Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə142/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   138   139   140   141   142   143   144   145   ...   194
Qulaq bəzəkləri etnoqrafik ədəbiyyatda çox vaxt baş zinətləri sırasında təsnif olunsalar da
tətbiq məqamına görə ayrıca tipoloji qrup təşkil edirdi. Azərbaycanın müxtəlif bölgələrində 


 
 
155
«sırğa», «tana» («tənə»), «guşvarə» və s. kimi sinonim istilahlarla geniş yayılmış bu bəzək 
növünün tipoloji cəhətdən müxtəlif çeşidləri yaranmışdır. Azərbaycanda  ən qədim sırğa 
nümunəsi qədim Mingəçevirdən, tunc dövrünə aid kurqandan tapılmışdır.
95
  
Erkən orta əsr abidəsi olan Dədə-Qorqud dastanlarında sırğa «küpə» («altun küpə») adı ilə 
təqdim olunmuşdur.
96
  Həm də dastandan bəlli olduğu kimi, altun küpəni təkcə qadınlar deyil, 
adlı-sanlı kişilər də qulaqlarına taxırmışlar. Azərbaycanın bir sıra bölgələrində əziz-xələf oğlan 
uşaqlarının qulağının bir tayına «heydəri» sırğa taxmaq adəti yaxın keçmişədək davam etmişdir. 
Sırğanın zaman-zaman forma və quruluş etibarı ilə çoxsaylı tipoloji növləri yaranmışdır. 
Onların bir qismi zəmanəmizədək gəlib çatmışdır. Bunların arasında «piyalə-zəng», «satıl», 
«şarlı» («lolo»), «minarə», «badamı», «gilası», «üçdüymə», «dörddüymə», «beşdüymə», 
«qırxdüymə» sırğalar, habelə «halqa» və «asmalı» sırğa və s. hələ  də  dəbdən düşməmişdir. 
Bəzən, sırğaların üzərinə qiymətli daş-qaş  əlavə etməklə  zənginləşdirilir və beləliklə  də 
məmulatın dəfinə  dəyəri artırılırdı. Bunlardan fərqli olaraq, «minarə» sırğanın  ətəyi silsiləli 
düzəldilməklə, bir növ «piyalə-zəng»i xatırladırdı. 
Boyun-sinə (yaxa) bəzəkləri müxtəlif materiallardan (qızıl, gümüş, ləl-cavahirat,  şüşə, 
mərcan, kəhraba və s.) düzəldilməklə, müxtəlif növ boyunbağılarla təmsil olunurdu. 
Azərbaycanın bəzi bölgələrində boyunbağı «xirtdəklik», «boğazlıq», «yaxalıq», «imarət» də 
adlanırdı. Bu istilahlar sinonim kimi işlənsə  də, vahid tipoloji qrup təşkil edən həmin bəzək 
növləri hazırlandığı materialın səciyyəsinə, quruluş  və formasına görə müəyyən qədər fərqli 
xüsusiyətlərə malik idi. Bu baxımdan Naxçıvan bölgəsi üçün səciyyəvi olan çəçik və qarabatdaq 
tipoloji cəhətdən digər boyun bəzəklərindən seçilirdi. 
Ənənəvi boyun bəzəklərinin  ən qədim növü muncuq  boyunbağı olmuşdur. Müxtəlif 
materiallardan (mirvari, inci, mərcan, brilyant, rəngli şüşə, balıqqulağı və s.) hazırlanan muncuq 
düzümləri ilə yanaşı, qızıldan düzəldilmiş «arpa», «hil», yaxud «gülpərək» boyunbağlar da 
dəbdə olmuşdur. «Səddə» adlanan mirvari boyunbağı 9-10 cərgə topa muncuq düzümündən 
ibarət hazırlanırdı. Çox vaxt şəddə bir cüt «arpa» və ya «hil» muncuq vasitəsilə tamamlanırdı.  
İstehsal texnologiyasının spesifik səciyyə daşıması  səbəbindən muncuq boyunbağılarının 
hazırlanması ilə cavahirsazlar məşğul olurdular. 
Zərgər dükanlarında hazırlanan zinət məmulatları arasında qızıl  boyunbağılar tipoloji 
zənginliyinə görə xüsusilə fərqlənirdi. Forma, quruluş və nəqş xüsusiyyətlərinə görə seçilən qızıl 
boyunbağıların həmail, heykəl (Quba, Şamaxı,  Şəki), aypərək (Qazax), hil, arpa (Bakı), aralıq 
(Şuşa,  Şəki,  Şirvan, Gəncə),  çəçik, qarabatdaq (Naxçıvan),  xirtdəklik (Cəncə, Naxçıvan) və s. 
olmaqla müxtəlif tipoloji növləri qeydə alınmışdır. 
Həndəsi və astar motivli nəqş ünsürləri ilə  zəngin olan aralığın ayrı-ayrı  zərgərlik 
mərkəzlərində fərqli adlarla bəlli olan «ay-ulduz», «şəms», «qüttə» («qübbə»), «paxlava» və s. 
kimi növləri təşəkkül tapmışdır. 
Qızıl boyunbağıların  sikkə düzümündən ibarət tərtib olunmuş tipoloji növləri ayrıca bir 
qrup təşkil edirdi. Həm də sikkə boyunbağılar müxtəlif ölkələrə məxsus qızıl və gümüş pullardan 
düzəldildiyindən fərqli adlarla tanınırdı. «Bacaqlı», «imperial», «əşrəfi» boyunbağı, yaxud 
«məjdiyyə» (məcidiyyə) yaxalıq bu qəbildən olan boyun-yaxa zinətlərinə daxil idi. 
Çox vaxt boyun və yaxa (sinə) bəzəkləri bir-birini əvəz edib tamamlayırdı. «Arpa» 
boyunbağının arasına bəzən zəngin nəqşlərlə bəzədilmiş dairəvi bəzək ünsürü, yaxud 6 və ya 8 
guşəli ulduz, onun altına isə aypara bənd edilirdi.
97
 
«Həmail» çox vaxt daş-qaşla, xüsusilə də zümrüd və ya zəbərcədlə bəzədilib yaraşıqlı hala 
salınırdı. Zərgərlik sənətində o, çox vaxt «zəbərcəd həmail» aldlanırdı. Yaqut, inci, brilyantla 
bəzədilmiş həmaili çox vaxt qızıl qarmaqla arxalıq və ya ləbbadənin çiyinlərinə bənd edirdilər. 
Bəzən həmailin  ətəyi 4 cərgə  qızıl sikkə ilə  tərtib olunub tamamlanırdı. Həmailin bu növü 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin