Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə48/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   44   45   46   47   48   49   50   51   ...   298
 
 
41 
masını,  körpə  uşaqların  ac-susuz  çöllərə  dağılmasını,  xəstə  Abidin  alaçıqda  xəstəliyinin  şid-
dətlənməsi və onun qəşş etməsini, Zeynəbin qollarının bağlanaraq əsir götürülməsini, bayraq-
darın öldürülməsini, Əli övladlarının qol-qola bağlanaraq əsir aparılmasını və onların bu gün 
havadarı olmamasını qəlbləri riqqətə gətirən, ürək parçalayan kədərli,  yanıqlı bir dillə təsvir 
etmiş və növhənin hər beytində oxucunu ehtizaza gətirəcək yeni-yeni səhnələr canlandırmaqla 
onu hadisələrin bilavasitə iştirakçısına, tamaşaçısına çevirməyə nail olur. Əlbəttə, Zakirin əsas 
məqsədi  təkcə  hadisələri  belə  təsirli,  yanıqlı  bir  dillə  təsvir  etməkdən  ibarət  deyil,  onun  əsl 
qayəsi insanlarda, ata-anaya, bacı-qardaşa, sevdiyi insana, haqqa, ədalətə məhəbbət hissi aşı-
lamaqdan,  onları  vətən,  xalq  yolunda  ölümə  belə  hazır  olmaq  kimi  müqəddəs  bir  amala  yö-
nəltməkdən ibarətdir 
Başda cənab Hüseyn olmaqla Kərbəla şəhidlərinin dözüm və mətanəti, qürur və əzə-
məti, Zeynəb kimi qadınların şərəf və ləyaqəti dahi Nizamidən başlayaraq ondan sonra gələn 
bütün yazarlar üçün qida mənbəi olmuşdur. Onlar öz müsbət obrazlarını yaradarkən Kərbəla 
şəhidlərinə rəmz kimi yanaşmış və onların malik olduqları ali, müqəddəs insani keyfiyyətləri 
qəhrəmanlarının  timsalında  yaratmağa  çalışmışdır.  Əbədiyaşar  dini  poeziya  və  onun  təbliğ 
etdiyi müsbət ideyalar indi də gündəmdədir. Ərazisinin iyirmi faizi işğal olunmuş xalq üçün 
bu poeziyanın geniş şəkildə öyrənilməsi, tədqiq və təbliği vacib və zəruridir. 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin