2. Ayrı-ayrı mineral maddələrin və suyun qidalanmada rolu və orqanizm üçün fizioloji əhəmiyyəti Mineral maddələr hüceyrələrdə mübadilə proseslərinin tənzimləyiciləri sayı-
lırlar. Onlar müxtəlif ferment reaksiyalarını sürətləndirə və tormozlandıra bilirlər.
Artıqlığı çatışmazlığa, həm də orqanizmin məhvinə səbəb ola bilir.
Natrium (Na + ) bütün toxumalarda, xüsusilə orqanizmin maye mühitində rast
gəlinir. Natrium duzları orqanizmdə turşu-qələvilik tarazlığını və toxumalarda os-
motik təzyiqin sabitliyini təmin edirlər. Natrium ionları su mübadiləsini tənzim-
ləyir, toxumalarda kolloidlərin şişməsini və orqanizmdə suyun saxlanılmasını tə-
min edirlər. Yeyinti məhsullarında az miqdarda natrium vardır. O, orqanizmə
əsasən xörək duzu vasitəsilə daxil olur. Orqanizmin natriuma olan sutkalıq tələbatı
4-6 q (10-15 q NaCl) təşkil edir.
Xlor da orqanizmə xörək duzu ilə daxil olur. Xlor ionları toxumalarda və
hüceyrələrdə osmotik təzyiqin normalaşmasında, mədədə xlorid turşusunun əmələ
gəlməsində, su mübadiləsinin nizama salınmasında iştirak edirlər. Bitki mənşəli
89
məhsullarda miqdarı azdır, heyvanat mənşəli məhsullarda isə nisbətən çoxdur.
Sutkalıq norma 5-7 q-dır.