Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə58/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   54   55   56   57   58   59   60   61   ...   298
 
 
50 
bətlərini  pozan və milli  qırğınlara rəvanc verənlərin milli  müstəqillik  əleyhinə  olduğunu xü-
susi şəkildə nəzərə çatdırırdı. Şamaxıdan “Açıq söz”ə yazdığı altıncı məktubda Abbas Səhhət 
deyirdi: “Provokatorlar müfsideyi-şeytənətkaranələrindən bir an olsun qəflət etmirlər. Biçarə 
müsəlmanların özlərinə növbənöv iftira və böhtanlar yağdırmaqdan çəkinmirlər, “müsəlman-
lar silahlanır” - deyə saldatları iqna etmişlər, inandırmışlar. Binaənileyh bu günlərdə saldatlar 
öz aralarında bir nəfər nümayəndə intixab edib Tiflisə göndərmişdilər ki, qüvveyi-imdadiyyə 
alıb Şamaxıya gətirsin və bununla bərabər yenə də öz şuralarında qərar qoymuşlar ki, şəhəri 
əlli altı hissəyə bölüb bir gündə müəyyən saatda qəflətən haman təqsim edilmiş məlum hissə-
lərdə ümumi axtarış icra etsinlər. Hankı evdə silah və ərzaq, məmulat və məlbusat buldularsa, 
fövrən həcza etsinlər. Bunun da nəticəsi nə olduğu məlumdur. İştə qara ürəkli provokatotların 
da istədiyi budur.  
Dövrü-mənhusi-istibdadda  məsuniyyəti-şəxsiyyətdən  məhrum  edilmiş  biçarə  müsəl-
manlar cümhuriyyət bayrağı daşıyan indiki Rusiyada yenə də o bəlayə mübtəladırlar. Adlarını 
hamısı xalq, inqilab tərəfdarı qoyan yoldaşlar nədənsə acından ölən xalqın dərdinə qalmayıb, 
bu gün onlara qəyyum olmaq istəyirlər. (1, 1917, № 610)  
Ümumiyyətlə,  Abbas  Səhhətin  “Açıq  söz”  qəzetindəki  bədii  əsərləri  və  publisistik 
yazıları təsdiqləyir ki, öz vətəndaşlıq mövqeyi ilə başqalarından  fərqlənmiş, ictimai mövzu və 
məzmuna xüsusi meyl göstərmişdir. Romantik şairin “Açıq söz”də nəşr etdirdiyi “Haşım bəy 
Vəzirov üçün”, “Şair, şeir pərisi və şəhərli” (1916) əsərləri, “Şamaxıdan müxbir məktubları” 
silsiləsi deyilənləri təsdiqləməkdədir. Bu əsərlər yalnız yazı və sənət nümunəsi kimi deyil, bu 
gün  həmin  dövrün  tarixi  mənzərəsini  daha  müfəssəl  və  aydın  işıqlandırmaq  üçün  mühüm 
əhəmiyyət daşıyır, bu günlə dünən arasında əlaqə qurmağın ən etibarlı mənbələri kimi ciddi 
elmi və ictimai dəyərə malikdir. 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin