47 Mustafa əfəndi cənabları bəyanat verdi.
Əsr zamanı icraiyyə komitəsi təşkil etmək üçün camaat vəkilləri bələdiyyə idarəsinə
cəm oldu. Lakin bələdiyyə idarəsinin salona toplanmış camaatı sığdırmadığı üçün erməni
lüteran kilsəsinin salonuna nəqli-məkan etdilər. İş burada şuluğ olmağa başladı... İcraiyyə
komitəsi təsis etməyə rəislərimizin nabələd olduqlarındanmı, ya nədən isə yenə də partiya-
bazlıq məsələsi üçün geniş meydan açıldı, intriqalar başlandı, dəsisələr, iğvalar edildi.
Bir xeyli nəsayih və məvaizədən sonra səkkiz nəfər ruhani, dörd nəfər tacir, üç nəfər
hökumət məmuru, iki nəfər dava vəkilindən ibarət bir komitə intikab lundu. Bələdiyyə idarə-
sindən də iki nəfər nümayəndənin komitədə iştirak etməsi haqqında söz açıldıqda yenə hay-
küy başlandı. Bu məsələnin indilik mümkün olmadığı anladıldıqdan sonra duma vəkillərindən
iki nəfər namizəd edildi. Komitənin sədarətinə birinci padşahlıq duma vəkili Məhəmmədtaqi
Əliyev cənabları intikab olundu. (1, 1917, №433)
Yeni hakimiyyətlə bağlı seçkilərdən sonra da ümumi işlərin düzəlmədiyindən, xalqın
vəziyyətinin daha da ağırlaşmasından, “icraat və sərəncamların heç birinin Şamaxıda tətbiq
edilməyindən yenə də qələyanə gəlib çunü çərayə başladılar,dedi-qoduların arası kəsilmədi”-
yini bildirən Abbas Səhhət öz müxbir məktubunda deyirdi: “kəlam, hürriyyət və məşrutiy-
yətin ancaq adı gəlmiş, özü gəlməmişdir. Sabir mərhum demişkən:
Köhnə idarəmiz durur,
Rəngi də solmayıb hələ. (1, 1917, № 433).
Abbas Səhhətin Şamaxıdan göndərdiyi ikinci müxbir yazısı “Müsəlman tələbələrinin
fəaliyyəti” adlanır. Burada müəllif yerli müsəlman tələbələrinin Bakı mərkəzi müsəlman bü-
rosunun tərəfindən verilən “məmuriyyət və düsturül-əməlləri əncamə” yetirməsindən, onların
mitinqlər keçirməsindən, mühazirələr oxumasından, yeni idarə üsuluna keçidə təşəbbüslə-
rindən, Şamaxıda yeni yaranan Milli Komitənin mahiyyətini təbliğ etmələrindən bəhs açılır.
Müsəlman tələbələrin Şamaxıda gördüyü işləri təsvir edən Abbas Səhhət yazır: “o cümlədən,
tələbə Həqqi Veysov və Əliheydər Qarayev cənablarının səyləri həqiqətən şayani-təqdir və
təhsindir. Bu az müddətdə şəhərimizin bütün əsnaf və kəsəbeyi-tüccar və sair vətəndaşlarını
cəm edib Sənətkarlar ittifaqı vücuda gətirmişlər. Bu qəbildən olaraq təqribən iyirmiyə qədər
ittifaq təşkil edildikdən sonra İttifaqlar ittifaqı vücuda gətirdilər ki, həmin ittifaqlar istər
şəhərdəki İcra Komitəsinə və istər Ərzaq Komitəsinə birər nümayəndə göndərmək təşəbbü-
sündə bulunurlar. Bunlardan əlavə ən gözəl iqdamatları Şamaxı şəhərinin fəhlə ittifaqı ilə
saldatları müttəhid etmələridir. Belə ki, keçən gecə, may ayının 23-də, saat doqquz radə-
lərində Şəhərin Saldatlar İttifaqının nümayəndələri ilə şəhərin Fəhlələr İttifaqını dəvət edib
Fəhlələr və Saldatlar İttifaqı vücuda gətirdilər. Həmin ictimada istər sədarət edən tələbə Qa-
rayev cənablarının gözəl mənidar nitqi, istər Milli Komitə tərəfindən atəşin nitq irad edən Ağa
Zeynalabdin Atakişiyev cənablarının sözləri gözəl, olduqca faydalı təsir bağışladı. Fəhlələr və
saldatlar yekdigərini dərağuş etmək üçün qollarını açıb, can deyib, can eşidirdilər. Həqiqətən
yorulmaq bilməyən cavan tələbələrimiz çalışırlar. Fəqət burası vardır ki, lazımlı, işlənməli iş-
lər çox, onların istedadı azdır. Bundan əlavə təəssüf olunacaq bir nöqtə də var ki, kifayət qə-
dər türkçəyə, öz ana dillərinə aşina deyildirlər. Millətin ehtiyacı qayət böyük, onlardan yetişən
əlac miqdarca xeyli kəmdir. İştə ən mühüm məsələ! Bakı Mərkəzi Müsəlman Bürosunun
nəzəri-diqqətini bu mətləbə cəlblə ərz edirəm ki, buna çarə aramalıdır. (1, 1917, № 484)
Üçüncü məktubda Abbas Səhhət Şamaxıda təsis olunmuş Milli Müsəlman Komitə-
sinin Zaqafqaziya müsəlman qurultayından sonra özünü Bakı camaatı müsəlman təşkilatının
müvəqqəti bürosuna “ilhaq” etməsin, yəni birləşdirməsini xəbər verir. Lakin hələ bu barədə