107
DÜŞDÜ QILINC KİMİ ORTADAN ARAZ
Bizim ki, atamız, anamız birdir,
Qəlbimiz, eşqimiz ayrı deyildir.
Düşdü qılınc kimi ortadan Araz...
Fəqət yaman günün ömrü çox olmaz
Səməd Vurğun
GENERAL CƏFƏR MƏMMƏDZADƏ
İllərlə azadlığa çıxmaq üçün dönmədən mübarizə
aparan o taylı qardaşlarımız 1945-ci il dekabrın
on ikisində Azərbaycan Milli hökuməti yaratdılar.
Xalqı, ölkəni müdafiə edən zabitlər məktəbi açıldı.
Fədai dəstələri yenicə yaradılan Xalq Qoşunları
ilə birləşdi. Azərbaycan Milli Hökumətinin Xalq
Qoşunları nazirliyi yarandı. Xalq Qoşunlarına
böyük fədakarlıq və bacarıqla başçılıq edən igid
zabitlərin bir neçəsi - Əbülqasım Əzimi, Möhsün
Milani, Azər Əbdülrza, Nəvai Abdini, Mahmud Pənahi,
Qulam Yəhya, Mirzə Rəbi Kəbiri və Cəfər Məmmədzadə
general kimi yüksək rütbəyə layiq görüldülər.
Bu yazımızda hələlik onlardan yalnız biri -
general Cəfər Kavian haqqında danışacağıq.
Ata qulluqdan çox gec qayıtdı. Çaydan bir-iki qurtum alıb yorğun halda yerinə girdi. Son
vaxtlar ingilis və Amerika casusları ilə aparılan mübarizə gücləndirilsə də ayrı-ayrı fədailərə
edilən sui-qəsdlər yenə də azalmırdı. Ona görə də nə geçəsi vardı, nə də gündüzü. Azadlığa
çıxmış Cənubi Azərbaycan xalqını Amerikanın muzdlu nökərləri yenidən şah üsuli-idarəsinə
qaytarmaq, qanı bahasına qazanılan azadlığı boğmaq iddiasında idilər. Qapının sağ yanındakı
taxt cırıldadı. Generalın böyük oğlu Gavə də yata bilmirdi. Son günlər milli hökumətin üstünü
alan təhlükə onun rahatlığını pozub, yuxusunu ərşə çəkmişdi. Oğul da azadlıq ordusunun
fədailərindən idi.
Ata qayğı ilə soruşdu:
- Hələ yatmamısan?
- Yuxum gəlmir, ata, elə bil ərşə çəkilib.
- Niyə, sənə nə olub? İdarənizdə vəziyyət necədir?
- Necə olacaq, ata, bütün şəhəri ağzına alan şayiələr bizdə də danışılır. Deyirlər, tiryəki
acanlar Sultan Əli Şəqaqi, Seyfulla Bağmeşəli, Mirşərif baqqal Hacıələkbər “şah azadlığı”
sevdasına düşüblər. Bizim Demokrat partiyamızı devirməyə hazırlaşırlar. Xaricdən silah, əsgər
alıblar ki, fədailəri qılıncdan keçirsinlər.
Ata yorğun səslə, bikef halda:
- Eşit, - dedi, - inanma, belə xəbərləri bizə də çatdırıblar. suyu bulandıran Amerikadır.
Onların arxası Amerikadırsa, bizim də dostumuz sovetlərdir.
- Azadlıq pərisi iki dəfə xalqımızın başına qonub, ata. Onu əyiblər, amma sındıra
bilməyiblər. Mütləqiyyətin zülmü, zorakalığı azadlığımızı boğub. Deyəsən bu dəfə də...
108
Ata hirslə yorğanı üstündən atıb, yerində oturdu:
- Nə demək istəyirsən, bu dəfə nə olacaq? Gavə ehtiyatla:
- Mən... mən demirəm... bütün şəhər danışır ki, Sovet ordusunun İrandan çıxarılması
haqqında o tayda - şuralarda fərman imzalanıb, Sovet ordusu burdan çıxıb getsə, bizim milli
hökumət Səttarxan və Xiyabani hərəkatı kimi...
Gavənin dili gəlmədi desin ki, məhv olacaq.
Bu bəd xəbər ataya məlum idi. Ona görə də son günlər əsəbi adi. Oğlunu ruhdan
salmamaq üçün dərindən nəfəs alıb kədərlə:
- Bu çox böyük namərdlik olar, - dedi.
Gecədən xeyli keçənə kimi general yata bilmədi. Qaranlıq otaqda fikri fikrə caladı...
... Cəfər Məmmədzadə Cənubi Azərbaycan milli hökumətinin müdafiə naziri idi.
Xalqının azadlığı uğrunda çalışan general çətin və mürəkkəb həyat yolu keçmişdi. İlk
gəncliyindən gizli inqilabi işə qoşulduğundan o, iki adla fəaliyyət göstərmişdir. Gəncliyində
onun gizli adı Məşədi idi, Cənubi Azərbaycan milli hökumətinin milli qoşunlar vəziri olanda
isə general Cəfər Gavian kimi tanınmışdı. Onun atası Təbriz yaxınlığındakı Səhlan kəndindən
idi. Yoxsul kəndli olan Məhəmmədəli kişini ağır həyat dözümlü və iradəli etmişdi. Kəndli
həyatının sərt güzəranı, ağa torpağı becərmək onu cana doydurmuşdu. Əsrin əvvəllərində
Səttarxan hərəkatı başlananda savalanlı Məhəmmədəli kişi böyük qardaşı İsrafillə mücahidlərin
sırasına qoşuldu. Dəmir iradə və şəxsi bacarıq onu siyasi cəhətdən şüurlu bir fədaiyə çevirdi, o,
oxumaq, yazmaq öyrəndi. Xalq qəhrəmanı Səttarxanın tanınmış mücahidlərindən biri və gizli
inqilabi hərəkatın məşvərətçisi oldu. Səttarxan 1910-cu il aprelin on beşində Tehranda böyük
təntənə ilə qarşılananda mücahidlərlə birgə çəkdirdiyi şəkildə - ön cərgədə savalanlı
Məhəmmədəli kişi də vardı. Həmin tarixi şəklin əsli indn də nəvəsi Marksda saxlanılır.
Səttarxanın azadlıq hərəkatı mürtəce İran hakimləri tərəfindən yatırıldıqda, savalanlı
Məhəmmədəli də həbsə alındı. Həbsdən azad olandan bir az sonra çəkdiyi işgəncələrdən vəfat
etdi.
Məhəmmədəli Səhlanlının obrazı Makulu Pənahinin “Səttarxan” romanında öz əksini
tapmışdır. General Cəfər Məmmədzadənin böyük qardaşı İsrafil də inqilabi işdə fəal çalışan
fədailərdən idi. O, Azərbaycanın şanlı oğlu Heydər Əmioğlunun mübarizə yoldaşı olmuşdur.
... General 1974-cü ildə öz dəst-xətti ilə yazdığı tərcümeyi halında qeyd edir ki, inqilabi
fəaliyyətə 1908-ci ildən, on üç yaşında gənc bir fədai kimi Səttarxan hərəkatından başlamışam. O
vaxta qədər Təbrizdə dini təhsil almışam.
İnqilab məğlubiyyətə uğrayanda, o, qardaşı İsrafillə şah təzyiqindən qaçıb Bakıya pənah
gətirir. İki il Bakıda dərzilik edən Məşədi Cəfər yenidən Təbrizə qayıdır. Qulamhüseyn xan
Rzazadənin evində təşkil olunmuş İran sosial-demokrat firqəsinin beşinci hövzə iclasında iştirak
edir. Şeyx Məhəmməd Xiyabani hərəkatında fədai başçılarından biri olur.
İftixarla demək olar ki, general Cəfər Məmmədzadə çox zəngin və kəşməkəşli inqilabi
həyat yolu keçib. Onun həmin dövrdəki gizli fəaliyyəti Əkrəm Səlimzadənin və Rzabala
Nurəliyevin məşhur çekist İslam Əliyev haqqında yazdıqları “Son döyüş” kitabçasında təsvir
olunub:
“İslam Təbrizdə Məşədi ilə görüşdü. Söhbət zamanı Məşədi dedi:
- Partiyamızın növbəti ikinci qurultayına hazırlıq görülür, Mərkəzi Komitə belə məsləhət
görür ki, sizi Təbrizə çağıraq. İndi burada daha ciddi işlər gedir. Siz bu işlərdə bizə daha yaxşı
kömək edə bilərsiniz.
- Nə işdə? - deyə İslam soyuqqanlılıqla soruşdu.
- Silahlı dəstələrimiz var. Onlara rəhbərliyi sənə tapşıracağıq.
İslam etiraz etmədi.
O, Mərənddən Təbrizə köçdü.
... 1922-ci ilin fevral ayının ilk günlərində Təbriz çox narahat idi. Küçələrdə tez-tez
nümayişlər olurdu. Şah istibdadından cana doymuş xalq ajanları döyür, hökumət idarələrini
tanımaq istəmirdi. Həmin ayın doqquzunda Məşədinin gizli şəraitdə yaşadığı evinə bir neçə
adam toplaşmışdı. Onların arasında Məşədi, İslam, şair Lahuti, doktor Rəhim xan, Tağı Şərqi,
109
Bürhani və başqaları var idi. Onlar kiçik müşavirə keçirdilər. Tez də dağılışdılar. Bu hadisədən
bir - iki saat sonra Təbrizin müxtəlif məhəllələrində atışma başlandı, bütün gecəni davam etdi.
Səhər isə hökumət artıq xalq fədailərinin əlində idi”.
Xalqımızın azadlığı uğrunda özünü oda-közə vuran Məşədi Cəfər 1922-ci ildə məşhur
şair Əbülqasım Lahuti hərəkatında yaxından iştirak edərək fədai başçısı olur. Bir az sonra şahlıq
rejiminin ağırlığı nəticəsində bu hərəkat da yatırılır. Məşədi Cəfər ikinci dəfə doğma Bakıya
pənah gətirir, təhsilini artırmaq üçün partiya kursuna daxil olur.
1924-cü ildə Azərbaycan Kommunist Partiyasının sərəncamı ilə Məşədi Cəfər
Naxçıvandakı dağ-mədən fəhlə həmkarlar ittifaqının sədri vəzifəsinə işə göndərilir. Üç il sonra
üçüncü Kominternin tapşırığı ilə yenidən İrana göndərilən Məşədi Cəfər Təbrizdə, Rəştdə,
Mazandaranda və Tehranda gizli inqilabi iş aparır.
1930-cu ilin sonlarında ajanlar onu həbs edir. Məhkəmənin 3472/14 nömrəli qərarının
surəti oğlu Marksda qalır. Onun mətni belədir: “Cəfər Kavian ona görə məsuliyyətə alınır ki, Bir
may münasibətilə intibahnamələr nəşr etdirib Tehranda yayırmış. O, Kommunist Partiyasına
mənsubdur. İrandakı və xaricdəki kommunistlərlə yaxından əlaqə saxlayır. İran məmləkətinə və
onun istiqlaliyyətinə zidd bir adamdır. Ona görə də Cəfər Kavianın yoldaşları İran qanun
məcəlləsinin iyirmi yeddinci maddəsi ilə, Kavianın özü isə həmin qanunun iyirmi səkkizinci
maddəsi ilə mücazat olunub həbs olunurlar. Hökm yerinə yetirilir.”
Altı il yeddi ay Qəsri-Qacar zindanının uça və qalın divarları, dəmir qapıları mərd
Azərbaycan oğlu Cəfər Kavianın mübarizə əzmini qıra bilmir. Qəddar Rza şah hakimiyyəti
həbsdən sonra onu Zəncan şəhərinə sürgün edir. O, Sovet ordusu İrana gəldikdən sonra, 1941-ci
ildə sürgündən azad olunur.
1945-ci il dekabrın on ikisində Cənubi Azərbaycanda silahlı üsyan nəticəsində xalq
Azərbaycan Demokratik firqəsinin banisi Seyid Cəfər Pişəvərini milli hökumətin baş naziri təyin
etdi. O taylı qardaşlarımız çoxdan arzuladıqları günə çatdılar. Onlar İran çərçivəsində milli
muxtariyyət aldılar. Azərbaycan dili rəsmi dövlət dili oldu. Ana dilimizdə orta və ali məktəblər
açıldı. Səkkiz saatlıq iş günü bərpa olundu. Səttarxana və Bağırxana heykəl ucaldıldı.
Azərbaycanlıların həyatında tamam yeni bir yüksəliş dövrü başlandı. Həmin gün tarixə “21 Azər
hərəkatı” kimi daxil oldu.
Fədailər Azərbaycanın şəhər və kəndlərini istilaçı İran qoşunlarından təmizlədilər.
Fövqəladə bacarığa və hərbi məharətə malik olan Cəfər Kavian Azərbaycan Milli hökumətinin
qərarı ilə general-mayor rütbəsi ilə təltif olunub, müdafiə naziri təyin edildi.
Həmin ili “Nəcate-İran” qəzeti yazırdı:
“General Kavan hal-hazırda Azərbaycanın həm qoşun hissəsinə, həm də Azərbaycan
milis idarələrinə başçılıq edir. Bu şəxs qədim mübariz İran azadxahlarından biri olub və
Azərbaycan Demokratik hərəkatında, eyni halda İran Demokratik hərəkatında iyirmi beş il
qabaqdan ta indiyə kimi iştirak edibdir.
O, Rza şah dövründə illərlə həbsdə olmuş və həyatının çox dövrünü zindanda
keçirmişdir. “21 Azər hərəkatı”nda Cəfər Kavian canfəşan fədai olmuş və Azərbaycanın bütün
fədai dəstələrinin rəhbərliyini öz əlinə almış, gözəçarpan dərəcədə fədakarlıq göstərmişdir. Ona
görə də Azərbaycan Demokratik hökuməti Cəfər Kavianı hərbi vüzarətxananın vəziri təyin etdi.
O, öz silahdaşları - azadxah Seyid Cəfər Pişəvəri, Şəbüstəri, doktor Cavid və başqaları ilə
Azərbaycan Demokrat Partiyasını, milli hökumətin fəaliyyətini yüksəklərə qaldıraraq mürtəce
irticanı çıxılmaz vəziyyətdə qoymuşdur”.
Azərbaycan Demokrat Partiyası və milli hökuməti Cəfər Kavianın xalq qarşısındakı
xidmətlərini yüksək qiymətləndirmişdir. S.C.Pişəvərinin imzası ilə Mərkəzi Komitənin 1946-cı
ilin sentyabr tarixli əmrində deyilir ki, ağaye general Cəfər Kavian, xalq qarşısında əməyinizə və
əncam verdiyiniz xidmətlərə görə Mərkəzi Komitənin təsvibi üzrə siz Səttarxan ordeni ilə təltif
olunursunuz.
General Cəfər həm də hökumətin yeni təsis etdiyi “21 Azər” medalı ilə təltif olunmuşdur.
110
Generalın şəxsi işləri arasında diqqətimizi bir sənəd xüsusilə cəlb etdi. O tayın
burulğanından keçib gələn bu qiymətli sənədi general-mayor Cəfər Kavian öz dəst-xətti ilə
yazıb.
Dostları ilə paylaş: |