87
17.
Əhmədilyan (Marağada). (516-624)
18.
Mənqucək. (464-650)
Bunlardan əlavə yarımmüstəqil qədim İran tayfalarından Əlböhran, Əlxəcənd və
Əlsaed kimiləri də olmuşlar. Bütün bunlar altıncı əsr qədim İranın mənzərəsini yaradır.
Səlcuqların böyük dövlətlərindən başqa hökümətin zəifliyindən başqa xırda
xəlifələr də rəhbərlik
fikrinə düşmüşlər ki, Bağdaddakı Abbasi xəlifəsini göstərmək olar.
Bu dövrdə Səlib müharibələri də baş qaldırmışdır ki, (490-690) bunun da təsiri var
idi. Ona görə müsəlman və məsihilər arasında gedən
daimi müharibələr müsəlman
ölkələrinə təsirsiz ötüşmürdü.
Nizami bu silsilələrin hamısı ilə deyil, ancaq Azərbaycan Atabəyləri, Əhmədliyan,
Şirvanşahlarla daha çox maraqlanırdı. Onun əsərlərinin hamısını da
onlara həsr etməsi
buna əyani sübutdur.
M.Sərvət Səlcuq dövlətlərini tarixi baxımdan çox doğru yazmışdır. Lakin bəzən o
da Nizamiyə fars şairi kimi müraciət etmişdir. Bununla qətiyyən razılaşmaq olmaz.
Qeyd etmək
yerinə düşər ki, müəlliflərin farsca yazılarını tərcümə etdikcə onların
dobru fikirləri ilə razılaşmaq, yanlış fikirlərinə öz etirazımızı bildirmişik. Bununla da
həqiqətin zəfər çalmasını istəmişik.
Dostları ilə paylaş: