25
Bir doza 0,3 mq/kq bədən çəkiyə venadaxili və ya dəriiçi
yeridilirsə, FVIII səviyyəsinin 3-6 dəfə artırmasını gözləmək olar
(D)
22
.
Bir neçə gün ərzində DDAVP dəfələrlə yeridilməsi
taxifilaksiyaya (reaksiyanın azalmasına) gətirib çıxara bilər. Davam
edən dövr ərzində faktorun daha yüksək səviyyədə olması tələb
olunursa, faktor konsentratları tətbiq oluna bilər (C)
47
.
Böyük yaşlı xəstələrə hər burun dəliyinə 1 doza intranazal sprey
1,5 mq/ml püskürdülür. Çəkisi 40 kq-dan az olan xəstələrə hər burun
dəliyinə 1 doza yetərlidir (D)
38
.
Antidiuretik aktivliyi nəticəsində organizmdə maye ləngiməsi və
hiponatriemiya problemi yarana bilər. Çoxsaylı doza yeridilməsi
hallarında plazmanın osmolyarlığını
və ya natriumun
konsentrasiyasını ölçmək lazımdır (D)
68
.
Maye ləngiməsi problemi verdiyinə görə kiçikyaşlı uşaqlarda
DDVAP ehtiyatla istifadə olunmalıdır. Beyin ödemi riski olduğuna
görə 2 yaşdan aşağı uşaqlara DDVAP əks-göstərişdir (D)
12
.
DDAVP istifadəsindən sonra tromboz halları (miokard infarktı
daxil olmaqla) qeydə alınıb. Anamnezində tromboz olan və ürək-
damar xəstəlikləri riski olan xəstələrə DDAVP çox ehtiyatla istifadə
olunmalıdır (D)
10
.
Dostları ilə paylaş: