369
o
Bərabərlik. Heç bir fərd və ya heç bir millət
inkişafdan mənfəətlənmək imkanından
məhrum edilməli
deyil. Kişilər və qadınlar üçün bərabər hüquqlar və imkanlar
yaradılmalıdır.
o
Həmrəylik. Qlobal
problemlər, obyektivlik və sosial
ədalətin əsas prinsiplərinə müvafiq
olaraq mənfəətlərin və
yüklərin bərabər paylanması şəklində idarə olunmalıdır.
Əzab çəkənlərə və ya daha az mənfəət əldə edənlərə daha
çox mənfəət əldə edənlər yardım etməlidirlər.
o
Dözümlülük. İnsan varlıqları öz inanc, mədəniyyət
və dil müxtəlifliklərinə baxmayaraq
bir-birlərinə hörmətlə
yanaşmalıdırlar. Cəmiyyətlər daxilində və cəmiyyətlər
arasında mövcud
olan fərqlər nə hədə qorxu, nə də təzyiqlə
qarşılanmalı, əksinə insanlığın
qiymətli dəyərləri kimi
qorunmalıdır. Sülh mədəniyyəti və bütün sivilizasiyalar
arasında dialoq çox fəal şəkildə həyata keçirilməlidir.
o
Təbiətə hörmət. Davamlı inkişaf
amillərinə əsasən
bütün canlı varlıqların və təbii resursların idarə olunması
sahəsində yüksək ağıl və uzaqgörənlik nümayiş olunmalıdır.
Yalnız bu yolla təbiətin bizə bəxş etdiyi ölçüyə gəlməz
sərvətlər qorunub-saxlana və gələcək nəsillərə ötürülə bilər.
Bizim və gələcək nəsillərin yaxşı yaşaması üçün hal-hazırda
mövcud olan qeyri-davamlı istehsal və istehlak qaydaları
dəyişdirilməlidir.
o
Dostları ilə paylaş: