Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə54/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   50   51   52   53   54   55   56   57   ...   298
 
 
46 
ictimai-siyasi ziddiyyətlərin düzgün şərhini verən Abbas Səhhət hər şeydən öncə azadlıq barə-
də fikirlərini söyləyir, onu romantik bir coşqunluqla dilə gətirir, ”hər kəs qorxusuz,hürküsüz 
öz fikrini, öz düşüncəsini, öz əqidəsini bəyan edir...” deyərək insanların söz, fikir, ifadə azad-
lıqlarına sahib olduğunu yüksək qiymətləndirirdi. O yazırdı: “Hər kəsin ağzından elə söz, elə 
kəlmələr  eşidilir  ki,  beş  gün  bundan  irəli  o  sözlər  onun  qanının  bahasıydı.  Bunun  səbəbi 
nədir? Hürriyyət! 
Ey böyük şairlərin, ədiblərin pərəstideyi-ruhu! Ey frişteyi-asimani! Günlər, aylar deyil, 
ey illər ilə həsrəti-cəmalı ilə qara günlərdə qalan millətin işıqlı sitarəsi! Ey hürriyyət mələki!”. 
(1, 1917, №433) 
Abbas  Səhhət  özünün  və  xalqın  sevincini  gerçək  həyat  həqiqətləri  ilə  əlaqələndirir, 
Şamaxı  əhalisinin  keçirdiyi  ictimai  tədbir  haqqında  oxuculara  ətraflı  məlumat  verirdi.  Öz 
dövrünün hadisələri haqqında yazılan bu müxbir məqaləsi sadəcə bədii publisistikanın örnək 
nümunələrindən biri deyil, həm də ictimai-tarixin ziddiyyətlərinə aydınlıq gətirən, unudulmuş, 
yaddan  çıxmış,  sovet  dövrü  senzurasının  qadağaları  üzündən  yasaq  edilmiş  fakt,  hadisə  və 
problemlərin  yenidən öyrənilməsi  baxımından dəyərli  bir jurnalist  yazısıdır.  İnqilab xəbərini 
eşidən Şamaxı əhalisinin gördüyü tədbirləri təsvir edən Abbas Səhhət yazırdı: “Sübhanallah! 
Qapalı ağızlardan qıfıllar götürüldü. Böyük-kiçik, əla-ədna, bəy-rəiyyət, zabit-əksər, cümhuri-
nas bilafərq və məzhəb hər kəs hüquqca müsavi olaraq sayeyi-hürriyyətdə ictima etdilər. Bu 
halda Şamaxı üləmasının ən bənam və ən fazili olan Mustafa əfəndi cənabları kursiyi-xitabata 
çıxdı.Bir nitqi-bəliğ ilə vüquati-cariyyə haqqında təfsilat verib də sonra o mübarək kəlmənin, 
o rəhməti-mücəssəm olan hürriyyətin mədluli-həqqiyyəsi ilə camaatı aşina etdi. 
Minlərlə toplanmış məxluqatbir vücudi-vahid kimi o məzamini-bəliğin dürəri-mənsu-
rinə xiridar olmağa canü dildən müştəri idilər. Əfəndi həzrətlərinin nitqi sürəkli alqışlarla bit-
di. Bu dəfə qarnizon heyəti-zabitanından bir nəfəri kürsiyi-xitabata süud etdi. Möhtərəm zabi-
tin nitqi mütərcim vasitəsilə camaata anladıldı. 
Vətənin qəhrəman əsgərləri ümumən yeni hökumətə sadiq və tərəfdar olduqlarını bə-
yan etdikdən sonra zabit cənabları mövqeyini bir nəfər saldata tərk etdi. Sürəkli alqışlarla sal-
dat nitq söyləməyə başladı. 
Ax,  yarəb!  Bu  nə  aləm!  Dünən  öz  zabitinin  hüzurunda  “la”  və  “nəəmdən”  artıq  söz 
söyləməyə  ixtiyarı  olmayan  bir  nəfər,  indi  necə  azadə,  ürküsüz,  qorusuz  öz  əfkarını  bəyan 
edir; alqışlarla danışığını kəsməyə məcbur olur. 
Müxtəsər, saldatın atəşli nitqi camaata elə təsir etdi ki, sürəkli, gurultulu alqışlarla onu 
əllərinin üzərinə götürüb gəzdirdilər. Bu arada şəhər naçalniki Jupranskiyə qəşş ariz oldu, yı-
xıldı. Hökümət məmurları fövrən fayton gətirib onu öz mənzilinə apardılar. (1, 1917, № 438) 
Göründüyü  kimi,  Abbas  Səhhət  “qapalı  ağızlardan  qıfıllar  götürüldüyü”nü  nəzərə 
çatdırır,  öz  müxbir  yazısında  Şamaxı  əhalisi  arasında  birlik  və  bərabərliyə  böyük  ümidlər  
bəsləndiyini vurğulayır, “sayeyi-hüriyyətdə ictima” edən xalqın yeni üsuli-idarəyə keçid üçün 
təşəbbüs  göstərdiyini  xəbər  verirdi.  Lakin  mühafizəkar  qüvvələrin  bununla  barışmadığını 
bildirən Abbas Səhhət şəhər naçalniki Jupranskinin timsalında köhnə üsuli-idarənin “qəşş ariz 
olduğu  və  yıxıldığı”  xüsusi  diqqət  tələb  edir.  Yeni  hakimiyyət  üsuluna  keçidin  vacibliyini 
ictimai hadisələrlə əlaqələndirən Abbas Səhhət yazir ki, ”həmin gün icraiyyə komitəsinə təsis 
etmək  haqqında  bir  teleqraf  varid  oldu.  Xəlayiqi  bu  məsələyə  də  aşina  etmək  üçün  3  gün 
cümə məscidin həyətində mitinq təşkil edildi. Bu dəfə qazi Əbdülhüseynzadə cənabları nitqi-
iftitahı  ilə  məclisi  açdı.  Sonra  yenə  də  dünki  natiqlər  növbə  ilə  əmnü  asayişi  təmin  etmək, 
hürriyyətin  paydar  olması  haqqında  nə  kimi  iqdamatda  bulunmaq  lazım  olduğunu  bəyan 
etdikdən  sonra  icraiyyə  komitəsinə  nə  kimi  şəxslər  intixab  olunacağı  xüsusunda  yenə  də 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin