Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə43/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   39   40   41   42   43   44   45   46   ...   298
Редаксийайа дахил олуб: 04.06.2015 
 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 
 
 
36 
Dini-ədəbi ənənə və Zakir 
 
Raqub Kərimov  
AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun  
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru   
Е-маил: raqubkerimov@yan.ru 
 
Rəyçilər: f.ü.e.d., prof. M.Z.Nağısoy 
                 f.ü.e.d., prof.P.Ə.Kərimov 
 
Açar sözlər: Zakir, Hüseyn, Zeynəb, dini, şəhid, Kərbəla 
Kлючевые слова: Закир, Гусейн, Зейнаб, религиозный, шахид, Кербела 
Key words: Zakir, Huseyn, Zeyneb, religious, victim, Karbala 
 
Tarixlər boyu zaman-zaman insanların qan yaddaşına hopmuş dini poeziya həssaslıqla 
yanaşılan ən müqəddəs hisslərlə bağlı olduğu üçün şairlər ona xüsusi önəm vermiş, vətənin ən 
ağır günlərində onun övladlarını ayağa qaldırmaq üçün bu müqəddəs cihad silahından məha-
rətlə  istifadə  etmişlər.  Ona  görə  də  bu  poeziya  islam  dini  yarandığı  gündən  etibarən  bütün 
dövrlərdə gündəmdə olmuşdur. 
Uzun bir inkişaf yolu keçən, tarixi-ictimai şəraitlə əlaqədar olaraq zaman-zaman tərəq-
qi  və  tənəzzül  mərhələlərini  yaşayan  dini poeziya həmişə  gündəmdə  olmuşdur. Məhz bunun 
nəticəsində  ədəbiyyatımızda  dini-ədəbi  ənənə  formalaşmışdır.  Bu  ədəbi  ənənə  xüsusilə  XIX 
əsrdə  daha  geniş  vüsət  tapmışdır.  Bütün  dövrlərdə  olduğu  kimi,  bu  dövrün  ədəbi  mühitinin 
formalaşmasında  da  dini  ədəbiyyatın  özünəməxsus  rolu  olmuşdur.  Dini  ədəbiyyatın  yaran-
ması təkcə şairin öz istəyindən deyil, həm də ictimai tələbdən, xalqın arzu və istəyindən irəli 
gəlirdi. Ona görə də hər bir şair xalq arasında, ictimaiyyətdə daha mötəbər mövqe qazanmaq 
üçün ən gözəl əsərlərini bu mövzuda yazmağa çalışırdılar. Onlardan biri də Qasım bəy Zakir 
idi. O bütün yaradıcılığı boyu islam dini qayda-qanunlarına riayət edən əsl Allah bəndəsi kimi 
istər  dini  mövzularda  yazdığı  şeirlərində,  istərsə  də  ayrı-ayrı  mövzulu  şeirlərinin  daxilində 
sırası  gəldikcə dinin təəssübkeşi  kimi  çıxış etmiş, insanları  mənəvi  saflığa, düz  yola, həqiqi 
Allah  bəndəsi  olmağa  dəvət  etmişdir.  Bununla  yanaşı,  Zakir,  insanları  dini  əqidədə  mötədil 
olmağa, onları müxtəlif zamanlarda ayrı-ayrı oyunbazların yaratmış olduqları saysız-hesabsız 
təriqət  və  məzhəblərə  uymamağa  çağırmışdır.  İslam  dininə,  onun  müqəddəs  kitabı  olan  Qu-
rana yaxşı bələd olan şair bu kimi təriqətlərin monumental islam dinini parçalamaq üçün ayrı-
ayrı şəxslərin öz mənafeləri naminə ortaya atdıqları oyunbazlıqdan başqa bir şey olmadığını 
görür  və  oxucusuna  bu  oyunbazlara,  fırıldaqçı  dini  “liderlər”ə  uymamağı  tövsiyə  edirdi.  O, 
şiələr  və  sünnülər  arasında  baş  verən  kəskin  ixtilafları  görür  və  bu  ixtilaflara  səbəb  olan 
“Şeyxi” və “Üsuli” kimi təriqətləri tənqid atəşinə tuturdu. Şair bu qəbil din xadimlərini “öl-
kəyə hərcmərclik salan, adlarını alim qoyub, özləri savadsız, dinləri pul, ipək pal-paltar olan 
müftəxor  şarlatan  adlandırır  və  “Əlif  bey  oxuyan”  hər  dələduz  şiəliyin  nə  olduğunu  anla-
madığı  halda  “məzhəbi-isna-əşəri”,  “bargəhi-iymani  zirü  zəbər  etdiklərini”  (1,  s.208)  bütün 
kəskinliyi ilə oxucunun nəzərinə çatdırırdı. Onların nəzəriyyəsinə görə “on iki imam Allahın 
arzusu  ilə  bütün  varlığın  yaranmasının  zəruri  səbədidir.  Guya  on  iki  imam  dünya  yaran-
mazdan əvvəl cövhər halında mövcud imiş, Allah dünyanı imamların cövhəri vasitəsilə yara-
dıb  və  dünya  onların  hökmü  ilə  hərəkət  etməlidir”  (2,  s.490).  Onlar  Peyğəmbər,  onun  qızı 
Fatimə və 12 imamın hər birini Allah qədər qüdrətli hesab edirdilər. Bu məsələyə münasibət 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin