23
Digər plazma məhsulları
Ümumdünya Hemofiliya Federasiyası (ÜHF) kriopressipitat və
ya təzə dondurulmuş plazma (TDP) əvəzinə laxtalanma faktor
konsentratlarının istifadəsi tərəfdarıdır (keyfiyyət və təhlükəsizlik
baxımından). Lakin ÜHF o faktı da qəbul edir ki, bir çox ölkələrdə
kriopressipitat və TDP yeganə əlçatan və mümkün müalicə vasitəsi
olaraq qalır
28
.
Təzədondurulmuş plazma (TDP)
TDP-də bütün laxtalanma faktorları olduğu üçün onu bəzən
laxtalanma faktorlarının defisitində istifadə edirlər.
Hemofiliya A zamanı TDP əvəzinə kriopressipitat istifadəsi daha
məqsədəuyğundur (D)
70
.
Təhlükəsizlik və keyfiyyəti ilə əlaqədar narahatlıqları nəzərə
alaraq, TDP-nin istifadəsindən mümkün olduğu hallarda qaçmaq
lazımdır (D)
35
.
Dozalanma/istifadə qaydaları
1.
Bir ml TDP 1 vahid faktor aktivliyinə malikdir.
2.
Yalnız TDP ilə FVIII səviyyəsini 30 BV/dl çox artırmaq çətindir.
3.
FIX səviyyəsini 25 BV/dl çox artırmaq çətindir.
Münasib
başlanğıc doza 15-20 ml/kq (D)
70
.
Kriopressipitat
Kriopressipitatın təhlükəsizliyi və keyfiyyəti mövzusunda
narahatlıqları nəzərə alaraq, onun anadangəlmə (irsi) qan
xəstəliklərində istifadəsi tövsiyə olunmur və yalnız laxtalanma faktor
konsentratlarının olmadığı hallarda kriopressipitat istifadəsinə bəraət
qazandırmaq olar (D)
70
.
Dostları ilə paylaş: