Elmar VƏLİYEV,
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
12
HEYDƏR ƏLİYEV
FONDUNUN YARANMASI
2004cü il may ayının 10da, yəni Ümummilli Liderimizin anadan olduğu
gün ölkəmizin Birinci xanımının təşəbbüsü ilə qeyrihökumət, qeyrikommersiya
təşkilatı olan Heydər Əliyev Fondunun rəsmi açılışı olmuşdur.
Heydər Əliyev Fondunun yaradılması Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında
möhtərəm Prezidintimiz İlham Əliyevin 10 mart 2004cü ildə imzaladığı fər-
mana əsaslanmışdır. Bu səbəbdən sözü gedən fərmanın mətni ilə əziz oxucunu
tanış etməyi vacib hesab etdik.
“Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin
qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlər-
dən biridir. Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi,
bu illər ərzində xalqın ictimaisiyasi, iqtisadi və mədəni həyatının bütün sahələ-
rində dirçəlişi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Heydər Əliyev rəhbərlik
etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaq-
larından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və
onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Azərbaycanın 1969cu
ildən bəri yaşanan dövrü xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi
həkk olunmuşdur.
Tarixi bu dövrdən etibarən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin
başlıca ideyasiyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və
vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüu-
run yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi
ilə səciyyələnmişdir. Xalqın tarixi yaddaşının özünə qaytarılması onun qəl-
bində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük
hərəkətverici qüvvəyə çevrilməsi, müstəqil dövlətçilik ideyalarının gerçəkləş-
məsi üçün zəmin yaratdı.
Azərbaycanın müasir tarixində 1969cu il respublikanın sosialiqtisadi və
mədəni inkişafında dönüş ili olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında res-
publikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanma-
sında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji 70ci illə-
rin bariz əlamətinə çevrildi. Bu illər Azərbaycanın quruculuq salnaməsinə ən
parlaq səhifələr kimi daxil olmuşdur. Kənd təsərrüfatının inkişafında böyük
nailiyyətlər əldə edildi. Sənayenin dinamik yüksəlişini təmin etmək üçün iqti-
sadiyyatda struktur islahatları həyata keçirildi. Yeni sənaye sahələri yaradıldı,
sənayenin qabaqcıl sahələrində, ilk növbədə, maşınqayırma kompleksində,
kimya və neft kimyasında, əlvan metallurgiyada texniki cəhətdən yeniləşmə
13
və yenidənqurma işləri, neft emal edən sənayenin, energetikanın, qara metal-
lurgiyanın və dağmədən sənayesinin genişləndirilməsi prosesi başlandı.
Azərbaycan bu illərdə neft məhsulları, neft avadanlığı, polad borular, əlvan
metallar, sintetik kauçuk, elektrik mühərrikləri, tikinti materialları, məişət
kondisioner ləri, avtomobil hissələri, mineral gübrələr, çinisaxsı, xalça və
xalçaçılıq mə mulatı istehsalı üzrə keçmiş SSRİdə aparıcı yerlərdən birini
tuturdu. Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə
ixrac olunurdu. Əslində, Azərbaycanın dövlət suverenliyi və müstəqilliyi,
sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına getgedə
daha dərindən inteqrasiya olunması hələ 19701985ci illərdə təməli qoyul-
muş iqtisadi potensiala əsaslanır.
Dinamik inkişaf edən iqtisadiyyatı yüksək ixtisaslı kadrlarla təmin etmək
üçün Azərbaycanda orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsi nəzərəçarpa-
caq dərəcədə genişləndirildi, hər il Moskvanın, eləcə də keçmiş SSRİnin digər
şəhərlərinin aparıcı elm və təhsil ocaqlarına gənclərin göndərilməsi həmin
illərdə bir ənənəyə çevrildi.
Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, gənc
və yeniyetmə azərbaycanlı oğlanların həmin məktəbə, habelə respublikadan
kənarda ali hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar hərbi
kadrlar hazırlanması işinə böyük təkan verdi. Beləliklə, Heydər Əliyevin uzaq-
görənliyi sayəsində gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun forma-
laşması üçün kadr probleminin həlli yolunda mühüm addım atıldı.
Azərbaycanın elmi, mədəniyyəti və incəsənəti həmin illərdə böyük yüksəliş
dövrü yaşadı. Respublikanın paytaxtı Bakı şəhərinin, digər şəhər və rayonların
inkişafı və abadlaşması sahəsində kompleks tədbirlər həyata keçirildi.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə ölkədə
hakimiyyət uğrunda başlanan silahlı mübarizə, hakimiyyətlərin birbirini əvəz
etməsi və çoxhakimiyyətliliyin hökm sürməsi müstəqil dövlətçiliyə ağır zər-
bələr vurdu. Ölkədə yaranmış ictimaisiyasi xaos, anarxiya, zorakılıq halları
milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə və hakimiyyətin tam if
lasına rəvac verirdi. Nəticədə 1993cü ilin yayında Azərbaycan dövlətçiliyi
böhran və məhv olmaq təhlükəsi qarşısında qaldı, ölkə vətəndaş müharibəsi
və parçalanma həddinə gətirildi. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdan Heydər Əliyev öz böyük siyasi təcrübəsi və müdrikliyi
ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq üçün gərgin işə başladı. İlk
növbədə, hakimiyyət vakuumu aradan qaldırıldı, respublikanın müxtəlif böl-
gələrində baş qaldırmış destruktiv qüvvələr xalqın fəal köməyi ilə zərərsiz
ləşdirildi, vətəndaş müharibəsinin qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə,
müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cə
miyyətdən təcrid edildi. 1994cü ilin mayında ErmənistanAzərbaycan mühari-
bəsində atəşkəsə nail olundu. Heydər Əliyev Azərbaycan həqiqətlərini, xüsusilə
14
ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini dünya ic
timaiyyətinə çatdıra bildi.
Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özü-
nün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Heydər Əliyevin
siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təh-
lükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan edən proses-
lərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, öz çəkisi, öz sanbalı
ilə seçilmişdir.
Ayrıayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr
Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticə-
sində ləğv edildi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı
qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda küt-
ləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi. Bu gün
Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam
qadir olan orduya malik olması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında
göstərdiyi misilsiz xidmətlərdən biri sayıla bilər.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimaisiyasi,
sosial, iqtisadi, elmimədəni həyatında, beynəlxalq əlaqələrdə əsl dönüş yarandı,
elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət qurucu-
luğu prosesi başlandı.
Azərbaycanın daxilində yaranmış sabitlikdən və beynəlxalq aləmdə ölkə-
mizə artan inam və maraqdan istifadə edərək, 1994cü ilin sentyabrında “Əsrin
müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalandı. Onun gerçəkləşdiril-
məsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın
iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata
keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyev öz neft strategiyasının əsas
mənasını Azərbaycanın zəngin təbii sərvətlərindən xalqın rifahı naminə daha
da səmərəli istifadə etməkdə görürdü. Azərbaycanın iqtisadi suverenliyini əks
etdirən ilk beynəlxalq neft müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafının
əsasını qoydu və bu gün onun praktiki nəticələri göz qabağındadır. Azərbayca-
nın iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək yolunun bərpası, nəqliyyat
dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi Heydər Əliyev neft strategiyası-
nın həyata keçirilməsinin bəhrəsidir.
Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bər
qərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyya
tına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçiril-
məsi ardıcıl prioritet sahələr olmuşdur.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev
demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək,
ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün
əsaslı zəmin yaratmışdır.
15
Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi,
beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər na minə
ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlət-
çiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
Azərbaycan Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın de
mokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla
cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə
nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq
hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin
ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri
təşkil etmişdir.
Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsə
fəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimi-
zin ideyasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm
zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə
düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin
illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəl-
səfədən əməli siyasət müstəvisinə keçmişdir.
Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib
zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun
əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə
inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliye-
vin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz müd-
rik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin
görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Lide-
rinə çevrilmişdir. Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun
hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin
möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqı-
mızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir.
Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Heydər Əliyev öz titanik
fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir.
Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Xalqın Heydər Əliyevə
göstərdiyi böyük etimad və ehtiram hissləri müdrik rəhbərin dəfn mərasimində
də bir daha bütün dünyaya əyani şəkildə nümayiş etdirildi. Bu, milyonlarla
insanın öz rəhbərinə bəslədiyi səmimi hisslərin misli görünməmiş təzahürü idi.
Dəfn mərasimindən dərhal sonra ölkə vətəndaşları öz yığıncaqlarında, küt-
ləvi informasiya vasitələrində, müxtəlif tədbirlərdə Ümummilli Lider Heydər
Əliyevin xatirəsini əbədiləşdirməklə bağlı çoxsaylı müraciətlər etdi. Müraciət-
lərə baxılması üçün Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2003cü
il tarixli sərəncamı ilə Dövlət Komissiyası yaradıldı. Dövlət Komissiyası Azər-
baycan Respublikası Milli Məclisinin, ictimai qurumların, qeyrihökumət təşki-
16
latlarının, beynəlxalq təsisatların, ölkə vətəndaşlarının çoxsaylı müraciətlərini
nəzərdən keçirərək, öz təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Pre-
zidentinə təqdim etmişdir.
Müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Hey-
dər Əlirza oğlu Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərini nəzərə
alaraq, onun xatirəsini əbədiləşdirmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı təsis edilsin. Azər-
baycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Mükafatının
Əsasnaməsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin.
2. Bakı və Naxçıvan şəhərlərində “Heydər Əliyev” Xatirə memorial komp-
leksləri yaradılsın. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azər-
baycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiy-
yəti, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, respublikanın
müvafiq yaradıcılıq ittifaqları ilə birlikdə komplekslərin layihələrinin
müsabiqəsini keçirsin və üç ay ərzində təkliflərini Azərbaycan Respubli-
kasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeninin təsis edilməsi
Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.
4. Azərbaycan Ali Hərbi Məktəbinə Heydər Əliyevin adı verilsin.
5. Bakı Beynəlxalq Aeroportuna Heydər Əliyevin adı verilsin.
6. Bakı Dərin Özüllər Zavoduna Heydər Əliyevin adı verilsin.
7. Respublika Sarayına Heydər Əliyevin adı verilsin.
8. Bakı şəhərindəki İdmanKonsert Kompleksinə Heydər Əliyevin adı verilsin.
9. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində küçə və meydanlar-
dan birinə Heydər Əliyevin adı verilsin.
10. Azərbaycanın şəhər və rayonlarında küçə və meydanlardan birinə Hey
dər Əliyevin adı verilsin.
11. Heydər Əliyevin şərəfinə platin, qızıl və gümüş xatirə sikkələri bura xılsın.
12. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin
adının əbədiləşdirilməsi ilə əlaqədar olaraq bir sıra özəl qurum, şirkət
və qeyrihökumət təşkilatları tərəfindən görülmüş tədbirlər, o cümlədən
BakıTbilisiCeyhan ixrac boru neft kəmərinə, “Lider” qazma qurğusuna
Heydər Əliyevin adının verilməsi, ictimai əsaslarla Heydər Əliyev Fon-
dunun yaradılması dəs təklənsin.
13. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn
məsələləri həll etsin.
14. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Dostları ilə paylaş: |