108
2015/3 (19)
LİNİ M
A İ ƏLƏR
Ağır zərəcəli zədələnmə zamanı ilk gündən etibarən makula nahiyyəsində ödemlə əhatə olunmuş, müxtəlif
şəkilli, sari bozumtul ləkələr qeyd olunur. Bir müddətdən sonra həmin nahiyyələrdə piqment səpələnməsi baş
verir [6, 7]. Oftalmoskopiya zamanı bu defekt torlu qişanın lamelyar yırtığına bənzəyir. Ancaq fərq ondadır ki,
bu zaman proses makulanın dərin qatlarında (fotoreseptor və piqment epiteli qatları) baş verir. Görmə itiliyinin
artması ilk 2-4 həftə ərzində müşahidə olunur. Bir ildən sonra görmə itiliyinin dəyişilikləri həmin səviyyədə
saxlanmış olur [8].
Bizim təqdim etdiyimiz birinci kliniki hal 2000-ci il təvəllüdlü xəstə B.R.-ya aiddir. Xəstə 24.07.2015 tarixində
üz nahiyyəsində lazer epilyasiyasından 1 hətfə sonra mərkəzə müraciət etmişdir. Xəstə görmə qabiliyyətinin
zəifləməsi və metamorfopsiyadan şikayət etmişdir. Xəstə daxil olarkən görmə itiliyi sağ gözdə 0.08, müfaviq
korreksiya ilə 0.6; sol gözdə isə 0.1, müfaviq korreksiya ilə 1.0 olmuşdur. Qeyd edək ki, xəstə ametropiya ilə
əlaqədar eynək təyini üçün əvvəl də mərkəzə müraciət etmiş və əvvəlki müraciəti zamanı görmə itiliyi sağ gözdə
0.4, korreksiya ilə 0.8; sol gözdə isə 0.1, korreksiya ilə 1.0 olmuşdur. Hər iki gözün ön seqmentində patoloji
dəyişiliklər qeyd olunmamışdır. Oftalmoskopiya zamanı: (şək.1) hər iki gözdə görmə siniri diski çəhrayı rəngdə,
hüdudları aydın, arteriya və venaların kalibri və gedişi normal, torlu qişanın ekvatorial və periferik zonasında
patologiyi dəyişiliklər qeyd edilməmişdir. Sol gözdə makulyar və foveolyar reflekslər aydın görünmüşdür. Xəstədə
sağ gözün (şək.1a) oftalmoskopiyası zamanı makulada, foveolyar sahədə önə doğru qabarma şəklində neyroretinal
qatın seroz qopması, lazerkoaqulyasiya ocağı üçün xarakterik olan zədələnmə zonası və həmin zonanın ətrafında
piqment epitelinin səpələnməsi müşahidə olunmüşdur.
Xəstədə standart müayinə üsulları ilə yanaşı spektral optik koherens tomoqrafiya (SOKT) (Spectral Cirrus HD
OCT, Carl Zeiss Medidec, Germany), mikroperimetriya (MP) (MAIA, Italy) və multifokal elektroretinoqrafiya
(mfERG) (Roland Consult, Germany) müayinələri də icra olunmuşdur.
Sağ gözün SOKT müayinəsində (şək.2a) yukstafoveolyar sahədə neyroretinal qatın diffuz qalınlaşması
fonunda torlu qişanın xarici: xarici nüvə, xarici pleksiform, fotoreseptor və piqment epiteli qatları səviyyəsində
hiperreflektiv ocaq və neyroretinal qatın altında seroz maye qeyd edilmişdir. Mərkəzdə makulanın qalınlığı norma
daxilində - 290 mkr olsada, daxili və xarici: nazal, yuxarı və aşağı kvadrantlarda qalınlıq müfaviq olaraq – 431,
364, 341 və 315, 293, 289 mkr olmuşdur. Bu isə sol gözün (şək.2b) normal tomoqrafik göstəricilərindən yüksək
olmuşdur.
Dostları ilə paylaş: