Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə46/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   42   43   44   45   46   47   48   49   ...   298
 
 
39 
əhli-beyti-seyyidüş-şühəda haqqında növhələr deyilibsə, heç bir şairə bu zəriflikdə, bu dərə-
cədə nazik istiarə və şirin ibarələr ilə növhə demək müyəssər olmayıbdır” (4, s.301). 
 Təbbi ki, Kərbəla hadisəsi ilə əlaqədar  yazılan hər bir əsərin başlıca ideyası baş ver-
miş faciəni insan psixologiyasına təsir edərək, onu ehtizaza gətirmək, tökülən nahaq qanlara 
qarşı onlarda haqq-ədalət uğrunda mübarizə ruhu aşılamaqdan ibarətdir. Ona görə də şairlər 
şeirin emosional təsir gücünü artırmaq üçün əksər hallarda qadın və uşaq obrazlarına müraciət 
edirdilər. Əlbəttə, Zakir də digər sənətkarlar kimi qadınlardan söhbət açanda ilk növbədə Zey-
nəb,  Səkinə  obrazlarına,  uşaqlardan  bəhs  edəndə  isə  hələ  qundaqda  olan  altı  aylıq  körpə 
Əliəsgər obrazına müraciət etmişdir. Bu surətlər fonunda yaratdığı epizodlarla o qəlb parça-
layan, insanlarda qəzəb hisinin tüğyan etməsinə səbəb olan səhnələr yaratmağa nail olmuşdur: 
 
Baş açıq, yalın ayaq səhrada Heydər qızları, 
Naləvü fəryad edər Ali-peyəmbər qızları. 
Dəşti-qəm içrə qalıb biyarü yavər qızları, 
Nə rəvadır eyliyə xatuni-məhşər qızları. 
İbni-Sə`di-nabinaya iltica, ya Mustafa! 
 
Şami-şuma çün rəvan oldu əsirani-hərəm, 
Ba sipah-sərdə küdurət, ba dili-ənduhü qəm, 
Naqələr üzrə fəqan eylər Səkinə dəmbədəm, 
Bu nə insaf, mürivətdir, bu nə zülmü sitəm? 
Keçdi həddən üsrəti-Ali-Əba, ya Mustafa!... 
 
Tiri-təqdiri-qəza ta dəydi hülqi-Əsğərə, 
Eylədi ondan güzər bazuyi-ibni-Heydərə, 
Əhli-beytin naləsi sər çəkdi çərxi-əhzərə, 
Əlaman qəhhar qəhrindən o gün ki, məhşərə, 
Yüz qoyar yetmiş iki gülgünqəba, ya Mustafa! (5, s.304). 
 
Kərbəla hadisəsini bütün detalları ilə bilən XIX əsr insanı bu müsibətin iştirakçıların-
dan hər hansı birinin adı çəkiləndə konkret olaraq onun başına gətirilən faciəni  yada salır və 
şeirin  emosional  təsir  gücü  altında  həmin  hissləri  yaşayırdı.  Həməsrlərinin  psixoloji  duru-
muna yaxından bələd olan Zakir, mərsiyə, növhə və sinəzən yazarkən seçdiyi obraz ətrafında 
müəyyən  təsirli  səhnələr  yaratmaqla  fikrini  canlı,  obrazlı  şəkildə  oxucuya  çatdırmaq  üçün 
birinci növbədə hansı obrazdan hansı məqamda, necə istifadə edəcəyini özlüyündə ölçüb-biç-
dikdən sonra qələmə almışdır. Ona görə də şairin bu mövzuda yazdığı əsərlər dillər əzbəri ol-
muş  və  müəllifinə  böyük  uğur  gətirmişdir.  Şairin  yazdığı  dini  şeirlərin  uğur  qazanmasının 
başlıca səbəblərindən biri də qeyd etdiyimiz kimi, mövzunu düzgün seçməklə lazımi detalları 
hadisəyə  uyğun  şəkildə  yerində,  məqamında  verməsindən  ibarət  idi.  Onun  Həzrət  Zeynəbə, 
Həzrət  Səkinəyə,  Cənab  Əliyə,  Cənab  Hüseynə  ithaf  etdiyi  şeirlərin  hər  birində  biz  bu  de-
yilənlərin  canlı  şahidi  oluruq.  Bu  sırada  şairin  Cənab  Zeynəbə  həsr  etdiyi  “Zeynəb”  rədifli 
növhəyə nəzər salaq: 
Bu nə mahdır ki, həddən keçib iztirab, Zeynəb? 
Fələk üzrə mahü mehri eylədi kəbab, Zeynəb.  
Yox ümidi-sübh hərgiz üsərayi-qeydi-Şamə, 
Nə yaman giran nəhsə düşüb afitab, Zeynəb? 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin