Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə45/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   41   42   43   44   45   46   47   48   ...   298
                                              
*
  Bu  kəndin  adı  Kolqışlaqdır,  lakin  səhv  olaraq  kitabda  Gülqışlaq  kimi  verilmişdir.  Həmin  kənd  hal-hazırda 
Ağdam rayonunun ərazisində Kolqışlaq adı ilə mövcuddur 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 
 
 
38 
Həzrət  Əli  (ə),  Əhli-beytin  və  xüsusilə  də  Kərbəla  müsibətinin  baş  qəhrəmanı  olan  imam 
Hüseynin başına gətirilən müsibəti yanıqlı lirik bir dillə təsvir etmişdir. O, bu hadisənin ayrı-
ayrı  məqamlarını  təsvir  etməklə  oxucusunun  emosional  hisslərini  ehtizaza  gətirir,  onda  din 
yolunda şəhid olan insanlara qarşı rəğbət  yaratmaqla  yanaşı, düşmənlərinə qarşı dərin nifrət 
hissi oyatmağa da nail olurdu. Zakirin “Gəlir”rədifli mərsiyəsi bu baxımdan olduqca maraq-
lıdır.  Qəsidənin  birinci  hissəsində  “mahi-əza”nın  gəldiyini,  “Dəşti-bəla”  müsibətinin  bütün 
müsibətlərdən  faciəli  olduğunu  qeyd  etdikdən  sonra  şair  Kərbəla  düzündə  şəhid  olmuşların 
ailə üzvlərinin, arvad-uşaqlarının ayaqyalın, başaçıq, faciəli bir görkmədə dörd tərəfdən mü-
hasirəyə alınmış şəkildə Şam şəhərinə gətirilməsi səhnəsini təsvir edir. Bu zaman Şam əhalisi 
içərisində dayanıb əsirlərə tamaşa edən Yəzidin zövcəsinin gözü Səkinənin əlindən tutub gə-
lən Zeynəbə sataşır və Fizzədən xəbər alır ki, bu gəlin kimdir? O mənə çox tanış gəlir. Fizzə 
cavabında bldirir ki, “Hüseynin əhli-beyti”dir. Hadisədən bixəbər olan qadın Hüseynin başına 
nə gəldiyini və bunların niyə buraya gətirildiyini öyrəndikdən sonra əri Yəzidin hərəkətlərini 
töhmətləyir və cəza günü peyğəmbərə, onun varisi Əliyə Allah qarşısında nə cavab verəcəyini 
ondan soruşur... 
                           ...Yüz qoydu əhli-Şam tamaşayə xasü am, 
Kim təşnəqani-vadiyeyi-Kərbəla gəlir. 
Şurü şürurü qəlqələvü hay-huy ilə
Nagah gördülər sipəhi-pürcəfa gəlir. 
Almış çəhar canibin ol qövmi-bədxisal, 
Sərü pa bərəhnə övrəti-Ali-Əba gəlir. 
Zərdü zəif həmçü hilal bir cəvan o dəm
Zəncirə bağlı dərdü qəmə mübtəla gəlir. 
Bir tifli-gülüzar cərəsvar dad edib 
“Pəs qandadır babam?” – deyib, ondan səda gəlir. 
Ol xeyli-Zülfüqar arasında bir ərus 
Yaxmış əlinə xuni-cigərdən həna gəlir.  
                                   Zövci-Yəzid gördü Səkinə əlin tutub 
 
 
 
Zarü həzin Zeynəbi-bəxtiqara gəlir.  
 
 
 
İczü niyaz ilə çağırıb Fizzədən sorub 
 
 
 
Dedi: - bu çox mənim gözümə aşina gəlir. 
 
 
 
Kimdir? – Bəna dürüstünü izhar qıl, görüm, 
 
 
 
Bunlar neçin əsir olub bu yana gəlir? (5, s.301). 
 
Şair bu səhnəni son dərəcə təbii, real təsvir etdiyi üçün oxucu istər-istəməz onun təsi-
rinə düşüb  böyük maraqla hadisələrin sonrakı  gedişini izləməyə  can atır və  özünü baş  verən 
olayların cərəyanında hiss edir. Zakir mərsiyənin ikinci hissəsində əsərə yeni bir obraz – Yə-
zidin xanımı  obrazını  daxil  etməklə  qəsidənin  emosional  gücünü  daha  da  artırır  və  bununla 
demək istəyir ki, hətta düşmən tərəfində olan açıq düşüncəli insanlar, o cümlədən, Yəzidlə baş 
yastığa qoyan xanımı da, bu faciəni qəbul edə bilmir, onun haqsız olduğunu anlayır və nifrətlə 
qarşılayır. 
Göründüyü kimi, şair Əhli-beytin düçar olduğu müsibəti lirik-sentimental təsvir üslu-
bundan istifadə yolu ilə verməklə yanaşı həm də süjetli lirikanın mükəmməl nümunəsini yara-
da  bilmişdir  Aydın,  səlis,  “nəzmlənmiş  nəsr”  dili  ilə  təsvir  olunan  bu  hadisəyə  Firidun  bəy 
Köçərli münasibət bildirərkən məhz onun malik olduğu bu qeyri-adi keyfiyyətləri nəzərə al-
mışdır: “Bu vaxta kimi nə qədər ki, dəşti-Neynəvada vüqua gələn faciə barəsində və xüsusən 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin