Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə56/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   52   53   54   55   56   57   58   59   ...   298
 
 
48 
rəsmi cavab almasalar da Şamaxı Milli Müsəlman Komitəsinin çörək kartoçkası kimi mühüm 
bir  işlə  məşğul  olması,  habelə  ”məsaili  cariyyənin  həlli”  nə  çalışması  nəzərə  çatdırılır.  Bu 
sırada  ibtidai  məktəblərin  birləşdirilməsi,  Şamaxıda  və  ətrafında  olan  müəllimləri  toplayıb 
onlar  üçün  türkcə  darülmüəllimin  kursunun  açılması  xüsusi  maraq  doğurur.  Abbas  Səhhət 
yazır  ki,  “Bundan  əlavə,  Şamaxıya  varid  olmuş  müsəlman  tələbələri  toplanıb  “Müsəlman 
tələbələrinin bürosu” naminə  bir cəmiyyət təşkil etmişlər. Tərtib etdikləri müfəssəl və geniş 
proqram üzrə hərəkət etmədədirlər. Teatro və müsamirələr verib, varidatından əhalinin bisa-
vadları  üçün  gecə  kursu  açmaq  kitabçalar  təb  etdirmək  kimi  faydalı  yerlərə  xərc  edirlər.  O 
cümlədən  şaban  ayının  axırıncı  gecəsi  Rza  Zaki  əfəndinin  “Sultan  Həidin  xəli”  sərlövhəli 
teatrosunu və Çexovun “Toy” ünvanlı komediyasını mövqeyi-tamaşaya qoymuşdular. Məxa-
rici çıxdıqdan sonra, dörd yüz on səkkiz manat radələrində bir məbləğ vüsul olmuşdur. Лakin 
bunların hamısından artıq tələbələrimizin şayani-təqdir fəaliyyətlərindən müfəttinlərin önünü 
almaq  təşəbbüsatında  bulunmaqlarıdır.  Məlum  ki,  hər  yerdə  olduğu  kimi,  Şamaxıda  da 
müfəttinlər ötədən bəri əfkari-şeytankaranələrini yürüdüb nəşr etməkdən çəkinmirlər. Bununla 
belə, şükr olsun, tək bir nəfər də olsa yenə dava vəkilimiz möhtərəm Şirinbəy Səfərəliyebəyov 
cənabları  müsəlman  tələbələri  və  sair  möhtərəm  müəllim  əfəndilər  var  qüvvələrilə  çalışıb  o 
fitnəkaranə  şayeatın  vahiyyat  qəbilimdən  olduğunu  isbat  və  müsəlmanların  həqiqi  demokrat 
olduqlarını bədihiyyatdan olduğunu göstərməkdədirlər. (1, 1917, № 502) 
Dördüncü məktubda Abbas Səhhət Şamaxıda yaradılmış İcraiyyə Komitəsinin səlahiy-
yətləndirilməsi  ilə  uyezd  komissarlığına  təyin  olunmuş  zabit  Azad  bəy  Qocamanbəyovun  
şəxsiyyətinə qarşı qərəzli təbliğat aparılmasına görə işindən istefa etməsi, lakin on səkkiz səs 
ilə istefanın qəbul edilməməsindən bəhs açılır. Göstərilir ki, bu seçkidə digər iddiaçılar “rus, 
müsəlman, erməni millətinin hərəsindən bir nəfər intixab edib (seçib) komissarlıq vəzifəsinin 
həmin üç nəfərə tapşırılmasını təklif etdilər “Bu məsələ ilə bağlı mübahisələrin uzun müddət 
davam etdiyini yazan Abbas Səhhət bildirirdi ki, “Ayın 11-də və 12-də üç gecə peydərpey bu 
məsələ müzakirə olunub, bir çox natiqlər uzun-uzadı nitqlər söyləyib, bəzisi komissarın lehinə 
və  bəzisi  onun  əleyhinə    iradatda  bulundular  isə  də,  nəticəpəzir  olmadı.  Bilaxarə  ayın  12-ci 
gecəsinin  cələsəsində  tamaşaçılar  cümləsindən  olan  qarnizon  saldatlarının  bir  nəfəri  təhdid-
amiz bir surətdə söylədi: Hərgah İcraiyyə Komitəsinin üzvləri uyezd komissarını əzl  etməzsə, 
o halda qarnizon komitəsinin üzvləri gəlib sizləri buradan qovub işləri öz təsərrüfünə alar. Bu 
sözə  komitə  üzvlərindən  Saturyan  və  Səfərəlibəyov  cənabları  protesto  etdilərsə  də,  yenə  də 
sədri-məclis  komissarın  əzl  və  nəsbini  həll  olunmuş  fərz  edib  də  məsələni  səsə  qoymaq  
istədi. Həll olunmuş məsələni dübarə bir də  səsə qoymağın qanundan  kənar olduğunu söylə-
dikdən    sonra  müsəlman  vəkilləri  ümumən  qalxıb  nümayişkaranə  bir  surətdə  şura  salonunu 
tərk etdilər. Sonra neçə maddədən ibarət  bir protesto yazıb öz mətalibləri qəbul edilməyincə 
komitə şurasında iştirak etməyəcəklərini qeyd edib də rəsmən komitəyə göndərdilər. 
Nəticə nə olacaq sonra ərz olunar” (1, 1917, №  505). 
Abbas  Səhhətin  bu  müxbir  yazısından  bir  daha  bəlli  olur  ki,  yaranmış  ikihakimiy-
yətlilik dövründə yeni hakimiyyətə keçid üçün milli məsələlər nəzərə alınır, demokratik seçki-
lər əsas götürülürdü. Abbas Səhhətin beşinci müxbir yazısında  da eyni prinsiplər diqqət mər-
kəzində dayanır, ümumxalq  mövqeyinin qorunması  məsələsi  vacib  vəzifə  bilinirdi. Bu mək-
tubda Bakı və Şamaxıdan göndərilən təbliğatçıların işindən, onlara xalqın yalnız şirin vədlər 
söyləməsindən bəhs açılır, Şamaxı ərzaq komitəsinə quberniya komitəsinə tərəfindən komis-
sar  təyin  olunmuş  Atabekyanın  gördüyü  işlərdən,  onun  Şamaxıya  gəlişindən  sonra  Bakıdan 
gələn  az-çox  ərzağın  yolunun  kəsilməsindən  xəbər  verilirdi.  Yaranmış  vəziyyəti  yaxından 
müşahidə edən Abbas Səhhət xalq mövqeyindən çıxış edərək yazırdı: “Əfəndilər, od ilə plov 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin