Energetika probleminin qlobal xarakter alması. Keçən
əsrin 70-ci illərindən etibarən bu problemin beynəlxalq
aləmdə qlobal miqyasda bütün kəskinliyi ilə qarşıya
çıxması. Bunun isə hər şeydən əvvəl energetika və enerji
ehtiyat mənbələrinin istehsala cəlb olunması miqyasının
artması ilə əlaqədar olması.
Energetika ehtiyatları, müxtəlif enerji növlərinin alın-
ması, bir şəkildən başqa şəklə çevrilməsi, ötürülməsi və
istifadə olunması məsələlərini əhatə edən mühüm təsərrüfat
sahəsi olması.
Təzələnməyən, təkrarlanmayan və bərpa olunmayan
enerji ehtiyat mənbələrinin müasir vəziyyətinin həyacan
doğurması. Bu sahəyə diqqətin artırılması zərurəti. Bu prob-
lemin bəşəriyyət qarşısında getdikcə daha kəskin
qoyulması. “Energetika böhranı” və ondan çıxış yolları.
Energetika və enerji ehtiyat mənbələri probleminin
həllində jurnalistikanın rolunun kəskin şəkildə artması.
Energetika və enerji ehtiyat mənbələrinin aşkara çıxarılması
və səmərəli istifadə olunmasında KİV-in təbliğatçılıq işinin
forma və metodlarından səmərəli faydalanmaq zərurəti.
Jurnalistika və “energetika böhranı”. Bu böhranın ara-
dan qaldırılmasında, ehtiyat mənbələrinin aşkara çıxarılma-
sında KİV-in imkanlarından bacarıqla istifadənin
əhəmiyyəti. Energetika probleminə dair çıxışların
tematikası, janr rəngarəngliyi və sənətkarlıq xüsusiyyətləri.