HEYDƏR ƏLİYEV FONDU MİLLİ YADDAŞIN KEŞİYİNDƏ
II CİLD
Kitab Gəncə Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə
Ulu Öndər Heydər Əliyevin anadan olmasının
90-cı ildönümünə həsr olunur
GƏNCƏ -2013
Kitab Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevin
rəhbərliyi ilə çap olunur
5
ÖN SÖZ
Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində özünün
təkmil dövlətçilik fəlsəfəsində humanizm, sosial ədalət və insanpərvərlik prin-
siplərinə əsaslanmış, milli və bəşəri ideallara bağlı olmuşdur. Ulu Öndərimiz hər
bir fərdin maraq və mənafeyinin, qanuni hüquqlarının müdafiəsini dövlətin baş-
lıca vəzifəsi saymışdır. Azərbaycan xalqı bu gün məhz Ulu Öndərin dövlətçilik
ideallarına sədaqət nümayiş etdirərək nailiyyətlərini günbəgün zənginləşdirir.
Ulu Öndərin əsasını qoyduğu çoxşaxəli və effektli islahatlar kursu Prezi-
dent İlham Əliyev tərəfindən dönmədən, ardıcıllıqla, yeni dünya nizamının
tələblərinə uyğun tərzdə davam etdirilir. Dövlət başçısı Heydər Əliyev dühasın
dan, onun müqayisəyəgəlməz siyasi və dövlətçilik təcrübəsindən qədərincə
bəhrələnərək xalqımızı inamla xoşbəxt gə ləcəyə doğru aparır. İqtisadi inkişaf
yolu ilə dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, milli mədəniy-
yətimizin qorunub inkişaf etdirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyətinin
qurulması, ölkə mi zin dünya birliyində layiqli yerini tutması baxımından möv-
cud siyasi kursun müstəsna əhəmiyyəti praktik surətdə təsdiqini tapır.
Müasir Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin müəy yən ləşdirdiyi
inkişaf yolu ilə nurlu sabahına doğru sürətlə irəliləyir. Bu yolda geriyə boyla-
nan hər kəsin gözləri önündə Ulu Öndərin millət və xalq qarşısındakı misilsiz
xidmətləri canlanır. Bir daha aydın olur ki, ölkəmizin tərəqqisinin yeganə yolu
məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsi və Ulu Öndərin sağlı-
ğında həyata keçməyən ide yalarının ardıcıl surətdə gerçəkləşdirilməsidir. Ulu
Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş
təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir
qloballaşma dövründə, xüsusən aktualdır.
Heydər Əliyev Fondu hələ sağlığında canlı əfsanəyə çevrilmiş Ulu Öndə-
rin zəngin dövlətçilik irsinin öyrənilməsi və gənc nəslə təlqin edilməsi, onun
ölməz ideyalarının gerçəkləşdirilməsi prosesində ya xından iştirak etmişdir.
Fond geniş ictimaiyyətlə əlaqələri möh kəm ləndirməklə Azərbaycanın hərtərəfli
inkişafına, ölkəmizdə vətəndaş cəmiyyətinin bərqərar edilməsi prosesinə layiqli
töhfəsini verir.
Millətin işıqlı gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla
həyata keçirən Heydər Əliyev Fondu qısa müddətdə bir çox insanların ümid
yerinə çevrilmişdir. Ulu Öndərin ölməz ideyalarının layiqli daşıyıcısına çevril-
miş fond hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, prob-
lemlərinin operativ həllinə maddimənəvi dəstək verir. İnsanlara müxtəlif sə
6
viyyələrdə yardım gös tərməklə cəmiyyətdə yalnız sağlam ənənələrin, zəngin
əxlaqimənəvi dəyərlərin möhkəmlənməsinə çalışır.
2004cü ildə UNESCOnun, 2006cı ildə isə İSESCOnun xoş məramlı sə
firi kimi yüksək titula layiq görülmüş Mehriban xanım Əliyevanın özünün
də vurğuladığı kimi, fondun çoxşaxəli fəaliyyətinin bir başlıca qayəsi var –
insanlara təmənnasız yaxşılıq etmək.
Fondun prezidenti Mehriban xanım Əliyevanın söylədiyi kimi, başqalarına
yaxşılıq ömrü boyu onun üçün ümdə anlayışlara, ülvi insani keyfiyyətlərə çev-
rilmiş, eyni zamanda bu xeyirxahlıq missiyasının kökündə təmənnasızlıq prin-
sipi dayanmışdır.
Mehriban xanım Əliyeva hələ 1995ci ildə təsis etdiyi Azərbaycan Mədə-
niyyətinin Dostları Fondu ilə öz həyat amalını, istəyini müəyyən etmişdir: milli
mədəniyyətimizin inkişafına kömək göstərmək, xalqımızın dəyərli mədəniyyət
nümunələrinin xaricdə təbliğini dəstəkləməkdir.
Dünyanın nüfuzlu mədəniyyət qurumu – UNESCOnun Azərbaycanın bi
rinci xanımına göstərdiyi yüksək etimad təkcə bir fərdin deyil, ümumilikdə
respublikamızın uğuru olmaqla bərabər, həm də müasir dünyanın xalqımızın
milli mədəniyyətinə, folkloruna, tarixinə, dilinə, incəsənətinə göstərdiyi yüksək
diqqətin ifadəsidir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva xalqımızın
milli varlığını özündə yaşadan zəngin mənəvi, elmiintellektual və mədəni mül-
kiyyəti qloballaşma dövrünün mənfi təzahürlərindən hifz etmək üçün genişmiq-
yaslı işlər görmüşdür.
Heydər Əliyev Fondunun fəaliyyət prioritetləri sırasında elm və təhsilin
mühüm yer tutması qətiyyən təsadüfi deyil. Ulu Öndərin ideyalarını əldə rəh-
bər tutaraq onların gerçəkləşdirilməsinə çalışan fond bir zamanlar vətənpər-
vər ziyalılarımızın yeritdiyi fəal maarifçilik təmayülünü davam etdirmək üçün
çətin və şərəfli missiyanı öz üzərinə götürmüşdür.
Fondun elm, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi la yi
hə ləri yüksək qiymətləndirən İSESCOnun rəhbəri Əbdüləziz bin Osman
əlTüveycri ilk qadın xoşməramlı səfir kimi Mehriban xanımın bu şərəfli mis-
siyanın yerinə yetirilməsində şəxsi nümunə göstərdiyini bildirmişdir. Azər-
baycanın birinci xanımı həm də sivilizasiyalararası dialoqa verdiyi şəxsi töh
fəsinə görə İslam Konfransı Təşkilatı Gənclər Forumunun mükafatına layiq
görülmüşdür.
“Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi Azərbaycan Diabet Cəmiyyəti
və Danimarkanın “Novo Nordisk” şirkəti ilə birgə əməkdaşlıq nəticəsində hə
yata keçirilmişdir.
7
Azərbaycan talassemiya xəstəliyinin geniş yayıldığı ölkələrdən hesab olu-
nur. Layihə çərçivəsində müasir avadanlıqla təchiz olunmuş Talassemiya Diaq-
nostika Mərkəzi yaradılmışdır.
Səhiyyə məsələləri ilə bağlı fonda ayrıayrı insanlardan 10 mindən çox
müraciət daxil olmuş, onlara kömək göstərilməsi üçün tibb müəssisələri ilə sıx
əlaqə qurulmuş, lazımi tədbirlər həyata keçirilmişdir. Ürək xəstəliklərindən
əziyyət çəkən 1300 uşağın ölkə daxilində müalicəsinə, bir qismində isə xarici
ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına kömək göstərilmişdir.
Fond, həmçinin, ekologiya, idman və sosial problemlərlə bağlı müxtəlif
layihələr hazırlayaraq səylə icra edir. Qurumun müxtəlif layihələrini birləşdi
rən ortaq nöqtə isə məhz milli genofondun qorunmasıdır. Bu ali mərama xid-
mət edən hər bir fəaliyyət Heydər Əliyev Fondu üçün eyni səviyyədə prioritet
mahiyyət daşıyır.
Heydər Əliyev Fondunun çoxsaylı məqsədlərindən biri də Azərbaycan mə
dəniyyətinin dünyada geniş təbliğidir. Son 10 ildə Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun vasitəsilə bu istiqamətdə bir sıra uğurlu layihələr həyata
keçirilmişdir. Azərbaycan milli musiqisinin incilərindən olan muğamın inkişafı
və təbliği ilə bağlı ciddi addımlar atılmışdır.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində UNESCOnun
Baş direktoru cənab Koiçiro Matsuuranın iştirakı ilə Beynəlxalq Muğam Mər
kəzinin təməli qoyulmuş və qısa zaman kəsiyində istifadəyə verilmişdir.
Azərbaycan muğam sənətinin inkişafı və qorunması istiqamətində “Qara-
bağ xanəndələri” musiqi albomunun nəfis şəkildə buraxılması, tanınmış ifaçıla-
rın iştirakı ilə ardıcıl olaraq muğam axşamlarının təşkili yüksək dəyərləndirilir.
Azərbaycan muğam sənətinin inkişafı və muğam mədəniyyəti ənənələrinin
qorunub saxlanmasını nəzərdə tutan “Muğamİrs”, “MuğamDəstgah”, “Muğam
Ensiklopediyası”, “Muğamİnternet”, “MuğamAntologiya”, “Muğam dünyası”,
“Muğam Mərkəzi” layihələri silsiləsindən “Muğamİrs” layihəsi çərçivəsində
“Qarabağ xanəndələri” musiqi albomu nəfis şəkildə nəşr olunmuşdur. 2005ci
ilin martında Parisdə UNESCOnun qərargahında, xoşməramlı səfirlərin illik
toplantısında “Qarabağ xanəndələri” albomunun təqdimatı olmuşdur.
“Muğam Ensiklopediyası” layihəsi çərçivəsində Azərbaycan muğamına həsr
olunmuş “Muğam Ensiklopediyası”nın nəşri həm elektron, həm də kitab vari-
antlarında həyata keçirilir.
“MuğamAntologiya” layihəsi çərçivəsində isə muğamla bağlı zəngin nəzəri
musiqi irsinin qiymətli nümunələrindən Səfiəddin Urməvinin, Fəthullah Şirva-
ninin və digər görkəmli müəlliflərin əsərləri işıq üzü görmüşdür.
Fondun təşəbbüsü ilə UNESCO Azərbaycan muğamını bəşəriyyətin şifahi
və qeyrimaddi irsin şah əsərləri siyahısına daxil etmişdir.
8
Heydər Əliyev Fondunun dəstəyi və köməyi hesabına Gəncənin sonuncu
xanı Cavad xanın və VII əsrdən Gəncədə öz xeyirxahlığı ilə məşhur olan,
mənəviəxlaqi dəyərləri təcəssüm etdirən Comərd Qəssabın məzarüstü tür-
bələrində bərpa işləri aparılmış, tarixi Gəncə darvazaları bərpa edilmiş, ətraf
ərazi abadlaşdırılmışdır.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə BMTnin Cenevrədəki ofisinin
iqamətgahında, Parisdə Eyfel qülləsi yaxınlığında “Azərbaycan otağı”nın,
“Azərbaycan Mədəniyyət evi”nin təntənəli açılışları olmuşdur.
Ermənistanın işğalı nəticəsində tarixi torpaqlarından didərgin düşmüş
qaç qın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yardım göstə-
rilməsi də Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir.
Mehriban xanım Əliyeva bu təbəqədən olan vətəndaşlarımızın problemlərini
həssaslıqla duyur və imkan daxilində maddi və mənəvi yardımlarla onlara
təsəlli verməyə çalışır.
Vaxtilə Tbilisi şəhərində yaşayıbyaratmış görkəmli Azərbaycan şəxsiy-
yətləri Mirzə Şəfi Vazehin və Mirzə Fətəli Axundovun, habelə Fətəli xan
Xoyskinin, digər tanınmış simaların qəbirüstü abidələri yenidən qurulmuş və
xiyaban salınmışdır.
Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada, Rusiya Federasiyası hö ku
məti yanında Maliyyə Akademiyasında “Beynəlmiləl dostluq klubu”, Moskva
Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Azərbaycan gəncləri
klubu, Rusiyadakı Azərbaycanlı Gənclərin Əlaqələndirmə Şurası tərəfindən
ardıcıl təşkil edilən Azərbaycan mədəniyyəti günləri Rusiya ictimaiyyətinin
ölkəmizin zəngin mədəniyyəti, qədim ənənələri, incəsənəti və milli mətbəxi ilə
tanışlığına imkan yaradır. MDBMİnin gənclər hərəkatının lideri Leyla Əliye-
vanın rəhbərliyi ilə həyata keçirilən belə tədbirlər iki ölkə arasında münasibət-
lərin daha da yaxşılaşmasına xidmət edir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə nəşr olunmuş, beynəlxalq ictima-
iyyətə ünvanlanan “Qarabağ həqiqətləri” toplusu “Qarabağın tarixi haqqında
məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azər-
baycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının
Azərbaycana qarşı fəaliyyəti” kitabçalarından ibarətdir. Bu topluların elektron
variantları qanlı soyqırımın 15 illiyində fondun təşəbbüsü ilə Avropanın 15
dövlətində keçirilən soyqırımı qurbanlarının xatirəsini anma mərasimlərində
xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi infor-
masiya vasitələrinə, tanınmış siyasiictimai xadimlərə paylanmışdır.
Respublikanın internet məkanında məlumat bazasının zənginliyinə görə
analoqu olmayan “Azərbaycan” portal (www.azerbaijan.az) yaradılmışdır. Portal
9
12 bölməni əhatə edir: “Xəbərlər”, “Ümumi məlumat”, “Təbiət”, “Tarix”, “İqti-
sadiyyat”, “Mədəniyyət”, “Cəmiyyət”, “Dövlət hakimiyyəti”, “Azərbaycan
beynəlxalq aləmdə”, “ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsi”,
“İnzibati ərazi vahidləri” və “Xəritələr”.
Respublikada kor və görmə qabiliyyəti zəif olan şəxslərin sayı təxminən
40 min nəfərdir. Onlara informasiya toplamaq və məşğulluğunu artırmaq üçün
əlavə imkanlar yaratmaq mexanizmi kimi İKTdən istifadənin təşkili zəruri
sayılmış, BMTnin İnkişaf Proqramı ilə birgə Milli Strategiya hazırlanmışdır.
Fondun “Dini tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində
Ba kıdakı Pravoslav kilsəsinin, məscidlərin yenidən qurulması tamamlanmış-
dır. Dünya yəhudilərinin nüfuzlu təşkilatlarından olan “OrAvner” Beynəlxalq
Fondu ilə əməkdaşlıq sazişi çərçivəsində Mehriban xanım Əliyevanın iştirakı
ilə Bakının Xətai rayonunun Əbilov yaşayış sahəsində Azərbaycanda yaşayan
yəhudi uşaqları üçün orta məktəb, uşaq bağçası, yəhudi tarixi və mədəniyyəti
muzeyindən ibarət kompleks tikilmişdir.
Fondun təşəbbüsü ilə Azərbaycan oxucusu üçün əhəmiyyətli sayıla biləcək
bir sıra xarici nəşrlər dilimizə tərcümə edilərək çap olunmuşdur.
Mehriban xanım təsisçisi olduğu “Azərbaycan İRS” jurnalının 3 dildə nəşri
ilə də Azərbaycan tarixinin, mədəniyyətinin öyrənilməsi və təbliğində, xüsusən
Rusiya və digər MDB ölkələrinin rusdilli əhalisinə Azərbaycan həqiqətlərinin
çatdırılmasında təqdirəlayiq işlər görür.
Bütün beynəlxalq əhəmiyyətli görüşlərdə, nitqlərdə Mehriban xanımın
ölkəmizdə, eləcə də UNESCO və İSESCOnun xoşməramlı səfiri kimi beynəl
xalq aləmdə fəaliyyəti yüksək dəyərləndirilmiş, bu fəaliyyətin Azərbaycanın
gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanmış, birinci xanıma
ABŞAzərbaycan Ticarət Palatasının “2006cı ilin xoşməramlı səfiri” mükafatı
da təqdim edilmişdir.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubile-
yinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr
2011ci il Sərəncamına uyğun olaraq Heydər Əliyev Fondunun həyata keçirdiyi
tədbirlər xüsusi əhəmiyyət kəsb etməkdədir.
“Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncə vinin 870 illik yu bileyinin
keçirilməsi haqqında” Azərbay can Respublikası Prezidentinin Sərəncamına əsasən,
şair in yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondu-
nun dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin iştirakı ilə 2012ci il aprelin
20də Roma şəhərindəki məşhur “Villa Borghese” parkında böyük söz ustadının
abidəsinin açılışı olmuşdur.
Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Na
zirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə hazırlanmış böyük for-
10
matlı nəşrdə toplanmış dahi Azərbaycan şairi Nizami Gəncəvinin 5 poemasının
hər birinə yazılan ön söz əsərlərin mahiyyətini dolğun ifadə edir.
Xəlil Yusifli, Səməd Vurğun, Məmməd Rahim, Abdulla Şaiq və Mikayıl
Rzaquluzadənin tərcüməsində təqdim olunan “Xəmsə”yə CD disk əlavə olun-
muşdur. Diskə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Cahangir Cahangirov, Tofiq
Quliyev, Şəfiqə Axundova və başqa bəstəkarların Nizami Gəncəvinin sözlərinə
yazdığı mahnı və romanslar, Niyazinin “Xosrov və Şirin” operası, Əfrasiyab
Bədəlbəylinin “Nizami” operası, Fikrət Əmirovun “Nizami” simfoniyası, eləcə
də Qara Qarayev, Cövdət Hacıyev, Ramiz Mustafayev və başqa bəstəkarların
dahi şairin sözlərinə xor üçün yazdığı əsərlər daxil edilmişdir.
Heydər Əliyev Fondu tərəfindən oxuculara təqdim olunan yeni nəşrdə
“Xosrov və Şirin” poemasının Azərbaycan dilində yeni tərcüməsi yazıldığı
ölçüdə – əruz vəznində yerinə yetirilmiş, dilimizin bugünkü tələblərinə uyğun
ifadə edilmişdir.
Yeni nəşrlər sırasında olan “Nizami məqbərəsinin tarixi və taleyi” kitabında
dahi mütəfəkkirin məzarı üzərində XIII əsrin əvvəllərində ucaldılan məqbərə-
nin tarix boyu düşdüyü müxtəlif vəziyyətlər və onun səbəbləri araşdırılmışdır.
İran, Osmanlı və Rusiya imperiyalarının Qafqazda yürütdüyü siyasət nəticə-
sində dəfələrlə bərbad vəziyyətə düşən məqbərənin zamanzaman bərpa olun-
ması, bu istiqamətdə görülən işlər barədə maraqlı faktlar öz əksini tapmışdır.
Heydər Əliyev Fondu fəaliyyəti dövründə digər nəşrlərlə yanaşı, davamlı
olaraq Azərbaycan klassiklərinin müxtəlif əsərlərini də nəşr etdirir. Nizami-
nin yaradıcılıq manifesti sayılan “Xəmsə”nin yüksək poliqrafik nəşrini bu
sahədə uğurlu layihə kimi dəyərləndirmək olar. Yeni nəşr dünya poeziyasında
epikromantik janrın banisi, Şərq intibahının parlaq nümayəndəsi, mütəfəkkir
şair Nizami Gəncəvinin 870 illik yubileyinə layiqli töhfədir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2012ci il iyunun 5də Sankt
Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik
yubileyi münasibətilə onun adını daşıyan bağın təntənəli açılışı olmuşdur.
Açılış mərasimində Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əli-
yeva iştirak etmişdir.
Leyla Əliyeva mərasimi açaraq bildirmişdir ki, Nizami Gəncəvi adına
bağın açılışı Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ilə SanktPeter-
burq Administrasiyasının daha bir layihəsidir. O de mişdir: “2002ci il iyunun
9da XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkirinin SanktPeterburqda abi-
dəsinin açılışında prezidentlər Heydər Əliyev və Vladimir Putin iştirak etmiş-
dilər. Bakıda hazırlanmış abidə Azərbaycan xalqının SanktPeterburqa hədiy-
yəsi olmuşdur.”
11
Nizaminin obrazını Azərbaycan heykəltəraşı, V.Muxina adına Leninqrad
Ali Rəssamlıq Məktəbinin məzunu Qəyruş Babayev yaratmışdır. Bu il şairin
anadan olmasının 870 illiyi tamam olur. Bununla əlaqədar, fondun nümayəndə-
liyinin hamiliyi ilə bağda qranitdən nadir skamyalar və Nizaminin əsərlərindən
fraqmentlər təsvir edilmiş pannolar qurulmuş, şairin abidəsi bərpa olunmuşdur.
SanktPeterburq qubernatorunun qərarı ilə bu gözəl bağa Nizami Gəncəvinin
adı verilmişdir.
Qeyd etməliyik ki, SanktPeterburq ziyalıları Böyük Vətən müharibəsinin
ən ağır illərində dahi şairin 800 illik yubileyini qeyd etmişlər. Böyük Nizamiyə
bu qayğıkeş münasibəti Azərbaycan xalqı heç vaxt unutmayacaqdır. Heydər
Əliyev Fondunun təşəbbüsü ilə SanktPeterburq şəhərində dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin xatirəsinə ucaldılmış abidə və sa
lınmış bağ Azərbaycanın möhtəşəm qədim tarixə və zəngin irsə malik olan mə
dəniyyətini təcəssüm etdirir.
Bu gün Heydər Əliyev Fondu Azərbaycanda yüz minlərlə insanın inam və
etimadını qazanmış ictimai təşkilat olmaqla yanaşı, Ulu Öndərimizin adını
şərəflə daşıyır.
Unutmamalıyıq ki, Azərbaycan cəmiyyətinin həyatına və dilimizin lü
ğət tərkibinə daxil olan “birinci xanım”, “xoşməramlı səfir” məfhumları, bi
lavasitə Mehriban xanımın adı və yüksək mənəvi keyfiyyətlərə malik olan
şəxsiyyəti ilə bağlıdır.
Dostları ilə paylaş: |