101
oldum. Sədrin qəbul otağına girərkən, otaqdan başına kəlağayı örtmüş bir azərbaycanlı qadın
çıxdı. Bu qadın Orta Asiya hərbi Dairəsi hərbi tribunalının sədri, briqada hərbi hüquqşünası
Əjdər Mahmud oğlu Xaspoladovun bacısı idi. Sədr məni mehribanlıqla qəbul etdi. Xidməti
söhbətlərimiz qurtarandan sonra, ondan özü haqqında danışmasını xahiş etdim. O, yalnız
“azərbaycanlıyam, göyçaydanam” - deməklə kifayətləndi. Şəxsi söhbətimiz və görüşümüz
bununla bitdi. 1941-ci ilin axırlarında cəbhə qəzetlərində oxudum ki, Əjdər Xaspoladov ədliyyə
general-mayorudur. Müharibə illərində general Əjdər Xaspoladov əlli altıncı ordunun
hərbi
tribunalının sədri kimi çox məsul bir vəzifədə çalışırdı.
Müharibə qurtarandan sonra 1984-cü ildə bir məclisdə generallardan söhbət düşmüşdü.
Mən istər-istəməz general Əjdər Xaspoladovu xatırladım. İş elə gətirdi ki, bir neçə ay sonra
Moskvada ezamiyyətdə oldum. SSRİ Ədliyyə Nazirliyinə gedib generalın ad-familini söylədim.
Xahiş etdim ki, onun ünvanını mənə versinlər. İstəyirdim mətbuatda çıxış edib, bu naməlum
generalımızı xalqımıza tanıdım. Əvvəlcə evinə zəng eləyib 40-cı ildəki görüşümüzü xatırlatdım,
çətinliklə də olsa görüşməyə razılıq verdi. Məni evinə çağırdı. Xeyli söhbət etdik, haqqında
yazmaq istədiyimi biləndə razılıq vermədi. Olmaz, - dedi mənim haqqımda yazmağa icazə
verilmir.
Məndən Göyçayı soruşdu. - Neçədi, - dedi, - abadlaşıbmı? Ən çox yadımda qalan
Şamaxıdır,
ona görə ki, Şamaxı o vaxtlar qəza mərkəzi idi, uşaqlığım, ilk gəncliyim mənə xəyal
kimi gəlir. Onda ürəkaçan heç nə yoxdu, aclıq, səfalət, bir də ehtiyac o vaxt məni bərk
yaxalamışdı. Orda qalsam, bəlkə də ölüb-itmişdim. Ömrüm boyu Nəriman Nərimanova rəhmət
oxumalıyam. 1919-cu ildə o məni Moskvaya oxumağa
göndərməsəydi kim bilsin, yetim taleyimə
harda nöqtə qoyulacaqdı. Ona görə də o kişinin Kremlin həyətindəki məzarını tez-tez ziyarət
edirəm. Uşaqlıqda nənəmin öyrətdiyi surəni o müqəddəs insanın məzarı önündə dayanıb
oxuyuram.
Ayrılanda soruşdum ki, bəlkə sizə Vətəndən bir şey lazımdır. Çəkinməyin, yoldaş
general, nə lazımsa deyin, göndərərəm.. Duruxdu. Utancaq bir təbəssümlə üzümə baxıb:
- Əgər mənə Mirzə Ələkbər Sabirin “Hophopnamə”sini ərəb əlifbasında göndərə
bilsəydiniz, sizə ömrüm boyu minnətdar olardım. Şairlərdən ən çox yadımda qalan Sabirdir.
Qəribədir ki, son illər yuxuda onun şerlərini oxuyuram. Gündüzlər yaddaşıma zor
verib onlardan
xatırladıqlarımı əzbərləyirəm. Atam, anam, yoxsul dünyam gözüm önündə durur, istər-istəməz
kövrəlirəm.
Bakıya qayıdanda kitab mağazalarını ələk-vələk elədim. “Hophopnamə” tapılmadı.
Məcbur olub professor dostum Abbas Zamanova müraciət etdim. Kitabı Abbas müəllimdən alıb
göndərdim. Bir il sonra general Əjdər Xaspoladovdan bir bağlama aldım. Kitabı geri
göndərmişdi. Səmimi, kövrək bir məktub yazmışdı. Yazırdı ki, mən “Hophopnamə”dən özümə
lazım olan, xalqımla bağlı qidanı aldım, mənimsədim. Hazırda gözləri tutulub, ömrümün son
günlərini yaşayıram. İstəmirəm ki, xalqımın bu misilsiz milli sərvəti yad əllərə keçsin,
ona görə
də böyük minnətdarlıq hissi ilə kitabı geri qaytarıram.
* * *
- Əziz müəllim, general haqqında daha ətraflı məlumat almaq üçün ailə üzvlərini görmək
istəyirəm. Bəlkə sizdə onların ünvanı qalıb?
-
Hazırda general Əjdər Xaspoladovun qızı Kamilla xanım Moskvada yaşayır. O, hüquq
elmləri namizədidir. Moskva Dövlət Universitetində dərs deyir. Sənətdə atasının yolu ilə gedir.
Hər dəfə Moskvaya gedəndə onunla görüşürəm. Məndə ev ünvanı da var, telefonu da.
Əziz müəllimdən Kamilla xanımın ünvanını və telefon nömrəsini aldım.
Həmin günü generalın qızı Kamilla Xaspoladovaya zəng etdim. Aradan bir ay keçər-
keçməz Kamilla xanımdan məktub və iki şəkil aldım.
Məktubdan sətirlər: Mənim atam ədliyyə general-mayoru Əjdər Mahmud oğlu
Xaspoladov inqilabdan doğulmuş, ömrü boyu Leninin xatirəsinə və ideyalarına sadiq,
vətənpərvər birşəxs idi.
102
Atamın özünəməxsus qəribə taleyi vardı. O, 1901-ci il fevralın 22-də Göyçayda kasıb
kəndli ailəsində anadan olmuşdu. Çox erkən yaşlarında atasını itirmişdi. Acından ölməmək üçün
rus keşişinin evində qulluqçuluq edir, samovar qaynadır, ev yığışdırır və başqa xırda-para
işlərlə
məşğul olur. Atam keşiş evində rus dilini öyrənərək ibtidai təhsil alır. Anasının vəfatından bir
qədər sonra o, Bakıya gedir, işə düzəlir və gənclərin inqilabi hərəkatında fəal iştirak edir.
1919-cu ilin payızında o bir qrup qabaqcıl gənclə oxumaq üçün Moskvaya - Leninin
yanına göndərilir. Onlar Moskvaya vətəndaş müharibəsi cəbhələrindən keçərək sınıq-salxaq
vaqonlarda, uzun müddət yollarda ləngiyə-ləngiyə birtəhər gəlib çıxırlar. Yolda hər şeyi, o
cümlədən Leninə hədiyyə apardıqları alma, üzüm və başqa meyvələri oğurlamışdılar. Onlar
Moskvaya qışın lap sərt vaxtı cırıq-cındır paltarda, papaqsız, nazik geyimdə gəlib çatırlar. Güc-
bəla ilə Kremli tapıb M.İ.Kalininin yanında olurlar. Kalinin onları əsgər kazarmalarında
yerləşdirir və paltarla, yeməklə təmin etdirərək “Şərq zəhmətkeşləri universitetinə” qəbul etdirir.
1920-ci ildə atam təhsilini davam etdirərək Qızıl Ordunun Şərq və Qafqaz xalqlarının
nümayəndələrindən təşkil olunmuş polkunda qulluq edir. 1921-ci ildə o, Fəhlə-Kəndli bolşevik
Dostları ilə paylaş: