150
dürüst əks etdirdiyindən ondan tikilmiş çarıq da, öz adına müvafiq olaraq «kalmanı»
adlanmışdır. Kalmanı çarığın gözəkləri eşilmiş köşə ilə tikildiyi üçün ona bəzən «eşmə çarıq» da
deyilirdi. Digər çarıq növlərindən fərqli olaraq, kalmanı çarığın çitməsi yuxarıya
doğru azca
qatlanırdı.
Qılbüzmə çarıq. Keçi qəzilindən əyrilmiş qıl «eşmə»si ilə tikilən bəsit çarıq növü olub,
əsasən, kasıblar arasında yayılmışdı. Çarığın bu növünün bağı da çox vaxt qıldan, yəni keçi
qəzilindən hazırlanarmış.
Üstlü çarıq. Çarığın bu növü iki cür tikilib hazırlanırdı. Birinci halda çarığın üstü öz
gönündən olurdu. Bu məqsədlə düzbucaqlı formada biçilmiş gönün qabaq künclərini öz üzərinə
qatlama yolu ilə «üst» əmələ gətirilir və onların kənarları bir-birinə tikilirdi. Sonra çarığın
yanlarına və dabanına «gözək»lər düzəldilib bərkidilirdi.
Üstlü çarığın ikinci növünün burnu üçbucaq formada biçilib «çitmə» əmələ gətirəndən
sonra ona tumac və ya kosaladan əlavə «üzlük» tikilirdi. Tumac üzlüklü çarıq, bir qayda olaraq,
aşılı göndən tikilirdi. Onu başlıca olaraq varlı maldarlar geyərdi.
Başmaq. Aşılı dəri (kosala, tumac, ətvi, müşkü) və göndən tikilən başmağın yalnız pəncə
hissəsinin üstü örtülü olurdu. Onun çitməsi dik olub azca geriyə qatlanır, arxası isə açıq qalırdı.
Hündürdaban ayaqqabı növü olan başmağın dabanına ağacdan xüsusi olaraq «dabanlıq»
bərkidilir və nal vurulurdu. Keçmişdə başmaq «zənanə» (qadın) və «mərdanə» (kişi)
olmaqla iki
növdə hazırlanarmış. Biçim üsulu və tikiş texnikası baxımından bunlar bir-birinə çox yaxın
olsalar da, bəzək tərtibatına və zərifliyinə görə, qadın başmaqları seçilib fərqlənirdi. Qadın
başmağının üstü çox vaxt məxmərdən tikilərək müxtəlif tikmə növləri ilə bəzədildiyi halda kişi
başmaqlarına bəzək vurulmurdu.
Böyük, orta (miyanə) və kiçik olmaqla, üç ölçüdə tikilən kişi başmaqlarının ən yüksək
növü sağrı başmaq olmuşdur. El arasında ona çox vaxt «sağrı başmaq» deyilirdi.
Azərbaycanda sağrı başmaqların istehsal mərkəzləri arasında Şamaxı, Şəki, Gəncə ilə
yanaşı, Şuşa qalası da mühüm yer tutmuşdur. Məhz bu səbəbdən də Qarabağ və onun ətraf
mahallarında sağrı başmağa «Qala başmağı» da deyilirdi. Sarğıdan tikilən Qala başmağı
keyfiyyət etibarı ilə adi göndən tikilən başmaqdan fərqlənir və üstün tutulurdu.
XIX əsrin ortalarında Azərbaycanda başmağa tələbatın böyük olduğunu
belə bir faktdan da
aydın görmək olur ki, XIX əsrin 50-ci illərində ölkənin 8 şəhərində (Bakı, Gəncə, Lənkəran,
Quba, Nuxa, Şamaxı, Şuşa, Naxçıvan) 579 nəfər başmaqçı fəaliyyət göstərirdi.
78
Azərbaycanın o zamankı Başmaq istehsalı mərkəzləri arasında Şamaxı və Nuxa (Şəki)
şəhərləri xüsusilə fərqlənirdi. 1849-cu ildə təkcə Şamaxıda 227 nəfər başmaq ustası çalışırdı.
79
Başmaq istehsalında sonrakı yerləri Şəki və Şuşa şəhərləri tuturdu. 1848-ci ildə Şəkidə 147
nəfər,
80
Şuşada isə 84 nəfər
81
başmaqçı işləyirdi. Azərbaycan Rusiya tərəfindən işğal olunandan
sonra Avropa geyim nümunələrinin tədricən yerli əhalinin məişətinə sirayət etməsinə
baxmayaraq, ölkədə milli geyim dəbi qaldıqca başmağa olan tələbat da azalmaq bilmirdi.
Uzunboğaz çəkmə. Altlığı aşılı göndən, ayaqlığı kosaladan, «qunc» adlanan uzun boğazı
tumac və ya müşküdən tikilirdi. Çitməsi geriyə doğru qatlanıb əyilmiş uzunboğaz çəkməni,
əsasən, at belində gəzən varlı-hallı kişilər geyərdilər. Uzaq yol gedən zaman atı mahmızlamaq
üçün çox vaxt çəkmənin dabanına «mahmız» keçirərdilər. Uzunboğaz çəkmə xüsusilə maldar
elatların yuxarı təbəqələri arasında geniş yayılmışdır.
Qunclu çəkmənin Dədə-Qorqud dastanlarında adı çəkilən «soqmə»dən törədiyi güman
olunur.
Quncundan (boğazından) tutulub yuxarı «çəkmək» (dartma) üsulu ilə geyildiyi üçün,
görünür, ona «çəkmə» deyilirdi.
XIX əsrdə Azərbaycanın çəkmə istehsalı mərkəzləri arasında Gəncə şəhəri
xüsusi yer
tuturdu. 1849-cu ildə burada 75 nəfər çəkmə ustası çalışırdı.
82
1859-cu ildə, zəlzələdən az sonra
quberniya mərkəzinin Bakı şəhərinə köçürülməsinə baxmayaraq, Şamaxıda hələ də 30 nəfər
çəkməçi işləyirdi. Lakin yerli «əyriburun» çəkmələr tədricən rus və Avropa modasında tikilmiş
və nisbətən ucuz başa gələn çəkmələrlə əvəz olunmağa başlamışdı.
83
Məhz bunun sayəsində XIX
əsrin 80-cı illərində Şamaxı qəzasının malakanlar yaşayan Mərəzə kəndində 12 nəfər yeni moda
151
ilə düz çitməli çəkmə tikən usta-çəkməçi fəaliyyət göstərirdi.
84
Çust. Ənənəvi ayaqqabıların ən kütləvi növü olub, kənd əhalisi arasında geniş yayılmışdır.
Altı aşılı gön, üzlüyü tumac və ya kosaladan tikilməklə, gündəlikdə geyilən yüngül ayaqqabı
növü sayılırdı. Başmağa nisbətən ucuz başa gələn çust xüsusilə kənd şəraiti
üçün əməli cəhətdən
daha sərfəli ayaq geyimi idi. Məhz bu səbəbdən də onu əhalinin butun təbəqələri əldə edib geyə
bilirdi. Dağ kəndlərində çust qoca kişilərin ayağında yaxın zamanlaradək qalmaqda idi. Xüsusilə
yağmurluq şəraitində, bataqlı kənd yollarında çust arxası açıq başmaqdan üstün tutulurdu.
Çust yerli əhalinin məişətinə çox gec, Azərbaycanın Rusiya tərəfindən işğalından sonra,
ticarət əlaqələri nəticəsində «çuvyak» adı ilə daxil olsa da, əməli cəhətdən sərfəli olduğuna görə
çox tezliklə kütləvi istehsal səciyyəsi daşıyan ayaq geyiminə çevrilmiş və bütün bölgələrdə geniş
yayılmışdır. Quba bölgəsində o, «kalış» adı ilə tanınırdı. Çustu, adətən, corabın üstündən
geyirdilər.
Məst. İbadətlə bağlı ayaq geyimi olduğundan məsti ən çox namaz qılan
kişilər və ibadətlə
məşğul olan din xadimləri (molla, axund, müfti, seyid, müəzzin və b.) ev şəraitində geyərdilər.
Keçmişdə məst təkcə Azərbaycanda deyil, digər müsəlman xalqları arasında da geniş yayılmışdı.
Məstin həm altı, həm də üstü tumacdan tikilirdi. Namaz qılan kişilər hər dəfə namazdan
əvvəl ayaqlarını yuyub, «məs çəkmə» əməliyyatını icra etmək məcburiyyətində qalmamaq üçün
ayaqlarına yumşaq dəridən məst geyib islaq barmaqlarını onun üzərinə çəkməklə
kifayətlənirdilər. Bir qayda olaraq, evdən bayıra çıxan zaman məstin üstündən ayaqqabı
geyilirdi. Bayırdan qayıdıb evə daxil olarkən ayaqqabını çıxarandan sonra məsti soyunmaq lazım
gəlmirdi. Corabın üstündən geyilmiş məst gecə yatana qədər çox vaxt ayaqda qalırdı.
Dostları ilə paylaş: