365
VIII ƏLAVƏ
BMT-nin Minillik Bəyannaməsi
ÖN SÖZ
Birləşmiş Millətlərin Minillik Bəyannaməsi yeni əsr
üçün tarixi sənəddir. 2000-ci il sentyabr ayının 6-dan 8-dək
Nyu Yorkda keçirilən Minillik Sammitində qəbul olunmuş
bu sənəd dünya rəhbərlərinin ən böyük yığıncağında iştirak
edən 147 Dövlət və Hökumət başçılarının, ümumilikdə isə
191 millətin maraqlarını təmsil edir.
Bu Bəyannamə uzun aylar boyu davam edən söhbət-
lərdən sonra, insanlarının səsinin eşidilməsinə imkan
yaradan regional müzakirələr və Minillik Forumu nəzərə
almaqla ərsəyə gətirilib. Mənim Minillik Hesabatımda təklif
etdiyim bir çox tapşırıq və vəzifələrin bu Bəyannaməyə
daxil edilməsini görmək mənim üçün çox xoşdur.
Sammitin keçirilməsini təklif etməkdə mənim istəyim
Minilliyin simvolik qüvvəsini dünyanın hər yerində yaşayan
insanların əsl ehtiyaclarını ödəmək işinə yönəltməkdən
ibarət olub. Dünya rəhbərlərinə qulaq asarkən və onların
qəbul etdikləri Bəyannaməni oxuyarkən mən
qarşılaşdığımız problemlər və bu problemlərin həlli yolunda
təcili addımlar atılmasına çağırış barədə onların
fikirlərindəki nəzərə çarpacaq dərəcədə oxşarlıqdan çox
təsirləndim.
Rəhbərlər hədsiz yoxsulluq içərisində yaşayan insan
təbəqəsinin sayının yarıyadək azaldılması, hamının təmiz su
və ilkin təhsillə təmin edilməsi, HIV/AIDS-in yayılmasının
qarşısının alınması və digər inkişaf yönümlü nailiyyətlərin
əldə olunması üçün xüsusi vəzifələr müəyyən ediblər. Onlar
Birləşmiş Millətləri sülh əməliyyatlarını gücəndirilməyə
çağırırlar ki, aztəminatlı insan təbəqələri ehtiyac duyduqları
366
anlarda bizlərə arxalana bilsinlər. Onlar eyni zamanda bizi
ədalətsizliyə və qeyri-bərabərliyə, terrora və cinayətlərə
qarşı mübarizə aparmağa və ümumi irsimizi, bəşəriyyəti
gələcək nəsillərin xatirinə qorumağa çağırırlar.
Bəyannamədə dünya rəhbərləri bu Təşkilatı yeni əsrə
uyğunlaşdırmaq üçün aydın istiqamətlər göstəriblər. Onlar
haqlı olaraq Birləşmiş Millətlərin səmərəliliyi ilə çox
maraqlanırlar. Onlar işlərin icra olunduğunu və ən əsası isə
bu işlərin nəticələrini görmək istəyirlər. Öz tərəfimdən onu
deyə bilərəm ki, mən və mənim bütün işçi heyətim bütün
cəhdlərini bu tapşırıqların həll olunmasına həsr edəcəyik.
Ancaq eyni zamanda onu da qeyd etmək lazımdır ki, elə
həmin dünya rəhbərlərinin özləri Birləşmiş Millətləri təşkil
edirlər. Qarşıya qoyduqları məqsədlərin əldə olunması
onların qüvvəsindən asılıdır və buna görə də elə onlar özləri
bu nailiyyətlər üçün cavabdehdirlər. Mən həmin rəhbərlərə,
onların seçicilərinə, bütün dünya xalqlarına deyirəm:
Birləşmiş Millətlərin hər hansı bir problemə sinə gərib-
gərmədiyini yalnız siz müəyyən edə bilərsiniz.
Dostları ilə paylaş: