156
qolbağılar, əsasən, kişi zinəti sayılmaqla, başlıca olaraq çox məhdud dairədə yayılmış və hakim
zümrələrə məxsus olmuşdur.
Keçmişdə kübar qadınlar arasında
halqa qolbağ,
muncuq qolbağ daha çox dəbdə idi.
Bazubənddən
fərqli olaraq, bilərziklərin daha çox tipoloji növü yaranmışdır. «Halqa»,
«burma», «yığma», «həsiri», «həncamə», «gül» bilərzik növləri
uzun müddət dəbdən düş-
məmişdir. Kübar qadınların «gül» bilərziyinə, adətən, yaqut və ya zümrüd qaş qoyulurdu.
Barmaq bəzəkləri arasında
«barmaqçalıq», «əyrimçə»
və ya
«halqa» adlanan qaşsız
üzüklər daha qədim tarixə malik olmaqla, uzun müddət xatircəmlik, nişan üzüyü kimi
işlənmişdir. Bunların əsasında sonralar qaşlı üzüklərn müxtəlif tipoloji növləri peyda olmuşdur.
Qaş materialından, habelə qaşın formasından asılı olaraq, bu qrupdan
olan üzüklər müxtəlif
adlarla (yaqut, zümrüd, brilyant, mivari, paxlava qaşlı və s.) tanınırdı.
Bel bəzəkləri
kəmər, belbağı və
təkbənd ilə təmsil olunurdu. Minalı, şəbəkəli,
yaxud
sallamalı saltoqqa vasitəsi ilə tamamlanıb qabaq tərəfdən bağlanan qızıl və ya gümüş kəmərlərin
müxtəlif tipoloji növünə təsadüf olunurdu.
Qadın və kişilərə məxsus
kəmərlər bəzək ünsürlərinin
bənd edilmə üsuluna görə
«körpülü», «bəndləmə» və «keçirtmə» olmaqla üç cür hazırlanmışdır. Körpülü kəmərlərin
«kəsmə» bəzək ünsürləri bir-birinə keçirilən bəndləyici «körpü»lər vasitəsi ilə bağlanırdı. Bu
tipdən olan «kəsmə» kəmərlərin sallama və ya zəngirələri onun ön tərəfində, xüsusilə toqqanın
ətəyində cəmləşirdi.
Bundan fərqli olaraq, «bəndləmə» kəmərlərin qulplu sikkələrdən ibarət olan bəzək
ünsürləri qayış üzərinə bəndlənirdi. «Kəsmə» pərəklərdən ibarət düzəldilmiş minalı «gül»
belbağıların bəzək-nəqş ünsürləri
də çox vaxt bəndləmə üsulu ilə, lakin tünd rəngli parça
(sürməyi, zoğalı, yaşıl və ya qara məxmər) üzərinə bənd edilirdi.
Bunlardan fərqli olaraq, kişilərə məxsus zinət növü sayılan
tərkbəndin bəzək ünsürləri
«keçirtmə» üsulu ilə qayış üzərinə düzülüb bərkidilirdi.
Bəzən zərgərlər tərəfindən düzəldilən və «kəmərbənd» adlanan kəsmə «gül belbağı»dan
fərqli olaraq,
sikkə kəmərləri hər kəs özü də düzəldə bilirdi. Bunun üçün zərgərə təqdim edilən
qızıl və ya gümüş sikkələrə qulp döydürmək və toqqa sifariş etmək kifayət edirdi.
Libaslara
bəndləmə zinətlər
bəzək növü olmaqdan əlavə, həm də onların bir qismi əməli
məqsəd daşımaqla, yaxa və bilək yarıqlarını düymələyib bağlamaq məqsədi güdmüşdür. Qızıl və
gümüşdən kəsilmiş
«həbbabı», «böyrəyi», «qoza» düymələr məhz bu məqsədlə istifadə
olunmuşdur.
Bu qrupdan olan bəndləmə zinətlərin ən tipik nümunəsi sayılan
ətəklik iki tipoloji növdə
hazırlanmışdır. «Sikkə ətəklik» qızıl və gümüş sikkələrdən (bacaqlı, əşrəfi, məcidiyyə, imperal,
çervon və s.) tərtib olunmaqla daha geniş yayılmış və kütləvi səciyyə daşımışdır. Sikkə
ətəklikdən fərqli olaraq, qızıl və gümüşdən kəsilmə «pilək» və ya «pərək» ətəklik çox vaxt mina
ilə bəzədilirdi. Ona görə də minasazlar ətəkliyin bu növünü çox vaxt «gül» və ya «gülpərək»
adlandırırdılar.
Bütün bunlardan əlavə, keçmişdə kübar qadınların ətəkliyi həm də cavahiratdan
düzəldilirdi. Keçmişdə kübar qadınları arasında «mirvari» ətəklik daha geniş yayılmışdı.
Bir qayda olaraq, digər
bəndləmə zinət növləri kimi, ətəkliyin də bəzək ünsürləri çox vaxt
bafta üzərinə düzülüb bənd ediləndən sonra tuman və ya digər üst geyimlərinin ətəyinə bəndlənib
bərkidilirdi.
Bəndləmə zinətlər bəzən sapa düzüləndən sonra paltara bənd edilirdi. «Həbbabı» və ya
«qoza» düymələrdən ibarət
yaxalıq buna əyani misaldır.
Pilək və ya pərək
ətəklik qadın tumanından başqa, üst köynəyinin ətəyinə də vurulurdu.
«Oyma» yaxalı arxalıqların yaxasının ətrafı, adətən, qızıldan düzəldilmiş «böyrəyi», yaxud
«həbbabı» düymələrdən ibarət bəzək düzümü ilə süstləndirilirdi.
Libaslara bənd edilən bəzəklərin digər qrupunu
ağlabənd məlumatları:
zəncirə, bafta,
Dostları ilə paylaş: