Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə63/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   59   60   61   62   63   64   65   66   ...   298
 
 
53 
yevanın  “Altay  dilinin  məişət  leksikası”  (2005),  G.Qərənfilin  “Qaqauz  dilinin  məişət  leksi-
kası” (2009), E. Abdullayevanın “Kumık dilinin məişət leksikası” (2013) və başqalarını nü-
munə  göstərmək  olar  ki,  onların  hamısının  obyekti  məişətdə  istifadə  edilən  əşyaların,  hazır-
lanan  yeməklərin,  geyimlərin  və  məişətlə  bağlı  olan  müxtəlif  xarakterli  ritualların  adları  ol-
muşdur. Tədqiqatlarda araşdırılan dildə məişət leksikası toplanmış, məişət leksikasının struk-
tur-semantik  və  derivasion  xarakteri,  əmələgəlmə  yolları,  mənşəyi  öyrənilmişdir.  Qeyd  edək 
ki,  aparılan tədqiqatların  demək olar ki,  hamısında türk dillərinin məişət leksikasının müqa-
yisəli  təhlili  aparılmamışdır.  Yalnız  E.  Abdullayevanın  “Kumık  dilinin  məişət  leksikası” 
(2013) namizədlik dissertasiyasında kumık dilinin məişət leksikası digər türk dilləri ilə müqa-
yisə  edilmiş,  oxşar  və  fərqli  cəhətlər  aşkarlanmışdır.  Halbu  ki,  bütün  türk  dillərində  məişət 
leksikasını əhatə edən lüğəvi vahidlər müqayisə üçün kifayət qədər material verir. Belə təd-
qiqat  bir  çox  tarixi  faktların,  qədim  dil  formalarının,  morfemlərin  aşkarlanması  üçün  əhə-
miyyətli ola bilər. 
Müasir türk dillərinin məişət leksikasının genetik tərkibi müxtəlifdir. Öz genetik tərki-
binə  görə  türk  dillərinin  məişət  leksikası  ümumaltay,  ümumtürk,  fərdi  və  alınma  nomina-
tivlərdən  ibarətdir.  Ümumaltay  qatı  türk  dillərinin  hər  birində  məişət  leksikasının  on  faizini 
təşkil edir. Bu qat özündə altay dil ailələrində yayılmış və onlar üçün xarakteruk olan sözləri 
birləşdirir (ətək, çarıx, bez, qayçı, iynə, qın və s.). 
Ümumtürk qatı məişət leksikasının qırx faizini təşkil edir. Bu qata daxil olan məişət 
sözləri bütün türk dillərini əhatə edir (geyim, don, köynək, yaxa, alaçıx, ip və s.). Ümumtürk 
qatına daxil olan məişət leksikası özlüyündə iki hissəyə bölünür: qədim tarixə malik olanlar 
və  müasir  dövrdə  ümumtürk  xarakterə  malik  olanlar.  Bu  qruplaşmanın  yaranmasının  əsas 
səbəbi  birincilərin  qədim  türk  semantikasını  qoruyub  saxlamaları,  ikincilərin  isə  qədim  for-
manı saxlamaqla yanaşı yeni semantik məna qazanmalarıdır. Məsələn; yurd – kənd, köy mə-
nasında; ev mənasında; vətən mənasında; ortaq – dost; şərik; qonaq üçün bəzədilmiş otaq; ala-
çıq və s. mənalarda.  
Araşdırmalar göstərir ki, müasir türk dillərinin məişət leksikasının bir hissəsini də rus-
Avropa dillərindən alınmış sözlər təşkil edir ki, bu da müsir texnalogiyaların inkişafı ilə bağlı 
yaranmış  yeni  terminlərdir  (blendr...).  Maraqlıdır  ki,  türk  dillərinin  bir  çoxunda  bu  tip  məi-
şətlə bağlı leksik vahidlərə təsadüf olunur və onlar texniki termin kimi dəyişdirilməyərək isti-
fadə  edilirlər.  Mənbələrin  təhlili  göstərdi  ki,  türk  dillərində  vaxtilə  ərəb  və  fars  dillərindən 
keçmiş məişət leksikasının bir hissəsi bu gün türk dillərinin fəal fondundan çıxaraq tarixizm 
kimi passiv fonda daxil olmuşlar (sandıq, əba, araba...).  
Türk dillərinin məişət leksikasını leksik-semantik xarakterinə görə qrupıaşdırmaq istə-
sək belə bir mənzərə alınar: geyim və bəzək əşyalarının adları, məişətdə istifadə edilən əşya-
ların adları, ev avadanlıqlarının adları, məişət texnikasının adları, tikililərin adları, yemək ad-
ları.  Bu  adlar  tərkibinə  görə  çoxtərkibliliyə,  fonetik  və  semantik  variantlılığa  malikdirlər. 
Qeyd  edək  ki,  bu  leksik-semantik  qruplar  öz  daxillərində  də  müxtəlif  yarımqruplara  bölü-
nürlər və maraqlıdır ki, bu qruplara daxil olan leksik vahidlər içərisində yemək, geyim və xal-
çaçılıqla  bağlı  adlar  daha  qədim  tarixə  malikdirlər  və  daha  çox  zənginləşmə  xüsusiyyətinə 
(həm mövcud leksik vahidlərin yeni semantik məna qazanmaları baxımından, həm də yeni lü-
ğəvi vahidlər yaranması baxımından) malikdirlər (aş – bir vaxtlar bütün türk dillərində aş bü-
tün yeməklərə deyilmiş, müasir dövrdə isə düyüdən hazırnamış ayrıca bir yemək adıdır ki, bu 
gün təkcə Azərbaycanın bir bölgəsində onun qırx növü məlumdur; araqçın – oğuz qrupu türk 
dillərində  onun  müxtılif  formaları,  müxtəlif  adları  mövcuddur  ki,  təyinatına  görə  aralarında 
olan fərq çoxdur).   


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin