54 Məişət leksikasına daxil olan sözləri adlandırma funksiyasına görə təhlil etsək aşağı-
dakı mənzərə alınar:
a) sosial, milli və professional mənsubluğuna görə (əba – din adamlarının üst geyimi);
b) əşyanın istifadə məqsədinə, təyinatına görə; c) hazırlandığı materiala görə (yun corab); ç)
insanın bədən üzvlərinə görə (başlıq – papağın bir növü); d) adlandırma prinsipinə görə - icra
tərzi (ələk, xəlbir, basma, süzgəc, yağmurluq); e) yaş və cinsi mənsubluğa görə (belə leksik
vahidlərin tərkibində “qadın, kişi, uşaq” sözləri işlənir – kişi pencəyi, qadın xalatı) ə) zaman
və vaxt anlayışlarının nəzərə alınması (belə leksik vahidlərin tərkibində vaxt anlayışı ifadə
edən sözlər və fəsil adları da işlənir ki, bu da əşyanın zaman və fəsil baxımından təyinatını
vermiş olur – gecə köynəyi, günlük, ...).
Məişət leksikasının struktur tematik sahəsində məişət əşyalarının adlarında çoxmə-
nalılıq və omonimlik inkişaf etsə də, sinonimlik və antonimlik inkişaf etməmişdir.
Beləliklə, məişət leksikasının təhlili göstərdi ki, o çox zəngin tərkibə malikdir. Oğuz
qrupu türk dillərinin dialektlərində ədəbi dildə işlənməyən və mənbələrdə adları çəkilməyən
məişət leksikasına aid çoxlu sayda dil vahidlərinə təsadüf edilir ki, onlarda öz köklərində qə-
dim türk dillərinə, onların digər dillərlə əlaqələrinə aid dil ünsürlərini qoruyub saxlayırlar ki,
onların araşdırılması vacibdir.