“
Elbrus Şahmar
İran şahı Daraya deyirlər ki, onun əsir düşən əhli-
əyalı İsgəndərin göstərişi ilə şəhanə yaşayır və hamısının
ismət və abır-həyaları da gözlənilir. Dara da qayıdıb
deyir ki, kaş əvvəlki imkanım özümə qayıdaydı və mən
İsgəndərin bu kişiliyinə və mərdliyinə görə onun yaxşılı
ğından çıxa biləydim. Yox, əgər tamam məğlub olsam,
onda Tanrıdan arzu edərdim ki, taxt-tacım elə İsgəndərin
özünə qismət olaydı.
Onu da deyim ki, çox zaman kişilər də layiq olduqları
kimi yaşaya bilmir, bəziləri layiq olduğundan daha
yüksək, bəziləri isə layiq olduğundan daha aşağı səviy
yədə yaşamalı olur. Nə etmək olar, bu da həyatın sərt
qanunlarından biridir.
Dostları ilə paylaş: