40 Dedim əndəlibi-zarə ki, nə ahü zardır bu?
Dedi: - Bu fəqanə bais ələmi-cənab Zeynəb.
Dəxi lalədən sordum: - Niyə dağdar olubsan?
Dedi: - Yandırıbdı bağrım o evi xərab Zeynəb.
Gülü, sünbülü bu gün çəməndə əşkbar gördüm,
Oları edib pərişan yəqin inqilab, Zeynəb.
Bu bəlalı çöldə qönçə necə bürqədar olsun
Kim, əsir Şami-şumə gedə biniqab Zeynəb.
Yetişdi bir məqamə işi sərbürəhnə Şamə
Gedər, üz tutub məgəsdən edən ictinab Zeynəb.
Xəbər aldım Əhli-Beytin ədədi-qəmin fələkdən,
Dedi kim, şümarə gəlməz qəmi-bihesab, Zeynəb.
Özün etsə qərqeyi-xun, nə əcəb, o qətlgahda,
Bədəni-Hüseyni göz-göz görə çün hübab Zeynəb.
Degil özgə ğazə hacət onun əllərin həmin dəm
Dəmi-Qasım ilə eylər necə gör xizab Zeynəb.
Götür zivəri aradən ki, fəqani-şanə qoymaz
Səri-zülfi-novərusə verə piçü tab Zeynəb.
Nə həyadı səndə, ey göy, nə vəfadı səndə, ey yer?
Neçə gündü Kərbəlada nə xurü nə xab Zeynəb.
Nə rəvadı kuçə-kuçə gəzə rugüşadə, ey çərx,
O öz əksi-qamətindən edən hicab Zeynəb.
Cəmi-şiənin günahın sən özün bağışla, ya Rəb,
Bedili-qəmini-Gülsüm, berüxi-pürab Zeynəb.
Dəxi Zakiri hesab et səgi-kuyi-Kərbəladən
Behəqqi-fəqani-Zəhra, behəqqi-əzabi-Zeynəb (6,s. 97), (7, vər.10
a
).
Növhəni tam şəkildə verməkdən məqsəd dediklərimizi əyani şəkildə sübut etməkdən
ibarətdir. Burada biz vəfalı bir qadın – ana, bacı obrazını görürük. Əzizlərini itirmiş, əsir
götürülərək Şama aparılan bu qadının daxili iztirablarını, onun keçirdiyi həyəcan və təlaşları
qabarıq şəkildə vermək üçün şair öz gözəlliyi, zərifliyi və incəliyi ilə insanların qəlbində
kövrək hisslər yaratmağa qadir olan gülə, çiçəyə, qönçəyə, sünbülə, laləyə, bülbülə və s.
müraciət edərək şeirinin emosional gücünü daha da artırır və bununla da qəm-kədər içərisində
olan insanları öz sehrinə sala bilir. O, təbiəti şəxsləndirərək onun valehedici fonunda Zeynəb
obrazı ilə yanaşı, sanki onun harayına səs verən, onunla bu kədəri birgə yaşayan gül, çiçək,
bülbül obrazlarını yaratmışdır ki, bu lirik səciyyələndirmə də öz növbəsində əsərin ümumi
səviyyəsinə yeni ruh vermişdir. Şairin dini şeirləri üçün xarakterik olan belə lirik – sen-
timental üsluba digər şeirlərində, o cümlədən farsca yazdığı növhəsndə də rast gəlirik.
Zakirin dini mövzuda yazdığı şeirlərinin uğur qazanmasının bir səbəbi də onun hadi-
sələri mahir rəssam dəqiqliyi ilə təsvir etmək məharətində idi. Şairin “Bu gün” rədifli növhə-
sini oxuyarkən Kərbəla çölündə baş verən əsrin ən qanlı faciəsi oxucunun gözləri qarşısında
bütün reallığı ilə canlanır. Şair sanki hər beyti ilə bir tablo yaradaraq əhli-hərəmin çöllərə da-
ğılmasını, qollarının ikisi də kəsilmiş Ələmdarın cəsədinin Quranın üstünə yıxılmasını, kafir-
lər tərəfindən Qasimin gül bədəninin forpağa salınmasını, qəddar Nofəl tərəfindən Əkbərin
başının para-para edilməsini, Hüseynin başının Şümr tərəfindən kəsilməsini, qundaqda olan
Əsэərin Hərmələ tərəfindən oxlanmasını, düşmənlər tərəfindən ximələrə od vurulub yandırıl-