HEYDƏR ƏLİYEV FONDUNUN LOQOSU 2004cü ilin iyununda “Heydər Əliyev Fondunun loqosu” müsabiqəsi
keçirilmişdir. Müsabiqəyə 2500ə yaxın loqo təqdim edilmişdir. Seçilmiş 2
loqonun müxtəlif cizgiləri birləşdirilərək Heydər Əliyev Fondunun loqosu
qəbul edilmişdir. Əliyev Faiq Becan oğlu və “Deadline” şirkəti 2004cü ilin
sonunda qalib elan olunmuşdurlar.
Heydər Əliyev Fondunun loqosu səkkizguşəli ulduzun içərisində Heydər
Əliyev inisiallarının “H.Ə”. əmələ gətirdiyi səkkizguşəli ulduzdan ibarətdir.
Səkkizguşəli ulduz şumerdən gəlmədir. Zərdüştlükdə onun fəlsəfəsi açılır:
səma, yer, su, hava, bitki, heyvanat, insan, ad. Bu həm də sadədən aliyə doğru
inkişafı gös tərir. İnisialları əhatə edən səkkizguşəli ulduz Azərbaycan xalqının
öz dahi oğlu Heydər Əliyevin ideyaları ətrafında birləşməsini gös tərir.
Loqoda iki rəng qəbul edilmişdir: göy və qızılı. Göy rəng səmanı,
demokratiyanı, düzlüyü, təmizliyi, günahsızlığı, dincliyi, etibarlılığı, səmi-
miliyi, əminliyi, milliliyi göstərir. Qızılı rəng isə günəş, sülh, inkişaf, işıqlı
gələcək simvoludur.
Hər iki rəng Ümummilli Lider Heydər Əliyevin istək və arzularını, ideya-
larını əks etdirir.