Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə172/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   166   167   168   169   170   171   172   173   174
Tlbrus Şahmar
______________________________________
3 8 8
kədər, xəfif bir qüssə və böyük bir yanğının qığılcımlarım 
da hiss elədim.
Mən  onunla  yayın  boğanağında,  bürküsündə,  pa­
yızın,  qışın  sazağında,  şaxtasında  da  görüşdüm.  Bu  gö­
rüşlərimiz  şəhər  qaranlığı  əyninə  geyən  vaxt  da  oldu, 
doğan  günəş  sübh  ayazını  qovan  vədəsi  də,  gecə  çadrını 
şəhərin üzərinə çəkən çağında da.  Biz səmanın qaş-qabaq 
sadaladığı  vaxtında  da  görüşdük,  üzünün  güldüyü çağda 
da.
Onu  da  deyim  ki,  onun  cavabları  həmişə  sarı  yağ  ki­
mi ürəyimə yayılıb, hər sözü ürəyimdən tikan çıxardıb...
Onu  bir daha  yaxından  tanıdım  bu günlərdə.  Belə bir 
qənaətə gəldim  ki,  iliyi  sümükdən,  əti  qandan,  ruhu can­
dan  ayırmaq  mümkün  olmadığı  kimi,  Zeynəddin  Çələ- 
bovu da Qusardan, bütünlükdə Azərbaycanımızdan ayır­
maq  olmaz.  Ürəyimizi  sözlə  boşaldıb,  sözlə  ovundu­
ğumuz məqamlarda  dediyi  sözlərdən  onun  dodaqlarının, 
mənimsə ürəyimin yandığı anlar da yetərincə oldu.  Bəzən 
qəhrəmanın,  yatağına  sığmayan  dağ  çayı  kimi  kükrədiyi 
anlarda  hər  ikimiz  zirvəsi  Xəzərin  ayna  sularında 
güzgülənən  Şahdağa  boylanıb  bir  toxtaqlıq,  bir  təskinlik 
tapmağımız da oldu.
Onun  rahat  ömür  sürdüyünün  də  şahidi  oldum  bu 
günlərdə.  Bu  bir  tərəfdən,  onun  tamahsızlığı,  olanı  ilə 
barışması,  dost-tanış  yanında  üzüağ,  başıuca  olması 
idisə,  digər  tərəfdən,  onun  rahatlığı,  ruh  dincliyi  ailədə 
şirin  bir  ünsiyyətin,  ömür  yoldaşı  Şərqiyyə  xanımla  bir- 
birinə  olan  məhəbbətin  bəhrəsi  idi.  Onların  məhəbbət 
dolu  nəzərlərlə baxdıqlarını  görəndə sanki  iki  gəncin  bir- 
birinə olan sevgisinin şahidi olurdum.
_________________ Qusar beşiyim nwnim
3 8 9


"Elbrus Şahmar
Mən  Zeynəddin  Çələbovla  söhbət  edəndə  fikirlər 
bolluğundan  təntidiyim  də  olub.  Nə  vaxt  onunla  söhbət 
etmişəmsə, gözlərindən və nurlu simasından xoş duyğular 
oxumuşam.  Həmişə  fikirlərini  dağ  edib  mənimlə  həm­
söhbət  olanda  nəfəs  aldığım  Qusar  dağlarının  zirvəsi 
qədər  ucalıb.  Müsahibələr  zamanı  heç  vaxt  bir-birimizi 
bezikdirmədik, yormadıq.  Nə vaxt dostumla görüşdümsə 
mənimlə  həmsöhbət  olmaq  istəyini  sir-sifətindən  oxu­
dum.  Onu  da  deyim  ki,  kölgəsini  qalın  salan  bir  çox 
dövlətli  adamların  var-dövləti  özlərinin  buxovu  olub, 
onları  tərpənməyə  qoymayıb.  Qəhrəmanım  isə  belə  bir 
buxovdan  çox-çox  uzaqda  dayandığından  sərbəst  və 
rahat idi.
Onu  da  deyim  ki,  söhbətlərimizdə  bir-birinə  zidd  fi­
kirlər  olmayıb,  ancaq  bəzi  vaxtlar  fikirlərimizin  istiotu­
nun  çox  olduğu  anlar  da  olub.  Zeynəddin  müəllimin 
qəlbindəki qövsi-quzey xatirələri  baş qaldıranda  inandım 
ki,  məhəbbəti  qocalmayıb,  fikirləri  kimi  o  da  təzə-tər 
bənövşə ətirlidir, pərgarı pozulmayıb.
Onunla tanışlıq zamanı, üstəgəl kitabla bağlı dəfələrlə 
həmsöhbət  olmağımızdan  gəldiyim  qənaət  belə  oldu: 
Z.Çələbovun  təhsil  sahəsində  böyük  xidmətləri  olub, 
onda  pedaqoji  işə  və  gəncliyə  böyük  məhəbbət,  canyan- 
ğısı,  apardığı  vəzifələrdə  rəhbərlik  etmək  səriştəsi, 
tamahsızlıq,  sözündə  kəsərli  olması,  yaltaqlıqdan  uzaq 
durması  kimi  müsbət  keyfiyyətlər  formalaşıb.  O,  sözün 
müstəqim  mənasında  əsl  vətəndaş,  yerini-yurdunu  və 
Azərbaycanımızı  sevən  kişidi.  Təəssübkeşdi,  ancaq  kor- 
koranə  təəssübkeş  deyil.  Azərbaycanımızın  ağn-acılan 
da,  sevinci  də  ona  doğmadır.  Qusar  torpağının  nəfəsi 
onun öz nəfəsi, öz həyatıdır.  Zeynəddin xeyirxah insandı, 
390
heç  kimin  pisliyini  istəyən  deyil,  yəqin  ki,  kitabı  oxuyub 
qurtaran oxucu mənim bu sözlərimlə razılaşar...
Zeynəddin  müəllimlə  dirsək  söhbəti  etdiyim  zaman 
bütün sorğularıma  özünəməxsus şəkildə cavab verib.  Söz 
bulağımızın qaynayan məqamı da oldu, sızqalanan anları 
da.  Ancaq  suallarımız  da,  cavablarımız  da  ürəyimizdən 
su  içdi,  səmimiyyətimizin  cazibəsindən  çıxmadıq.  Hər 
ikimiz  basmaqəlib  söz-söhbətdən  uzaq  qaçdıq.  Onu  da 
deyim  ki,  dostum  Zeynəddinin,  verdiyim  suallardan  üz- 
gözünü  turşudan  vaxtları  da  olub,  sualımdan  çiçəyi 
çırtlayan anı da.
Onu da qeyd edim ki, bu  kitabımda qəhrəmanın  Zey­
nəddin  Çələbovu  bir  daha  onu  tanıyanlara  və  tanıma­
yanlara,  dost-tanışlarına  təqdim  etməklə  bərabər,  dost- 
tanışlannı  da  saf-çürük  edib  Zeynəddin  müəllimə  tanıt­
mağa  səy göstərdim və elə bilirəm  ki,  buna  yetərincə  nail 
ola bildim. Yaşına,  həyat təcrübəsinə, mübarizələrlə dop­
dolu  olan  ömür  yoluna  görə  Zeynəddin  Çələbov  qusar- 
lıların  yaşlı  nəslinə  mənsubdur.  Ancaq  hal-hazırda  hə­
yata  baxışlarına,  arzu  və  istəklərinə,  təbiətə  vurğun- 
luğuna,  sabahımıza  olan  ümid  və  inamına  görə  o  hələ 
cavandır deyərdim.
Bir  daha  onu  da  vurğulayım  ki,  vəzifə  heç  vaxt 
Zeynəddin Çələbovu deyil, Zeynəddin Çələbovun özü hər 
zaman,  hər  vaxt  tutduğu  vəzifəni  ucaldıb,  onu  daha 
nüfuzlu, daha da möhtəşəm eləyib.
Dünyamız  bir  yandan  dolub,  bir  yandan  boşalan 
dünyadı...  Onu  da  deyiblər:  o  kəs  uzun  ömürlü  olur  ki, 
dünyasını  dəyişəndə  özündən  sonra  rəhmət  qazanan 
əməlləri  qalır.  Nə vaxtsa  bizlər də xatirələrə dönəcəyik,  o 
xatirələrin  içində  bizləri  yaddaşlarında,  qəlblərində
________________________________

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin