V FƏSİL
«Yeddi gözəl»
Şah Kürp Arslan dünyagir Nizamiyə «Yeddi gözəl» dastanını yazmağı 593-cü il
hicridə sifariş etmişdir. Ona «Mərağa Allahı» deyirdilər. Nizaminin bu dövrdə artıq 60
yaşı var idi. Nizaminin də diqqətini Firdovsi «Şahnamə»sindən məlum olan Bəhram Gur
surəti cəlb etmişdir. Bəhramın bacarığı, döyüş qabiliyyəti, eşqi, hökumət işi, siyasəti,
hərbdəki sücaəti şairə bu əsəri yazmaqda çətinlik yaratmamışdır.
Azərbaycan hökmdarı Atabəy Əbubəkr də Nizami əsərlərindən zövq aldığı üçün
şairə səadət diləyirdi.
Bəhramın atası onu dünyaya sahib çıxmaq üçün Ərəbistana təhsil almağa göndərir.
Bəhram bir çox elmləri burada öyrənir. Eyni zamanda Bəhram at sürməyi, ox atmağı, ov
etməyi də öyrənir. O, şir, öküz, maral ovlaya bilir, bu sahədə püxtələşir. Növbəti gəzinti
zamanı Bəhram bir qəsrə daxil olur və orada yeddi gözəlin rəsmlərini görür. Bu
qızlardan hər biri müxtəlif ölkələrə aid idilər. Bu qızların hamısı Bəhramın diqqətini
cəlb edirlər. Bəhram bu şəkillərə o qədər baxır ki, onda eşq hissi bu yeddi qıza oyanır.
Bütün eşqlər bu eşqin qarşısında aciz olur, onun xatirə lövhəsindən silinir.
Bu arada Yezdgirdin ölüm xəbəri Yəmənə gəlir və Bəhram bundan kədərlənir ki,
atasını itirmişdir. Bəhram ordu toplayıb atası yurduna və taxt-taca sahib olmağa tələsir.
Bəhramın şahlığı mülkünün abadlığı, saray həyatı dəbdəbəli eyş-işrətlə keçdi. Onun
kənizlərindən biri (Nizami onu «Fitnə» adlandırır), musiqi çalır, mahnı oxuyur, hətta,
Bəhramla ovda iştirak edirdi. Lakin günlərin bir günü şahın Fitnəyə acığı tutur, onun
ölümünə hökm verir. Lakin ağıllı sərkərdə Fitnəni öldürmür, onu öz qəsrinə aparır.
Fitnəni xəlvətdə gizlədib, ona nəvaziş göstərir. Fitnə orada yeni doğulmuş dananı
əllərinə alıb ondan xoşlanır. Xeyli müddət keçəndən sonra Fitnə dananı çiyinləri üzərinə
qaldırıb sarayın pilləkənlərindən aşağı-yuxarı düşürür. Nizami göstərir ki, o, artıq buna
adət etmişdir. Həmin bu adət məsələsini Fitnə şah ov edən zaman Bəhrama demişdir.
«Bəhrami Gur ceyranı qulağını qaşıyarkən oxu elə atmışdı ki, heyvanın ayağı qulağı ilə
bir yerdə qalmışdır». Fitnə buna «adət» dedikdə şah qəzəblənib onu öldürmək istəsə də
79
Fitnəyə qıymamış, onu sərkərdəsinin əliylə öldürmək qərarına gəlmişdir. Xeyli müddət
bu hadisədən keçəndən sonra şah təsadüfən həmin sərkərdənin qəsrinə qonaq gəlir. Fitnə
adəti üzrə öküzü çiyinlərində pillələrdən qaldırdıqda şahın gözü ona sataşır və deyir ki,
belə şey ola bilməz. Fitnə çevrilib şaha cavab verir ki, adət etsən olar. Bəhram dərhal
Fitnəni tanıyır və onun sağ qalmasına sevinir. Sərkərdəyə onu öldürmədiyi üçün
təşəkkür edir.
Nizami dahiliyinin böyüklüyü ondadır ki, kim səhv etsə də hökmdar səhv
etməməlidir. Çünki, sonrakı peşmançılıq fayda verməz.
Şah səhvini başa düşür və Fitnəni yenə öz sarayına aparır.
Bundan sonra Bəhram ovdakı məharətini döyüşdə nümayiş etdirir. Ov bəhanəsi ilə
300 döyüşçü ilə Çin Xaqanını məğlub edib Ceyhuna qədər olan böyük bir sahəni qəsb
edir, əldə edilən qənimətləri təxtinə gətirib bayramsayağı günlər keçirir. Onun şəninə
İran şairləri ilə bahəm, ərəb şairləri də şeir yazmağa başladılar.
Bəhramın əldə etdiyi qənaətlər içərisində yeddi ölkənin qızları da var idi. Bəhram
öncə fars gözəli, sonra çin gözəli, rum gözəli, qərb gözəli, xarəzm gözəli, slavyan
gözəlini yanına cəmləşdirib eyş-işrətə başlayır. Bir gün usta Simnarı çağırıb bu yeddi
gözəl üçün yeddi günbəzli bir saray tikdirməyi əmr edir. Vaxt o vaxt olur ki, yeddi
günbəzli saray hazır olur. Bu, əslində yeddi bürcü ifadə edirdi. Burada məmləkətin
nişanələri də özünü göstərirdi. Günəş, ay və ulduzların parıltısı bu müəzzəm imarətə
xüsusi yaraşıq verirdi. Bəhram da bundan böyük zövq alır, həftənin yeddi gününü bu
gözəllərə həsr edir, onlardan nağıllar dinləyirdi.
Nizami bu ölkə və xalqlara tam bələd olduğundan ədəbi bir sənət nümunəsi
yaratmışdır. Eyni zamanda Nizami göstərir ki, eyş-işrətə başı qarışan şahın idarəetmə
şərti onun yadından çıxır, bu da hərc-mərcliyə gətirib çıxarır.
Günlərin bir günü Bəhram yenə səhraya üz tutur. Bu dəfə onun fikri nə eyş-işrət, nə
də ov etmək istəyi idi. İstidən susuzlayır və uzaqda gözlərinə bir ağac sataşır. Ora
yaxınlaşıb görür ki, ağacdan bir it asılmışdır. Gözü yaşlı bir çobana dəyir. Bəhram ondan
iti asmasının səbəbini soruşur. Çoban cavab verir ki, bu it mənim yaxın köməkçim idi.
80
Lakin günlər ötdü, gördüm ki, sürüdən yaxşı qoyunlar yox olur. İzi izləmək qərarına
gəldim, gördüm ki, qoyunları qurda verən itin özüdür. Ona görə də öz cəzasını çəkməli
idi. Vaxtında buna əncam çəkməsəydim, indi sürüdə bir qoyun belə qalmayacaqdı. Qoca
çobanın sözləri Bəhrama çox təsir edir, öz-özünə deyir ki, mən də məmləkətin
idarəsində belə şeylərə yol vermişəm. Bundan sonra onları düzəltməyin vaxtı gəlib
çatmışdır. Bəhram qoca çobandan su alıb içdikdən sonra təşəkkür edib geri qayıdır.
Yolboyu o da inandığı adamların özbaşınalığı, rəiyyətin şikaytlərini yerində
yoxlamadığını və xüsusilə vəziri Rast Rövşənin haqsızlığı onu narahat edir. Qayıdan
kimi vəziri Rast Rövşəni vəzifəsindən azad edir, ölkədən xəbərdar olur, eyş-işrətlə
başını qatmır, orduyla özü məşğul olur. Bunu görən Çin Xaqanı İranla müharibəni
dayandırır. Haqq-ədalət öz yerini tutur. Bir sözlə Bəhram tamam dəyişir. Hətta məsələ o
yerə çatır ki, yeddi gözəli öz məmləkətlərinə göndərir və 7 günbəzdən tikilmiş o
müəzzəm sarayı ibadətcah üçün verir.
Əlbətdə, Nizami ilk əsərindən başlayaraq son əsərinə qədər «ədalətli şah»
axtarışında olmuş, bu ideyanı hər bir əsərində qabartmış və «Yeddi gözəl»də bunu bariz
şəkildə təsvir etmişdir. Demək yerinə düşər ki, bu ideyaların hamısı Firdovsidə vardı,
lakin Nizami onu daha yüksək zirvəyə qaldırmağa nail olmuşdur. Əgər «Sirlər
xəzinəsi», «Xosrov və Şirin», «Leyli və Məcnun» o qədər ardıcıl olmayıb müxtəlif
fikirlərlə dolu bir əsər idisə, Nizami «Yeddi gözəl»i yazmaqla Sasani hökmdarları və
Bəhram Gurdan konkret olaraq əvvəldən axıra kimi bəhs edir. Nizamiyə qədər Bəhram
haqqında əfsanələr ağızdan-ağıza keçmişdir. Lakin Nizami onları daha da cilalamış və
hakim necə olmalıdır prinsipini göstərə bilmişdir. Bununla da şair islamdan əvvəlki
dövru belə əhatə etmiş və hazırda İran ərazisində Bəhram Gurdan qalan sarayın
nümunələri və Bəhramın həqiqi şahlıq dövrü bütün bunları təsdiq edir. Tarixi baxımdan
Nizami bu hadisələrlə yaxşı tanış olduğunu öz dastanında göstərib nümayiş etdirmişdir.
Qədim iranlıların bütün adət və ənənələrinin sonrakı nəsillərə çatdırılmasında Nizaminin
istisna rolu vardır. Əsərdəki yeddi günbəz və 7 iqlim bir-birini həmahəng şəkildə
tamamlayır. Nizaminin təbiət elmləri və astronomiya haqqındakı bilikləri burada aşkar
81
özünü biruzə verir. Yeddi gözəlin diliylə söylənilən hər bir macəra həftənin 7 günü ilə
həmahənglik təşkil edir. şərq aləmində 7 müqəddəs rəqəm kimi tanınır. Nizami oxucunu
çox füsunkar bir coşğu ilə əsərə baş vurmağa və nəticə çıxarmağa sövq edir. Əsrlər
keçsə də, onun buna müvəffəq olduğunun şahidi oluruq.
7 gün, 7 günbəz, 7 gözəl, 7 iqlim, 7ölkə, 7 qız, 7 dastanın hamısı mütənasib şəkildə
vəhdət təşkil edir. hətta onları nəql edənlərin ləhcələri də öz əksini tapmışdır.
Maraqlı burasındadır ki, Avropa ədəbiyyatında ən çox sevilən əsər «Yeddi
gözəl»dir. İlk dəfə şərq ədəbiyyatında ruslar haqqında məlumat verən Gəncəli
Nizamidir. İnsana elə gəlir ki, Nizamiyə qədər sanki bu məqamlardan heç kəs
danışmamışdır.
Qadın azadlığı məsələsi də Nizamidə həmişə ön sırada durmuşdur. «Sirlər
xəzinəsi»ndən başlayaraq mövqe tutan Şirin və adi kəniz Fitnəyə qədər qadın ləyaqəti
şairi düşündürmüşdür, qadına sevgi Nizamiyə görə ön sırada durmalıdır. Çünki gözəllik,
zəriflik ancaq qadın xislətində cəmləşə bilər.
Nizaminin qüdrəti təkcə «Yeddi gözəl»lə bitmir. O, axır sözünü «İskəndərnamə»
ilə deyəcəkdir. Amma «Yeddi gözəl» təravətli bir əsər kimi əbədi yaşayacaqdır.
Dostları ilə paylaş: |