‘Elbrus Şahmar
qardaşların günündədir. Ayrılsalar, tezliklə hərə özünə
bir gün ağlayacaq.
Daha sonra. İctimai təsərrüfatların inkişafını sürət
ləndirmək lazımdır. Bu saat kəndli şəhərlinin payını əlin
dən alır. Bəs onun istehsal etdiyi məhsul hanı? Bazar
lardakı bahalıq və qıtlıq baş alıb getmirmi? Belə bir misal
Respublikanın böyük şəhərlərindəki bazarlarda olduğu
kimi, rayon bazarında da 1 ədəd yumurtanın qiyməti 7-8
manatdır. Buna səbəb nədir? Olmaya qadınlarımız
toyuq-cücə saxlamağı yadırğayıblar? Düzdür, bunun bəzi
digər səbəbləri olsa da (taxılçılığın zəif inkişafı kəndliyə
istədiyi qədər toyuq-cücə saxlamaqda mane olur, toyuq
dəni çatışmır) bir səbəbi də uzun illər zəhmətinin
bəhrəsini görməmiş kəndlinin əlinin işdən soyumasıdır.
Bütün bunları canlandırmaq üçün kəndlərdə hərtərəfli iş
tələb olunur. Kəndlini gərək maddi-mənəvi cəhətdən
həvəsləndirəsən ki, ondan məhsul da gözləyəsən.
- Zeynəddin müəllim, Azərbaycan Respublikası Pre
zidentinin «Azərbaycan respublikasında yaşayan milli
azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azad
lıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün
dövlət yardımı haqqında» sentyabr 1982-ci il tarixli
fərmanı ilə əlaqədar rayonda hansı işlər görüləcək?
Əwəla, mən bu fərmanı respublikada atılan demok
ratik addımlardan biri kimi qiymətləndirirəm. Fərmanda
respublikada yaşayan bütün azsaylı xalqlar və etnik
qruplar kimi, biz ləzgilərin də dil və mədəniyyətinin inki
şaf etdirilməsi, hüquq və mənafelərinin qorunması
sahəsində mühüm tədbirlər nəzərdə tutulur. Rayon icra
hakimiyyətində fərmanı tam əhatə edən tədbirlər planı
tutulub və oktyabr ayından həyata keçirilməsinə başla
_________________________________
Qusar beşiyim nwnim
3 6 5
‘ElSrus Şahmar
nılmışdır. Nəzərdə tutulan tədbirlərin hamısı vacib olsa
da, bəzilərini oxucuların diqqətinə yetirmək istəyirəm.
Planda rayon tarix və diyarşünaslıq muzeyinin eksponat
larının ləzgi xalqının tarixi, mədəniyyəti ilə bağlı sənət
nümunələri ilə zənginləşdirilməsi məktəblərdə ləzgi di
linin tədrisi tədris ocaqlarındakı dərnək və fakültativ
məşğələlərdə ləzgi dili, ədəbiyyatı və tarixinin öyrənilməsi
vəziyyətini yaxşılaşdırmaq üçün müxtəlif tədbirlərin hə
yata keçirilməsi qərara alınıb.
Qarşıdakı ildə rayonda respublika yazıçılar birliyinin
bölməsinin yaradılması, M.Ə.Əliyev adına Azərbaycan
Dövlət İncəsənət Universitetinin Quba filialında yeni
yaradılan Ləzgi Dövlət Dram Teatrı üçün ləzgi dilində
şöbə açılması üçün respublikanın əlaqədar təşkilatları
qarşısında məsələ qaldırılacaq və müsbət həllinə çalı
şacağıq. Hələlik Qusar Ləzgi Dövlət Dram Teatrı üçün
maşın verilmiş, kollektivə lazımi iş şəraiti yaradılmışdır.
Bir sözlə, çalışacağıq ki, fərmanda göstərilən müd
dəalar kağız üzərində qalan qərarlara oxşamasın. Ləzgi
xalqının dilinin, mədəniyyəti və tarixinin inkişafı üçün
həlli vacib olan işlər görülsün.
- Söz sözü gətirər - deyiblər. Söz ki, fərmandan düş
dü, yeri gəlmişkən soruşmaq istəyirəm. Tədbirlər pla
nınıza əsasən «Qusar» qəzetinin üzərinə hansı vəzifələr
düşür? Qəzetin təsisçi təşkilatlardan birinin başçısı kimi
onun qayğıları barədə nə deyə bilərsiniz? «Kütləvi infor
masiya vasitələri haqqında» Azərbaycan Respublikası
qanunundan məlum olduğu kimi, (maddə 15) təsisçi
kütləvi informasiya vasitəsinin maliyyə, yayım, avadanlıq
və texniki təchizat məsələlərini həll edir.
366
Mənə elə gəlir ki, «Qusar» qəzeti fərmanla bağlı
vəzifələri çoxdan yerinə yetirir. Rayon həyatının bütün
sahələrinin güzgüsü kimi qəzet öz işini düzgün qura bilib.
Amma, bütün bunlar azdır. Unutmayaq ki, «Qusar»
əsasən ləzgi dilində çıxan yeganə rayon qəzetidir. Qəzetin
səhifələrində ləzgicə gedən yazıların dilinə, üslubuna janr
və mövzusuna ciddi diqqət yetirmək lazımdır.
Təsisçi təşkilatlardan birinin başçısı kimi qəzetə
qayğını artıq göstərmişəm. Gələcəkdə lazım olan bütüıı
hallarda «Qusar»a kömək və yardım məsələlərində öz
qayğımızı əsirgəməyəcəyəm.
- Zeynəddin müəllim, sizi tanıyanlar yaxşı bilir ki, siz
siravi müəllimlikdən indiki məsul vəzifəyə pillə-pillə yük-
səlmisiniz. Adi müəllim işlədiyiniz vaxtdan neçə-neçə illər
ötüb. Maraqlıdır: ötüb keçən bu illərdə çox şey dəyişib:
vəzifəniz də, yaşınız da, görkəminiz də. Bəs deyə bilər-
sinizmi sizdə dəyişməyən nə olub arxada qalan bu illərdə?
Sualınız keçmiş günlərimi bir növ silkələdi, yadıma
saldı. Geniş cavab vermək istəməzdim. Qısaca deyim.
Düz deyirsiniz, çox şey dəyişib. Dəyişməyən təkcə in
sanlıq mövqeyim olub, qızım. Göz qırpımında keçən illər
təkcə bu mövqeyimi dəyişdirə bilməyib. Məni yaşadan,
xalqıma xidmət etməyə vadar edən də elə budur.
- İşdən sonra nə ilə məşğul olmağı sevirsiniz?
İş vaxtı deyəndə qəribə çıxmasın. İşə başlamağımın,
işdən qayıtmağımın dəqiq vaxtı məlum deyil. Bu saat
payız əkininə nəzarətdən tutmuş ta adi bir vətəndaşı
qəbul etməyə qədər olan bütün işlər mənə baxır. Hər hal
da deyim, işdən sonra poeziya ilə məşğul olmağı (yazma
ğı yox ha, şeir oxumağı) çox sevirəm. Sirr olmasın, özüm
gəncliyimdə bir-iki şeir yazmışam, çap olunub da.
___________________________________ Qusar beşiyim ımnim
3 6 7
|