Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə52/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   48   49   50   51   52   53   54   55   ...   298
 
 
44 
limlər mərhum Sabirin altı illik yovmi-vəfatı münasibətilə birinci şəhər məktəbində bir “Ədə-
bi səhər” tərtib etmişdilər. Saat 12-də məclis açılır. Əvvəl Abbas Səhhət cənabları  mərhumun 
tərcümeyi-halı ilə  hazirunu aşina edir və həmin günə dair mərhumun  haqqında söylədiyi şeiri 
oxuyur.  Sonra  müəllimlər    tərəfindən    mərhumun  öz  şeirlərindən  oxunur.  Ələlxüsus  Səhhət  
cənablarının  söylədiyi  şeir  xalaiqdə  yeni  bir  ruh  əmələ  gətirir”  (“Şamaxıda  Sabir  günü”, 
“Açıq söz” qəzeti, 31 iyul 1917, № 533). 
Göründüyü kimi, qəzet redaksiyası ictimai-siyasi məzmun daşıyan şeirə, xüsusən Mir-
zə  Ələkbər  Sabir  poeziyasına  yüksək  qiymət  verir,  onun  şeirlərindəki  publisistik  məzmuna, 
“Ədəbi səhər” dərnəyindəki hörmətinə “ələlxüsus Səhhət cənablarının söylədiyi şeir xəlaiqdə 
yeni  bir  ruh  gətirir”  fikrinə  diqqət  yönəldirdi,  qəzet  janrından  asılı  olmayaraq  ictimai-siyasi 
məzmun və ideyalı hər bir əsərə meydan açır və bütün fəaliyyəti müddətində özünün iş prin-
siplərinə sadiq qalırdı. Qəzetdə  görkəmli mətbuat xadimi, tanınmış publisist və naşir, dövrün 
bir neçə  mətbuat orqanının redaktoru olmuş Haşim bəy Vəzirovun vəfatına həsr edilən yazı-
ların, o cümlədən Abbas Səhhətin “Haşım bəy Vəzirov üçün” adlı şeirin nəşri bu baxımdan 
diqqətəlayiqdir. Görkəmli mətbuat xadiminin ruhuna ithafla yazılan şeirdə H.Vəzirovun  icti-
mai faydalı xidmətlərinə yüksək qiymət verilir, onun “millətə oz nəfsini fəda” etməsi təqdir 
olunur,  “Qeyrəti-milliyəyə  timsal”olması,  “doğru  əfkarın“,  “sədayi-həqq”i  kimi  “həqiqətdən 
müştaq”lığına  mühüm  əhəmiyyət  verilirdi.  Abbas  Səhhət  H.Vəzirovun  “Səda”,  “Sədayi-və-
tən”, “Sədayi-Qafqaz”, “Sədayi-həqq” qəzetlərinə redaktor olmasına işarə  edərək onun həqi-
qətpərəstliyini qabardır, doğru söz, doğru fikirlər  söyləməsini öz millətinə xidmət nümunəsi 
kimi dəyərləndirirdi. O deyirdi: 
 
                                 Sən füruzan məşəli-ürfan idin, 
                                 Dəmbədəm ətrafa nurəfşan idin, 
                                 Doğru  əfkarın “sədayi-həqq”idi, 
                                 Çün “həqiqət”dən olar  müştaq idi.                      
  
                           Atəşin qəlbinlə pək fəal idin, 
                                 Qeyrəti-milliyyəyə timsal idin. 
                                 Millət uğrunda çalışdın ruzü şəb, 
                                 Çəkdin az ömründə çox rəncü təəb. 
                                 Aqibət dözmüb daha zəhmətlərə, 
                                 Tərk  qıldın bizləri zülmətlərə (1, 1916, №125). 
 
Abbas  Səhhətin  1916-cı  ildə  “Açıq  söz”  qəzetində  dərc  etdirdiyi  “Şair,  şeir  pərisi  və 
şəhərli” əsəri də ictimai-siyasi məzmun və ideya baxımından maraq doğurur. Burada  əsrlər-
dən  bəri  divan  ədəbiyyatı  ilə  məşğul  olanların  ümumiləşmiş  obrazı  təqdim  edilir.  Onun  şeir 
pərisi  ilə  dialoqunda  bəlli  olur  ki,  artıq  gülə,  bülbülə  dair  şeir  yazmaq  dövranı  keçib,  indi 
”vardır  ev  dərdi,  qadın  dərdi,  uşaqlar  dərdi”.  Şair  öz  mövqeyini,  yaşamaq  əzablarını  belə 
açıqlayır: 
 
                            “Sevgilim, eşqü həvəsdən daha mən bizarəm, 
                             İndi bir başqa dilarama pərəstişkarəm. 
                             Ürəyimdə daha yox qönçə dodaqlar dərdi, 
                             Vardır ev dərdi, qadın dərdi, uşaqlar dərdi. 
                             Biri əkmək, biri başmaq, biri paltar diləyir. 
                             Verdiyi qərzi də hər gündə tələbkar diləyir. 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin