"Elbrus Şahmar
Yeri gəlmişkən, su ilə bağlı bir məsələni də qeyd
etmək istəyirəm. Şəhərin bir məhəlləsində su olanda o
biri məhəlləsində camaat onun bir damcısını da tapmır.
Uzağa getməyək, şəhər mərkəzi xəstəxanasında xəstələr
sudan olmazın korluq çəkirlər. Su olmayan yerdə isə
hansı təmizlikdən, hansı sanitariya-gigiyena qaydalarına
əməl olunmasından söhbət gedə bilər? Ona görə əhalinin
nəzərinə çatdırırıq ki, içməli sudan olduqca qənaətlə
istifadə etsinlər, israfçılığa yol verməsinlər.
- Zeynəddin müəllim, mənə elə gəlir ki, şəhərin tə
mizliyinin və abadlığının qorunmasında əhalinin də üzə
rinə ciddi məsuliyyət düşür. Bu fikrimlə razılaşırsınızmı?
- Əlbəttə, razıyam. Qusarın gözəlliyi, abadlığı və
təmizliyinin qorunmasında əhalidən də çox şey asılıdır.
Amma təəssüf ki, bəzi sakinlər şəhərdə təmizlik və sani-
tariya qaydalarına qətiyyən əməl etmirlər. Belə ki, onlar
həyət-bacalarından çıxan zibili küçəyə tökür, çirkab
sularını arxlara axıdır və s. hərəkətlərlə şəhərin təmiz
liyinə xələl gətirirlər. Di gəl, belə sakinləri olan şəhərdə
təmizlik yarat. Bilirsiniz, indi inzibati amirlik dövrü
deyil. Şəhərdə natəmizlik yaradan sakinləri uzağı cərimə
edirik, çağırıb danlayırıq. Amma bundan da bir şey çıx
mır. Gərək təmizlik adamın canında olsun, ona kənardan
nə qədər desən də, nə qədər cərimə etsən də xeyri olmaya
caq. Necə deyərlər, quyuya su tökməklə sulu olan deyil.
- Şəhərimizdə tikiləcək, məscidin inşa ediləcəyi yerə
münasibətiniz necədir?
- Yaxşı, Qusarda məscid məhz orada - musiqi mək
təbinin arxasında tikilməlidir, başqa natəmiz, qızdıqca
zir-zibil çıxan yerdə yox. Çünki məscid ən təmiz, ən pak
yerdə və şəhərin mərkəzində ucalmalıdır. Türk memarlıq
360
üslubunda da belədir. Allahın evi, ən ali etiqadgahımız
olan məscidi də şəhərimizin bu dediklərimə uyğun olan
yerində tikməyi planlaşdırmışıq. Məscidin burada tikil
məsi üçün şəhər əhalisinin, ağsaqqaların, din adamlarının
rəyi əsas götürülüb.
- Şəhərimizin gələcəyini necə görmək istərdiniz?
- Bilirsiniz, şəhərimiz olduqca çox təbii gözəlliyə
malik olan bir yerdə yerləşir. Amma gəlin görək hamımız
bilirik bu gözəlliyin qədrini? Şəhərimizdə həqiqətən
kökündən abadlıq işləri getsə, Qusar MDB-nin bir çox
kurort şəhərləri (Yessentuki, Kislovodsk) ilə müqayisə
oluna bilər. Amma indiki halında yox, qətiyyən yox.
Mən şəhərimizin gələcəyinə nikbinliklə baxıram. Təmiz
ab-havalı, səfalı Qusarın gələcəkdə hər qarışını gözəl,
abad, təmiz görmək istərdim. Amma yenə bir şərtlə.
Atalar demiş, tək güllə bahar olmaz. Bir mən şəhərin
abadlığı naminə düzlükdən, görüləcək iş və arzulardan
danışmaqla heç nə edə bilməyəcəyəm. Çünki, gərək şə
hərdə vəzifə stolu arxasında əyləşən hər kəs bu mə
suliyyəti hiss eləsin, doğma şəhərini sözdə yox, görünüşdə
gözəl və abadlığı üçün əlindən gələn, bacardığı işi görsün,
öz cibi üçün yox, ana torpağı üçün cani-dildən işə
girişsin. Belə olarsa, biz hamımız gözəl təbiəti ona Allah
tərəfindən əvəzsiz vergi kimi verilmiş Qusarın gələcəyini
nikbin görə biləcəyik.
S ö h b ə t i a p a rd ı: « Q u s a r » q ə z e tin in
M ü x b ir i A y tə k in A l x a s l ı
2 3 m a y 1 9 9 2
____________________________________ Qusar beşiyim m n im
3 6 1
Xüm s Şahmar
ÇO X ŞEY DƏYİŞİB, T Ə K C Ə ...
Müsahibimiz Qusar Rayon İcra Hakimiyyətinin
başçısı Z.R.Çələbovdur.
Qusar rayon İcra Hakimiyyətinin başçısı Zeynəddin
Çələbovu hazırda hansı məsələlər narahat edir, düşündü
rür? O hansı qayğılarla yaşayır? Əməkdaşımızın Z.Çələ-
bovla söhbəti məhz İcra Hakimiyyəti başçısını düşün
dürən məsələlərə həsr olunmuşdur?
- Zeynəddin müəllim, təxminən bir neçə ay bundan
əvvəl qəzetimizdə sizinlə rayon İcra Hakimiyyəti Baş
çısının Qusar şəhəri üzrə nümayəndəsi kimi müsahibə
aparmışdır. İndi isə rayon icra hakimiyyətinin yeni baş
çısı kimi vaxtınızı almalı olacağıq. Yeni vəzifədə sizə
məhz uzunömürlü fəaliyyət arzulamaqla dərhal mətləbə
keçmək istəyirəm. Rayonda kadr siyasəti necə aparı
lacaq? Axı, rayon həyatının bütün sahələrini nizamlayan
məhz kadr amilidir.
- Tamamilə doğrudur. İşlərin düzgün və öz qay
dasında getməsi üçün əsas amil kadr siyasətidir. Vay o
gündən ki, bu iş sistematik qaydada aparılmaya, ixtisaslı
kadrlar öz qabiliyyətinə görə deyil, «dayı» gücünə
yerləşdirilə. Bax, müsibətimiz də elə buradan - şair Qabil
demişkən, yerlərimizin səhv düşməsindən başlayır, işimiz
yamanlaşır. Gizlətmirəm, heç kimə yeni söz də deyil.
Uzun illər həm respublikada, həm də rayonda kadrların
düzgün yerləşdirilməməsi bizi indi qıtlıq və bahalıq kimi
güclü iqtisadi bəla ilə qarşılaşdırıb.
Desəm ki, artıq adət halını alıb, heç də səhv etmərəm.
Hər hansı bir rayonda seçilən başçı işə başlayan kimi
dərhal böyür-başına yeri gəldi-gəlmədi, bacardı-bacar
madı öz «komandası»nı toplayır. İş bacaran, «dayı»sız
362
kadrlar isə qalır kənarda. Mən də bir növ bu ənənəyə
sadiq qalacağam. Amma tamam başqa aspektdə. Ra
yonda öz qabiliyyətinə, savad və biliyinə görə xalqa xeyir
verə biləcək kadrlar vəzifə başına gələcək. Əlbəttə, bu
şərtlə. Təki sağlıq olsun, dünyamız sakitləşsin. Yeni
vəzifədə nə qədər işləyəcəyimdən asılı olaraq, kadr siya
sətini məhz bu aspektdə aparacağam.
SÖZ Kİ, İQTİSADİ BƏLADAN DÜŞDÜ
- Elə isə maraqlıdır, rayonu iqtisadi böhrandan
çıxarmaq üçün nə etmək fikrindəsiniz?
- Bilirsiniz, indi zəmanə, dövr çox dəyişib. Kəndlinin
şəxsi marağı təsərrüfata, torpağa qayğı-diqqəti, el malı
nın qorunmasını qat-qat üstələyib. Hər yerdə pərakən
dəlik, təsərrüfatsızlıq baş alıb gedir. Təsərrüfat rəhbər
lərinin başdansovduluğu, fərasətsizliyi olduqca ağır olan
iqtisadi vəziyyəti daha da pisləşdirir. Nümunələr gəti
rəcəyəm. Qazıməmməd adına sovxozun ərazisindəki
kəndlərin sakinləri iribuynuzlu şəxsi mal-qaralarını sov
xozun bağlarına buraxırlar. Deyək ki, camaatın ictimai
şüuru korlanıb. Bəs haradadır təsərrüfatın rəhbərləri -
«Taxıl elin sərvətidir» deyirik. Bu, öz yerində. Bəs kənd
lərdə taxılçı əməyi, taxılçı nüfuzu təsərrüfatsızlığa qarışıb
itib batıbsa, bəs onda necə? Bu gün kəndli də sumka
götürüb şəhərə çörək dalınca gələcəksə, şəhərdə yaşaya
nın payına ortaq olacaqsa, günü sabahdan təknələrimizin
bom-boş qalacağı ehtimalı yaranmırmı? Telman adına
sovxozda hər hektardan 40 sentner əvəzinə cəmi 8
sentner taxıl götürülməsi dediklərimə əsas verir.
1962-ci ildə rayonumuzun təsərrüfatlarında 86 min
qoyun-quzu vardı. İndi isə cəmi 35 min. Otuz il sonra
_____________________________________ Qusar beşiyim rronim
363
güclü artım əvəzinə ciddi geriliyin nəticəsidir ki, Qusar
kimi dağlıq bir rayonda bazarda qoyun ətinin kiloqramı
130 manatdır. Bütün bu giley-güzarlar məni ciddi nara
hat edən məsələlərdəndir. Qısa müddət ərzində bu məsə
lələrin müsbət həllinə doğru mühüm tədbirlər həyata
keçiriləcək.
- HANSI YOLLARLA? Ən əvvəl yuxarıda dediyi
kimi kadr siyasətinin düzgün aparılması və yerli şəraitə
uyğun intensiv metodlardan istifadə edilərək təsərrüfat
ların dirçəldilməsi bu sahədəki fəaliyyətimizdə əsas
metodumuz olacaq.
- Yoldaş Çələbov, söhbətinizdən belə görünür ki,
onda rayonda işsizlik problemi də mövcuddur.
- Sözsüz. Bayaqdan iqtisadi geriliklərdən danışıram,
belə yerdə işsizlər olmaya bilərmi? Biz indi təkcə iqtisadi
geriliklə mübarizə aparmalıyıq. Boşalmış kəndlərimizdə
sosial-mədəni sahələrdəki şəraitsizliyi, geriliyi bəs kimin
ayağına yazaq? Kican, Düztahir kəndlərində klub da,
kitabxana da, üstəlik məscid də eyni binada yerləşir.
Təsəvvür edin, bir tərəfdə musiqi səsi yüksəlirsə, bu Alla
hın evi sayılan məsciddəkilərə necə təsir edər? Elə belə
hallar deyilmi xeyir-bərəkətimizi yoxa çıxaran?
Belə bir məqsədim var. Yerlərdə işsizlik problemini
aradan qaldırmaq, bütün sahələri eyni dərəcədə inkişaf
etdirmək üçün kəndləri bir-birindən ayırmaq lazımdır.
Belə bir müqayisə: ata evində birgə yaşayan 2 qardaş bir
yerdə olanda heç biri təsərrüfata, evə fikir vermir, ümıımi
mənbədən dolanmağı qənimət sayırlar. Amma elə ki,
ayrılırlar, hərə özünə bəh-bəhlə bir ev-eşik düzəldir ki, gəl
görəsən. Bax, indi kəndlərimizin çoxu bir yerdə yaşayan
364__
Dostları ilə paylaş: |