123
Dünya
iqtisadiyyatı (tarixin müxtəlif
mərhələlərində) canlanma fazasından əvvəl böhran xəttinin
ən aşağı həddinə çatdıqda, - bir neçə ölkədə olsa da belə, -
nə üçün milyonlarla insanın iqtisadi böhranın qurbanına
çevrilməsi barədə səslənən suallar hələ də cavabsız qalır.
Müşahidələr göstərir ki, cəmiyyət buna görə günahların bir
hissəsini kütləvi informasiya vasitələrinin üzərinə atmağa
çalışır. Transmilli Analitik “Nielsen Company”nin 2009-cu
ilin yazında dünyanın 52 ölkəsində (Avropa,
Asiya-Sakit
okean regionu, Şimali və Cənubi Amerika, Yaxın Şərq) 25
min respondent arasında apardığı qlobal tədqiqatların
62
nəticələrinə görə, insanların böyük bir hissəsi belə fikirdədir
ki, KİV-lər hazırkı (2008-ci ildə pik vəziyyətinə çatmış)
iqtisadi böhranın səbəbləri barədə ictimaiyyəti
məlumatlandırmaq sahəsində öz fəaliyyətlərini pis yerinə
yetirmişdir.
Latın Amerikası istisna olmaqla, dörd regionda
böhran proseslərinin işıqlandrılmasında kütləvi informasiya
vasitələrinin işini qeyri-qənaətbəxş hesab edən
respondentlərin sayı əks fikirdə olanların sayından iki dəfə
çox olmuşdur. Xüsusilə də Avropa və Şimali Amerikada
iqtisadi böhranın səbəblərinin işıqlandırılmasında KİV-in
fəaliyyətindən narazı qalanlar daha çox olmuşlar. Şimali
Amerikada respondentlərin 51 %-i
belə hesab etmişlər ki,
böhran başlayan ana qədər iqtisadi məsələlərin və böhran
hallarının işıqlandırılması lazımi səviyyədə olmamışdır.
Soruşulanların yalnız 20 %-i bu fikirlə razı olmamışdır.
Avropada isə razı olanların və olmayanların nisbəti müvafiq
olaraq 48 % və 22 % təşkil etmişdir.
“Nielsen Company”nin sorğularında iştirak edən
Rusiyalıların 65 %-i kütləvi informasiya vasitələrinin onları
iqtisadi böhranın səbəbləri barədə düzgün məlumatlandır-
62
htpp://gtmarket.ru/news/state/2009/06/09/2096
124
madığını bildirmişdir. Eyni zamanda, respondentlərin 30 %-
i hesab edir ki, dünya iqtisadiyyatına hansı amillərin təsir
etdiyini anlamaqda KİV onlara kömək etmir. KİV-in
fəaliyyətinin bu aspektindən razı olanlar da 30 % təşkil
etmişdir. İştirakçıların 40 %-i bu suala cavab verməkdə
çətinlik çəkmişdir (bu göstəricilər əksər MDB ölkələri üçün
xarakterikdir).
Respondentlər cari iqtisadi problemlərin həlli
sahəsində hökumət orqanlarının fəaliyyətlərinin işıqlandırıl-
ması ilə bağlı da narahatdırlar. Onların cavabları aşağıdakı
kimi parçalanmışdır: 28 %-i hesab edir ki, KİV
hökumət
orqanlarının bu sahədə fəaliyyəti ilə tanış olmaqda onlara
kömək edir, 35 %-i bu istiqamətdə məlumatlandırmanı
qeyri-qənaətbəxş hesab edir, qalanları isə suala cavab
verməkdə çətinlik çəkirlər. Müqayisə üçün deyək ki, Şimali
Amerikada iştirakçıların 50 %-i böhrandan çıxmaq üçün
hökumətin gördüyü tədbirlərlə tanış olmaqda KİV-in onlara
yaxından kömək etdiyini bildirir.
Hər iki Rusiyalıdan biri iqtisadi böhran haqqında
informasiyanın həcminin kifayət qədər olmadığını hesab
edir. Bu göstərici Yunanıstanda 67 %, Rusiyada 49 %,
İtaliyada 48 %, Latviyada isə 47 %-ə bərabərdir. Bununla
bərabər, böhranla əlaqədar informasiyanın həddən artıq çox
olduğunu bildirənlər də var. Bütün dünyada hər 5
respondentdən biri bu qənaətdədir.
Tədqiqat iştirakçıları iqtisadi böhranın o qədər də
dərin olmadığı Asiya-Sakit okean regionunun əksər
ölkələrində, o cümlədən digər dünya ölkələrində kütləvi
informasiya vasitələrinə elə də tənqidi yanaşmırlar. Onlar
iqtisadi problemlərin həlli sahəsində hökumətlərin
həyata
keçirdikləri tədbirlərin KİV tərəfindən yaxşı işıqlandırıl-
dığını bildirirlər.
Ümumiyyətlə, təcrübə göstərir ki, əhali arasında
(qəzet və jurnal oxucuları, televiziya tamaşaçıları, radio
125
dinləyiciləri və internet istifadəçiləri) bu cür sorğuların
aparılması, onun nəticələrinin düzgün qiymətləndirilməsi və
bu nəticələrin KİV-in fəaliyyətinə düzgün tətbiq edilməsi
medianın iqtisadi problemlərin həllində iştirakının
səmərəliliyini əhəmiyyətli dərəcədə artırır, bu şərtlə ki,
sorğuya mütləq həm ölkədəki (şərti olaraq), həm də
dünyadakı iqtisadi situasiyanın KİV-lər tərəfindən obyektiv
və ya qeyri- obyektiv, tam və ya natamam işıqlandırılması
və s. parametrlər daxil edilsin və bu zaman respondenrlərin
məşğulluq üzrə qrupları, cinsi, yaşı, təhsilləri,
gəlirləri,
yaşayış məntəqələrinin növləri və s. məqamlar nəzərə
alınsın, konfidensiallıqları təmin edilsin. Bu cür yanaşma,
respondentlərin fikrincə, informasiyanın natamam
olduğunu, çox şeyin əhalidən gizlənildiyini (“informasiya
tam deyildir, yalnız qısa xırdalıqlar verilir”, “iqtisadiyyatda
nələrin baş verdiyini bizdən gizlədirlər”, “KİV-də bizim
iqtisadiyyatımız barədə heç nə verilmir, başqa ölkələrdən
danışılır”), onların KİV-ə, onun verdiyi informasiyaya və bu
informasiyanın həqiqiliyinə inanmadıqlarını (“aldadırdılar,
aldadırlar və yenə də aldadacaqlar”, “yalan danışırlar”,
“televizorda deyilənlərə tam inanmıram” və s.) ortaya
çıxarır. Fikri soruşulanların bir hissəsi KİV-in “insanlarda
təlaş yaratmaqdan çəkindiynə əmin olduqlarını”, “vəziyyəti
yumşaltmağa çalışdığını” bildirirlər. Bəziləri KİV-in
“dövlətdən çəkindiyini”, öz təcrübələrinə əsaslanaraq,
“qəzetdə,
televiziya və radioda, internetdə verilən
informasiyanın gündəlik həyatla düz gəlmədiyni” bəyan
edirlər.
Adətən, hansı ölkədə keçirilməsindən asılı olmayaraq,
respondenrlərin böyük bir hissəsi “KİV-lər tərəfindən
dünyadakı iqtisadi vəziyyətin obyektiv və ya qeyri-
obyektiv, tam və ya natamam işıqlandırılırmı?” sualına
cavab verməkdə çətinlik çəkdiklərini bildirirlər. KİV-in
obyektivliyinə inanmayanlar öz mövqelərini informasiyanın
126
gizlədilməsi (“belə hiss edirik ki, həmişə nəyisə gizlədirlər”,
“çox şeyi gizlədirlər”, “bizə heç nəyi demirlər”, “Bütün
həqiqəti demirlər”, “axıradək demirlər”), həmçinin onun
təzadlı xarateri və bütövlükdə, KİV-ə inamsızlıqla
(“həqiqəti demirlər”, “müxtəlif kanallarda müxtəlif fikirlər
söylənilir”, “qəzetdə bir şey yazırlar, radioda başqa şey
deyirlər”, “vəziyyəti birtərəfli işıqlandırırlar”, “bizdə
vəziyyət başqa ölkələrdən yaxşıdır”) əsaslandırırlar. Az rast
gəlinsə də, jurnalistlərin səriştəsizliyini, qeyri-peşəkarlığını
qeyd edənlər də olur.
Göründüyü kimi, dünyadakı iqtisadi
vəziyyətlə bağlı milli KİV-in obyektivliyi ilə əlaqədar
söylənilmiş mülahizələrin balansı ölkədəki (istənilən)
iqtisadi situasiya ilə əlaqədar fikirlərdən fərqli olaraq media
ictimaiyyəti üçün daha xoşagələndir.
Bu cür tədqiqatlar zamanı sorğu vərəqlərinin hazırlan-
ması, sualların müəyyən edilməsi, sorğunun keçirilməsi və
onun nəticələrinin təhlili proseslərində jurnalist ictimaiyyəti
təmsilçilərinin birbaşa iştirakı jurnalistlərə problemə
daxildən nəzər salmağa imkan verə bilər. Bu da öz
növbəsində həm jurnalistlərin peşəkarlığının artmasını,
səriştəli təhlillərin aparılmasını, problemin adekvat həlli
yollarının müyyən edilməsini və nəhayət onların həllində
medianın iştirakının səmərəliliyinin yüksəlməsini
şərtləndirən əsas amillərdən biridir.
Nümunə üçün bu cür sorğu vərəqlərinin layihələri
(müxtəlif vəziyyətlər üçün, suallar və cavabların
nəticələri
daxil olmaqla, diaqram və cədvəllər şəklində) mövzu
mətninin sonuna edilmiş əlavələrdə təqdim olunur (bax: səh.
131-136).
Qlobal iqtisadi problemlərin KİV-də işıqlandırılması
sahəsində diqqəti cəlb edən əsas məsələlərdən biri də
Dostları ilə paylaş: