əsas komponentlərini şərhə səy
göstərir. Onun millətləri “səlah və nicat yoluna çıxaran böyük vasitə” olduğunu qeyd edir.
Göstərir ki, indiki zamanın tələblərinə müvafiq olaraq mədəniyyətin maddi və mənəvi
vasitələri ilə silahlanmayan qövmlər “qan, irq və dilcə birləşmiş milliyyət və ya din, ruh və
vicdanca tanınmış, beynəlmiləliyyət olsun – mümkün deyil” (7). Müəllif onu da əlavə edir ki,
biz Qafqaz türkləri tarix boyunca mədəniyyət cəhətdən qonşularımızdan üstün olmuşuq. Şeir,
musiqi, adət-ənənələr və s. tədqiq olunarsa, bunun həqiqət olduğu ortalığa çıxar. O, müa-
sirləşmənin demokratizm və imperializm kimi anlayışlarından da danışır. Nəhayət, bu qərara
gəlir ki, demokratizmə nail olmağın, imperializmin millətləri zor və güc vasitəsilə “kəndi
əsarət və tabeətinə keçirmək” istəyindən qorunmağın yolu elm, təhsil, maarif yolu ilə öz milli
mənliyini dərk etməkdir. Elm və maarif olmadan “imperializm əjdahasının ağzından xilas
olmaq”, əsarət və buxovunu dəf etmək mümkünsüzdür. Elə buna görə də “müasirçilərimiz”
şkola, şkola deyib bizi mədəniyyəti-hazirəyi qəbula çağırırlar” (7).
Əlbəttə, haqqında danışdığımız millət xadimi onun mənsub olduğu vətənin vətəndaş-
larının hürriyyətini, millətinin istiqlalını əlindən alan sovet rejiminə nifrət edirdi. Bununla
belə o, sonrakı tarixi dövrdə sovet imperiyası tərkibində yaşayan azərbaycanlıların təhsil sə-
viyyəsindən razı qaldığını açıq şəkildə etiraf etmişdi. Bunun bariz sübutu onun İkinci dünya
müharibəsindən sonra qələmə aldığı “Çağdaş Azərbaycan tarixi” kitabındakı fikirləridir. Hə-
min əsərində müəllif İkinci dünya müharibəsində cəbhədə əsir düşmüş azərbaycanlılarla gö-
rüşündə söhbət açır. Qeyd edir ki, Almaniyada və başqa Avropa ölkələrində çoxlu sayda azər-
baycanlı əsirlərlə görüşdüm. Sovet dövründə yetişən bu yeni nəslin nümayəndələrinin ək-
səriyyəti oxumağı və yazmağı bacarırdı. Hamısı ibtidai məktəb, bir çoxu isə orta məktəb bitir-
mişdi. Ali təhsillilər, xüsusilə də həkimlər və müəllimlər də az deyildi. Mən onlardan soru-
şanda ki: “Azərbaycanda məmləkətin idari və iqtisadi ehtiyaclarını ödəyəcək qədər bir neçə
yüz ali təhsil görmüş gəncləriniz vardırmı?” – müsahiblərim mənə cavab verirdilər ki, siz nə
danışırsınız, yüzlərdən deyil, minlərdən danışın. Ana dilə ilə yanaşı əsirlər zəif də olsa, rus
dilini də bilirdilər.
Təbii ki, sovet dövründə aparılan bu cür təhsil siyasəti Rəsulzadəni razı salmışdı. O,
həmin təhsil görmüş nəslin içərisindən görkəmli, xalqa öncüllük edə biləcək ziyalıların da
yetişməsinə inanırdı.