Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə138/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   134   135   136   137   138   139   140   141   ...   194
 
 Ənənəvi zinət və bəzəklər 
Azərbaycan  əhalisinin geyim mədəniyyətində tarixən  bəzək  və  zinətlər xüsusi yer 
tutmuşdur. Həm də «süs» adlanan nəcib metal və qiymətli daş-qaşlardan (cavahiratdan) 
düzəldilmiş zinət növlərindən fərqli olaraq, bəzək vasitələri çox geniş yayılmaqla kütləvi səciyyə 
kəsb etmişdir. Bəzək təkcə insanın özünü deyil, onun məişətini də bəzəyib yaraşıqlı hala salırdı. 
Ona görə də bəzək şeylərinə qızıl-gümüş zinət və ləl-cavahiratdan əlavə insanın geyimini və ev 
məişətini bəzəyib yaraşıqlı edən  tikmə, ağlabənd məmulatı (bafta, çapara, şahpəsənd,  şəms, 
qaragöz, sərmə və s.), habelə kosmetik vasitələr (ənlik, kirşan, həna, sürmə, vəsmə) də daxil idi.
 
 
Bəzək  şeylərinin etnoqrafik məna çalarlarının, başqa sözlə, tipoloji növlərinin bu qədər 
geniş  və  zəngin olması  səbəbindən onların hazırlanması ilə müxtəlif peşə sahibləri:  zərgər, 
gümüşbənd, cavahirsaz, ağlabənd, məşşatə (bəzəkçi) məşğul olurdu. 
Adları  çəkilən bəzək növlərinin hər birinin özünə  məxsus xammal növü, istehsal 
texnologiyası və tətbiq sahəsi mövcud olmuşdur. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin