Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


-  Dostum,  deyin  güvəndiyiniz  dağlara  çoxmu  qar



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə70/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   66   67   68   69   70   71   72   73   ...   174
-  Dostum,  deyin  güvəndiyiniz  dağlara  çoxmu  qar 
yağıb?
-  O  qədər!  Ancaq  onu  açıqlamaq  mənim  təbiətimə 
yaddır.
-  Bəs,  sizinlə  çörək  kəsib,  sizə  qarşı  dönük  çıxanlar 
necə, elələri də çox olub, yoxsa...
-  Əzizim,  elə  bilirəm  bu  sualınız da  əvvəlki  sualınızla 
üst-üstə  düşür  və mən  qısa  olsa  da  ona  cavab  vermişəm. 
İndi  də  cavabım  eynidir,  çox  təəccüb  ki,  olub,  ancaq 
qədərini, sayını deməyə ehtiyac görmürəm.
-  Bəlkə  deyəsiniz,  ürəyinizdə  qatı  açılmamış  sözləriniz 
varmı?
-  Əlbət  də  var,  elə  söz  dəyərəm  ki,  bəzilərinin  yeddi 
qatndan  keçərdi.  Ancaq  bu  ahıl  çağımda  abrımı  gözlə­
yirəm, kimlərinsə səviyyəsinə enmək işləmirəm.
-  Zeynəddin  müəllim,  Sizi  tanıdığımdan  bilirəm  ki, 
çoxlarına  yaxşılıq  etmisiniz,  xeyirxahhq  göstərmisiniz, 
bütün etdiklərinizin müqabilində bəs, umacağınız nə olub? 
166
- Əlbətdə ki, səmimiyyət və etibar.
Bir  də  əsil  xeyirxahlıq  odur  ki,  etdiklərinə  görə 
yuxarıda göstərdiyimdən başqa  umacağı olmasın.
Əgər  birinə  hər  hansı  marağına  görə  xeyirxahlıq 
eləyirsən,  əl  tutursansa,  demək,  o  yaxşılığın,  o  xeyirxah­
lığın  başqası  üçün  deyil,  elə  özün  üçündür.  Bəziləri  rek­
lam  xatirinə  5  manatlıq  kimə,  yaxud  kimlərəsə  xeyir­
xahlıq  göstərirsə,  onun  üstünə  də  olduğundan  yüz  qat, 
min  qat artıq  qoyub  mavi ekrana,  dövrü  mətbuata çıxır. 
Elələri  yaddan  çıxartmasın  ki,  müqəddəs  kitabımız 
«Quran»  elə  halları  haram  buyurub.  Belə  bir  fikir  pey­
ğəmbərimizlə  bağlı  hədislərdə  də  öz  əksini  tapıb:  Gərək 
sağ əlin verdiyini sol əl bilməsin.
Axı,  Allah  bir  nəfəri  var-dövlət  sahibi  edirsə  bu  o 
demək  deyil  ki,  onda  olanlar hamısı ona  məxsusdur.  Bəs 
valideynlər,  qohum-əqrəba,  dost-tanış,  bəs  qonşular,  bəs 
ehtiyac  içində  yaşayanlar?  Elələri  bilsin  ki,  Allah  ona 
•verdiklərini  ətrafındakılara  kömək  etmək  üçün  verib. 
Vəzifədə  olduğum  zaman  kəsiyində  dolanışığım  üçün 
böyük  imkanlarım  olub,  ancaq  həmişə,  hər  zaman,  hər 
an  vicdanımın  səsinə  qulaq  asdığımdan,  yaşamaqda  hə­
yatımın  mənasını  xoş  gün-güzəranımda  deyil,  başqaları 
üçün  faydalı  ola  bilməyimdə  görmüşəm.  El-obası  üçün, 
insanlıq  üçün  şam  kimi  yanmayan  kəsin,  ömrü  də.  elə 
şamın bir dəfə yanıb yox olması timsalındadır.
Vaxtı  ilə  mənə  də  pisliyi  keçənlər  olub.  Ancaq  ona 
normal  baxmışam.  Təki  adamın  dostu,  doğma  adamı 
pislik  etməsin.  Qorxu  odur  ki,  xalqın,  el-obanın  gözün­
dən  düşməyəsən,  əgər  düşsən  çətin  ki,  özünü  düzəldə 
biləsən,  çətin  ki,  nüfuz  sahibi  olasan.  Kim  ki,  el-oba 
gözündə ucalır, adı  ehtiramla  çəkilir,  ömrü də uzun olur.
___ 167
_______________________ ________
Qusar beşiyim mənim


İnsan  şəxsiyyətinin  dəyəri,  onun  əməliylə  ölçülər.  Çox 
mal-dövlət  yığanın  artığı  çıxmaz,  eləcə  də'äz  yığanın  da 
əskiyi.  Heç  şübhəsiz  kasıb  olmaq  şərəfsiz  ömür 
sürməkdən yüz dəfə yaxşıdır.

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin